Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb.
Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub:
«Eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində ürək-ağciyər çatışmazlığı».
Noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan Rafiq Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir, saxlanan yoxdur.