Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:43

«Washington Post» Bryza'dan yazır


Matthew Bryza
Matthew Bryza
«Washington Post» qəzetində köşə yazarı Fred Hiatt ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza'nı vəzifəsinə təsdiqləməyən ABŞ Senatı komitəsinin mövqeyini tənqid edib.

Müəllif yazır ki, Bryza'nın namizədliyi səsverməyə çıxarılmadığına görə diplomat geri dönməlidir:

«Bu, Vaşinqtonun siyasi həyatında kiçik bir hadisə olsa da, ABŞ milli maraqlarının xüsusi maraq qruplarının qurbanına çevrilməsini aydın göstərir».

Fred Hiatt davam edir:

«Bu məsələ Xəzərin sahilində əhalisinin əksəriyyəti müsəlman olan neftlə zəngin Azərbaycanla yox, onun konfliktdə olduğu qonşusu, kasıb, əsasən xristian əhalidən ibarət Ermənistanla bağlıdır».

Məqalədə deyilir ki, Bryza'ya qarşı kampaniyanın başında Amerika Erməni Milli Komitəsi və erməni mənşəli seçici dairələrini təmsil edən senatorlar Barbara BoxerRobert Menendez durur:

«Menendez'in fikrincə, Bryza istəmir ki, erməni soyqırımını ABŞ tanınsın. Boxer isə düşünür ki, diplomat Azərbaycanın Ermənistana qarşı təcavüzünü kifayət qədər pisləmir. Erməni Milli Komitəsi isə Bryza'nın həyat yoldaşının türk olmasına diqqət çəkir».

Hiatt yazır ki, bu şübhələri çoxları bölüşmür. Əksinə, xarici siyasətə aid 36 xadim, o cümlədən Dövlət katibinin sabiq müavinləri Thomas PickeringNicholas Burns ötən həftə məktub yazaraq Bryza'nı nümunəvi səfir adlandırıblar:

«Peşəkar diplomatın namizədliyinin təsdiqlənməməsi Qafqazda ABŞ-ın maraqlarına ziyan vuracaq».

Yazıda sonda da qeyd edilir ki, M.Bryza ABŞ səfiri kimi Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, Ermənistanla münasibətlərin yaxşılaşmasını dəstəkləyir:

«Azərbaycan erməni lobbisi və 100 senatordan ikisinin Bryza'nın namizədliyinə veto qoymaq gücünü görərsə, çətin ki, növbəti səfirin neytrallığına inana».

Fred Hiatt hesab edir ki, bu prosesin içində uduzan isə amerikalılar və ya azərbaycanlılar deyil. Kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər uduzacaqlar.
XS
SM
MD
LG