Fransa Səfirliyi qarşısında etiraz
Dekabrın 23-də GEMİ və Böyük Xalq Hərəkatı təşkilatlarından olan gənclər Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi. Aksiya iştirakçıları Fransa parlamentində «erməni soyqırımı»nı inkar etməyi qadağan edən qanunun qəbuluna etirazlarını bildiriblər. Polis aksiyaya müdaxilə etməyib.