“Oxu zalı”nda başladığımız “Ən məşhur postmodernistlər” rubrikasında QİSMƏTin Nobel mükafatlı türk yazarı Orxan Pamuk haqda yazısı
QİSMƏT Orxan Pamuk haqda yazır
əvvəli burda
İSTANBULUN HÜZNÜ
II yazı
“Səssiz ev”
Orxan Pamukun ikinci romanı “Səssiz ev” 1983-cü ildə çap olunub.
Bu roman 1984-cü ildə “Madralı roman ödülü”nə, Fransada çap olunan tərcüməsinə görə isə “Avropa kəşf ödülü”nə (Pirx de la decoverte europeene) layiq görülüb.
“Səssiz ev” romanı 1980-ci ilin yaz aylarında, İstanbuldan əlli kilometr uzaqda yerləşən Cənnəthisara, nənələri Fatma xanımın yanına tətillərini keçirmək üçün gələn üç qardaşın bir həftəlik macərasıdır.
Çexovun “Albalı bağı”ndan izlər daşıyan bu romanın dili ilə bağlı Pamuk belə deyir:
“Mən bu romanı dil ilə, sözlərlə oynayaraq, düşüncənin strukturuna uyğun cümlə quruluşu axtararaq, bir cümləyə müxtəlif zamanları yerləşdirməyə çalışaraq yazdım.
Dil və ya üslubla bağlı yenilik etməyə çalışan yazıçılar bizdə “anlaşılmaz”, ya da “ anlamağa dəyməz” deyilərək alçaldılır. Bu düşüncənin kökündə bəzi yazıçıların, oxuculara əziyyət versələr də, yaxşı əsər yazmamaları yatır”.
Romanın təhkiyəsi hər qəhrəmanın ağlından keçənlərdir, yəni şüur axını metodu ilə yazılıb. Pamuk özünün bir müsahibəsində dediyi kimi, bu romanda “hansı qəhrəmanının şüurundan keçənləri yazıbsa, o qəhrəmanın söz dağarcığı ilə özünü məhdudlaşdırmayıb”.
Məsələn, nənənin beynindən keçənlərlə yazılan hissə onun söz dağarcığı ilə məhdudlaşmır.
Çünki Pamuka görə, belə bir məhdudlaşdırma işi asanlaşdırmaq yerinə, çətinləşdirər. Orxan Pamuk artıq ikinci romanında üslub problemləri ilə də qarşılaşıb:
“Romanları monotonlaşdıran, o əsəb yaradan “deyə düşündü, deyə düşündü”lərdən canımı qurtarmaq vacib məsələydi. (Ax, bir də bu “dedi Əhməd, dedi Məmməd”lərdən canımı qurtarmaq üçün bir yol tapa bilsəm!)“
Göründüyü kimi Pamukun üslubçu kimi formalaşması, üslub məsələləri haqda ciddiyyətlə düşünməsi “Səssiz ev” romanından başlayır. Romanın ilham qaynaqlarından biri Pamukun babasının vaxtilə öz nişanlısına - onun gələcək nənəsinə yazdığı məktublardı.
Əsrin əvvələrində hüquq təhsili almaq üçün Berlinə gedən Pamukun babası nişanlısı Nikfala çoxlu məktublar yazıb. Pamuk yazır ki, bu məktubların ab-havası bir az onun romanının qəhrəmanı Səlahəddinin arvadı Fatmaya dərs verməsinə oxşayır. Pamukun babası Berlindən nişanlısına “Burda qadın haqları müzakirə olunur, siz nə düşünürsüz?” tipli məktublar yazırmış, (eynən Səlahəddinin Fatmayla müzakirə etmək istədiyi mövzulardı) nənəsi isə yazıdan-pozudan, kitabdan xoşu gəlməyən bir qadın olaraq bu məktubları etinasızlıq və “günah, yasaq” məntiqilə cavablandırırmış (eynən Fatma kimi). Babası ilə nənəsi arasındakı bu “mutsuz ilişkini” düşünmək Pamuk üçün romanın başlanğıc nöqtəsi olub.
Orxan Pamukun dediyinə görə, gənclər onun ən çox “Səssiz ev” romanını sevirlər:
“Çünki o kitabda mənim gəncliyimlə əlaqəli çox şeylər var və məncə, insanın ancaq gənclikdə hiss edə biləcəyi, müəyyən yaşdan sonra isə həyatın özü olaraq görə biləcəyi ikiüzlülük məsələsi gənclər üçün bu kitabı həmişə maraqlı edir”.
***
XIX əsrdə Osmanlı imperiyası ilk dəfə özü-özünü analiz və tənqid etməyə başladı. Bu dönəmdə Qərblə münasibət quran Osmanlı aydınları inkişafın ancaq elmlə mümkün olduğu qənaətinə gəldilər.
Qərbdəkilər inkişaf üçün o elmi əldə etməyin yolunu isə pozitivizmdə (pozitivizm – hər şeyə elmi, praktiki, eksperimental yolla yanaşmağın tərəfdarı olan, dini nəzəriyyələri, teologiyanı, metafizikanı rədd edən fəlsəfi cərəyandır. Pozitivistlərə
görə, insan faktlar arasındakı dəyişməz əlaqəni, təbiətin dəyişməz qaydalarını tapıb onlara istinad etməlidir.
Bu cərəyanın yaradıcısı Augusto Komtdur) gördülər.
Tənzimatla başlayan reformlar dönəmində elmin bir növ kultlaşdırılması başladı, pozitivizmin praktiki tərəfi buna rahat zəmin hazırladı. Pozitivizmin Türkiyəyə gəlməsində Yeni Osmanlı Cəmiyyətinin, bu cəmiyyətlə və pozitivistlərlə davamlı əlaqə saxlayan Şinasinin, Midhət Paşanın və bu cəmiyyətin üzvlərinin türkcəyə çevirdiyi əsərlərin böyük rolu olmuşdu. Artıq XIX əsrin sonlarında Osmanlı kültür həyatında pozitivizmin təsiri ilə materializmin izləri görülməyə başladı.
Materialist düşüncənin Osmanlı imperiyasına gəlişi bütün tərəfləri ilə Sultan İkinci Əbdülhəmidin dönəminə düşür və modern fəlsəfənin əsas mövzuları ilk dəfə bu düşüncə sisteminin içində müzakirə edilmişdir. Bu müzakirələrin başında isə ilk türk pozitivisti və naturalisti olaraq tarixdə qalan Bəşir Fuad (1852-1887) dayanırdı.
Osmanlı materializminə modernlik gətirən isə Abdullah Cövdət olmuşdur. Qərb kökənli elmin maddəçi düşüncəsindən sonra ortaya çıxan ensiklopedizm ideyası da Abdullah Cövdətin adıyla bağlıdır.
Pamukun qəhrəmanı Səlahəddin də bir az Bəşir Fuadı, bir az da Abdullah Cövdəti xatırladır.
***
Orxan Pamukun bu romanı da əslində “Cövdət bəy...” kimi nəsil romanıdır.
Romanda üç nəsil var: Məşrutiyyət dönəminin pozitivist-materialist həkimi Səlahəddin Darvinoğlu və onun konservativ həyat yoldaşı Fatma, Cumhuriyyətin ilk illərindəki idealizmi təmsil edən oğulları Doğan və onun 1980-lərdə nənələrini ziyarətə gedən uşaqları Faruq, Mətin və Nilgün.
Səlahəddinin xidmətçisi ilə “qeyri-məşru” münasibətindən doğulan və yoldaşı Fatma tərəfindən döyülərək şikəst edilmiş iki oğlu - Rəcəb və İsmayıl - sanki Məşrutiyyətin Cumhuriyyətə miras qoyduğu hədiyyələrdir.
Səlahəddin təkbaşına 48 cildlik ensiklopediya tərtib etmək istəyir və bu qeyri-mümkün cəhdinə görə bir növ Don Kixotdur. Pamuk bu romandan artıq hiss etdirir ki, o əsərdə adlar sisteminə necə diqqətlə yanaşır. Səlahəddin sözünün mənası dinin xilaskarı deməkdir. Amma roman qəhrəmanı doktor Səlahəddin ateistdir. Üstəlik Pamuk onun soyadını Darvinoğlu qoymaqla həm obrazının düşüncəsini, xarakterini, “inanclar”ını ümumiləşdirir, həm də oxucuya xatırladır ki, valideynlərdən övlada keçən genetik hər şey – xarakter, xasiyyət, düşüncə, inam-inamsızlıq və s. həm də soyad vasitəsilə ötürülür. Hər kəsin soyadında əcdadlarından nəsə var. Bu anlamda Darvinoğlu soyadı yalnız postmodernist fəndlə bizə Çarlz Darvini xatırlatmağa hesablanmayıb, Pamuk burda həm də “atalar-oğullar” probleminə işarə edir.
Romandakı Fatma, Rəcəb adları da dini kökləri olan adlardı.
Rəcəbi uşaq vaxtı Fatma döyüb və o, liliput qalıb. Ateist atanın xidmətçidən olan oğlunu dindar Fatma döyüb liliput və pəltək edir, bununla Pamuk Səlahəddinə, onun ideyalarına, qərbin elmi təfəkkürünü primitiv formada təqlid edən o dövrün türk aydınlarına gülür. Onların sonrakı nəslə ötürdüyü mirasın yarımçıq, “liliput, pəltək” olduğunu demək istəyir. Romanda Rəcəbin otağı heç təsvir edilmir, detallaşdırılmır, Pamuk onun hamı üçün gərəksizliyini həm də bu yolla ifadə edir. Rəcəb özündənrazı, ölkəni öz ensiklopediyası ilə xilas etmək istəyən Səlahəddinin liliput bəhrəli ehtirasıdır.
Pamuk əsərin bir hissəsində qəhrəmanlarından birinə - Nilgünə Turgenevin “Atalar və oğullar” romanını oxutdurur və bu fəndlə də əsərinin alt qatında nəyin olduğuna, onun necə oxunması gərəkdiyinə işarə edir.
Bu romanda etibarən Pamukun həm də sonrakı yaradıcılığı üçün çox səciyyəvi olan “ötəkiləşmək, başqa birisi olmaq arzusu” aktivləşir.
Səlahəddin özünün də, ailəsinin də, ölkənin də başqa cür olmasını, arvadı Fatma isə ərinin hamı kimi olmasını istəyir. Rəcəb normal insanlar kimi olmaq arzusundadır. Mətin-Ceylan, Həsən-Nilgün, Faruq və arvadı – hamısı bir-birindən, öz həyatlarından narazıdır, hər şeyin və hamının başqa cür olmasını istəyirlər. Bu məsələni isə artıq Pamuk növbəti romanı “Bəyaz qala”da daha geniş və daha dərin şəkildə işləyib.
“Bəyaz qala”
“Bəyaz qala” Orxan Pamukun üçüncü romanıdır. Roman 1984-85-ci illər arasında yazılıb.
1986-ci il nəşrində Pamuk kitaba “Bəyaz qala” haqqında” adlı bir yazı da əlavə etmişdi və o zamandan bu yana kitabın, demək olar ki, bütün nəşrlərində bu yazı bələdçi kimi, həm də müəyyən anlamda romanın bir hissəsi kimi dərc edilir.
“Bəyaz qala” romanı “Cövdət bəy və oğulları”, “Səssiz ev” romanlarıyla ölkə içində məşhurlaşan Orxan Pamukun şöhrətinin xaricdə də yayılmasına səbəb oldu. Dünyanın müxtəlif ölkələrində ədəbi tənqidçilər və sənətşünaslar bu romanla bağlı Orxan Pamuka tərif dolu məqalələr həsr ediblər.
Romanın ingiliscə nəşrləri ABŞ və Avropadakı nüfuzlu ədəbi dairələrdə yüksək qiymətləndirilib. “New-York Times book review”da Pamuk haqqında “Şərqdə bir ulduz yüksəldi - bir türk yazıçısı Orxan Pamuk” –yazıldı, Londonda nəşr olunan “The İndependent”də isə “Şərq və qərb haqqında ustalıqla, incəliklə işlənmiş, şux və zərif, fəlsəfi və tarixi bir düşüncə” – kimi ifadələr yer aldı. Məşhur tənqidçi-yazar Con Apdayk isə “The New Yorker”də Pamuk və roman barəsində belə yazdı: “Vektoru daxilə yönələn düşüncəsinin arabeskləriylə Orxan Pamuk bizə Prustu xatırladır...”
Orxan Pamuk özü bu əsər barəsində belə deyir: “Bu roman bundan öncəki kitablara baxanda qısalığı, ədası, ölçüləri, dinamizmi baxımından, avropalıların “nuvel” dediyi biçimi xatırladır”. Bu, Pamukun romanın formasıyla bağlı verdiyi ipucudur. Romanın ilham qaynaqları, qidalandığı mənbələr, işarə etdiyi, eyham vurduğu yerlərlə bağlı isə
romanın sonuna əlavə kimi yazdığı “Bəyaz qala” haqqında” adlı hissədə ipucları verir. Gəlin, Pamukun bu romanı yazarkən “repertuar”ına nələri daxil etdiyinə, nələrdən faydalandığına onun öz bələdçiliyilə nəzər salaq:
1. Adnan Adıvarın “Osmanlı türklərində elm” kitabı. (Pamuk yazır ki, bu kitab mənə axtardığım atmosferin rənglərini tapmaqda yardımçı oldu)
2. Artur Koestlerin “Yuxudagəzənlər”indəki Kepler şərhi (niyə mənəm mən?)
3. Da Vinçinin sadəlövhlüyü və inanılmaz silah düzəltmə ehtirası (“Başqalarına çatmaq, onları ötüb keçmək, onların dərsini vermək üçün tələsənlərin əsrlərdən bəri dəyişməyən xülyası“)
4. Katib Çələbinin çarəsiz kitab hərisliyi (“Ətrafında sevinc və kədərini bölüşməyə adam tapmayan kəslərin hüznlü, amma məndə sevgi oyandıran xəstəliyi“)
5. Məşhur Osmanlı astronomu Takiyüddin haqqında mənə danışan professor Süheyl Ünvərin “İstanbul rəsədxanası” adlı kitabı.
6. Özündən narazı, musiqiçi olmaq arzusu ilə yanıb-yaxılan Hoffmanın Motsarta oxşamaq istədiyi üçün adına Amadey adını da əlavə etməsi (Ernst Teodor Amadey Hoffman) və bununla bağlı yazılan kitablardan xəbərim vardı.
7. Edqar Allan Ponun əsrarəngiz və əsəblərə toxunan hekayələrindən də xəbərdardım.
8. Son bölümdə slavyan kəndlərindəki ürəkkeçməlı keşişlər barədə əfsanədə Dostoyevski və onun “Özgə” romanı ilə səsləşmişəm.
9. Kitabımın ilk və son bölümlərində səsləşdiyim Servantes də var siyahıda. O da bir zamanlar Ərəb tarixçisi Seyid Həmid bin Əngəlinin bir əlyazmasından yararlanaraq yazdığı Don Kixotu özününküləşdirmək üçün boş yerə söz oyunlarına baş vurub.
10. Stendalın “İtalya hekayələri”ndən öyrəndiyim o köhnə, tapılmış əlyazma metoduyla giriş bölümünü Faruqa yazdırdım. Beləliklə, həm bəlkə nə vaxtsa yazacağım başqa hekayələr üçün Faruqu (eynilə babası Səlahəddin bəyə “Səssiz ev” romanında elətdirdiyim kimi) xidmətimdə işlətməyə alışdırırdım, həm də oxucunu qəfildən, göydəndüşmə bir maskarada, karnavala salmaq təhlükəsindən xilas oldum.
11. Osmanlı gəmilərində kölə kimi işləyən baron V.Vratislavın zindan günləri romanımdakı kölə qəhrəmanımın hücrə həyatına örnək oldu.
12.İstanbula gəlmiş bir fransızın, Busbecqin məktublarından vəba günlərini və İstanbul adalarına sığınan xristianlar hissəsini yazarkən yararlandım.
13. Fişəng şouları, bəzi İstanbul mənzərələri və gecə əyləncələrini Antoine Gallant, Lady Montagu, Baron de Tottdan,
14.Padşahın aslanları və aslanxanasını Əhməd Rəfiqdən,
15. Ordunun Lehistan səfərini Əhməd Ağanın “Vyana mühasirəsi gündəliyi”ndən,
16. Uşaq padşahın bəzi yuxularını Rəşad Əkrəm Qoçun “Tariximizdə qəribə hadisələr”indən,
17. İstanbulun avara itlərini və vəbaya qarşı profilaktik tədbirləri Helmut von Moltkenin “Türkiyə məktubları”ndan,
18. Kitabın adı və bir neçə xırda detalları Tadeuş Trevanianın “Transilvaniyada səyahətlər” adlı qravüralı kitabından topladım. Bu kitabda bir barbarla fransız romançısının yerlərini dəyişməsinə aid əhvalat var.
Orxan Pamukun özünün də yazdığı kimi, bu siyahını hələ çox uzatmaq olardı, lakin buna lüzum yoxdur. Mətn yazılıb və onun tədqiqi bir az oxucuların, bir az da tənqidçilərin, ədəbiyyatşünasların işidir.
“Bəyaz qala” çap olunandan sonra romanın oğurluq, plagiat olduğu iddiaları türk mətbuatında çox müzakirə edildi.
Birinci dəfə 1995-ci ildə “Yeni şafak” qəzetində İbrahim Kiras “Pamuk hardan danışır?” yazısıyla bu iddialar ortaya çıxdı, bunun ardınca isə 2002-ci ildə “Hürriyət” qəzetində Murad Bardakçının “Rəşad Əkrəm “Cəmal aşiqi” idi, amma intihalçı deyildi” yazısı, daha sonra Əhməd Yıldız “Ədəbiyyat və tənqid” dərgisinin 85-ci nömrəsində “Orxan Pamuka səmimi cavablandırması arzusu ilə bir neçə sual“ adlı yazısı çap olunur. Bu yazıların, demək olar ki, hamısında “Bəyaz qala”nın “Əlyazma hekayəsi” hissəsindəki bəzi cümlələrin 1150-ci illərdə üç il İstanbulda əsirlikdə olmuş Pedro De Urdemalasın yazdığı və 1964-cü ildə Fuad Carım tərəfindən türkcəyə tərcümə olunmuş “Pedronun məcburi İstanbul səyahəti” adlı kitabından oğurluq olduğu iddia edilir.
Hilmi Yavuz 2002-ci ildə “Zaman” qəzetində çap olunan “İntihal, Umberto Eko və Orxan Pamuk” adlı yazısında bu iki mətn arasındakı oxşarlığı intertekstuallıq kimi
dəyərləndirir: “Pamukun “Bəyaz qala”sını bəyənməsəm də, ortaya atılan intihal, yəni oğurluq iddiaları ilə razı deyiləm. Pamuk sadəcə Fuad Carımın tərcümə etdiyi o kitabı oxuyub və ondan intertekstual zəmində yararlanıb – hətta ola bilsin ki, çox yararlanıb“.
***
“Bəyaz qala” “Səssiz ev” romanının qəhrəmanlarından olan Faruq Darvinoğlunun yazdığı və “Giriş” adlanan bir yazı ilə başlayır. Bu yazıda Faruq romanın əlyazmasını Gebze arxivindən 1982-ci ildə tapdığını, daha sonra bir neçə dəfə oxuduğu bu hekayədəki olayların baş verdiyi XVII əsr haqqında araşdırmalar apardığını qeyd edir. Amma Faruq apardığı araşdırmanın nəticəsində görür ki, tarixi reallıq ilə mətn arasında uyuşmazlıq var. Faruq da tarixdən əl çəkib, hekayənin özü ilə maraqlanmaq qərarına gəlir. Oxuduğu mətni bir başqa otağa keçərək, ağlında qalanlar şəkilndə yenidən yazmağa başlayır və sonda naşirin istəyi ilə “Bəyaz qala” adıyla nəşr etməyə qərar verir. Roman “Yaxşı insan, yaxşı qardaş Nilgün Darvinoğluna (1961-1980)“ ithaf edilib. Bildiyimiz kimi, Nilgün Darvinoğlu Pamukun “Səssiz ev” romanının qəhrəmanıdı və Pamuk öncəki romanının ölmüş qəhrəmanına bu kitabı ithaf etməklə, özü öz mətniylə intertekstual dialoqa girir.
Roman Marsel Prustdan bir sitatla başlayır: “Bizdə maraq oyadan bir kimsəni, bizə görə məchul və məchul olduğu qədər də cazibəli bir həyatın ünsürlərinə qarışmış sanmaq, həyata ancaq onun sevgisiylə girə biləcəyimizi düşünmək bir sevginin başlanğıcı kimi nə anlama gəlir?“ Prustdan gətirilən sitat romanın mahiyyətini yaxşı ifadə edir. Sitatda iki nəfər arasındakı birbaşa münasibətdən söhbət gedir və onlardan biri məchulluğu ilə o biri üçün cazibəlidir. Roman da elə bunun üstündə qurulub.
“Bəyaz qala”nın əsas hissəsi Faruqun yadında qalanları yenidən yazdığı hissədir. Bu hissə Venesiyadan Napoliyə gedəndə türklərə əsir düşən bir italyan kölənin dilindən nəql edilir. Romanın ilk bölümündə italyan kölə İstanbula gətirilib zindana atılır. Kölənin bilgiləri onu türklərin gözündə qiymətə mindirir və onu zindandan çıxardırlar, Paşanın xidmətinə verirlər.
Birinci bölümün sonunda Paşa köləni Xocaya, türk alimə hədiyyə edir və deyir ki, artıq o istəsə səni azad edə bilər.
İkinci bölümdə yeni qarşılaşan iki nəfərin - Xoca ilə kölənin bir-birini tanıma mərhələsi və əslində sona qədər davam edən əsas xətti başlayır. Zaman keçdikcə onlar başa düşürlər ki, həm zahirən, həm də daxilən bir-birinə əkizlər qədər bənzəyirlər...
Romanda bu əkizlər xəttindən başqa həm də şərq-qərb xətti var. Bu, romanın ən əsas xəttidir. Şərqi təmsil edən İstanbullu Xoca ilə qərbi təmsil edən italyan kölə vasitəsilə Pamuk şərq-qərb təzadını simvollaşdırıb. Ünlü türk yazarı Fəthi Naci “50 türk romanı” kitabında “Bəyaz qala” romanının hərəkətverici qüvvəsinin şərq-qərb mövzusu olduğunu yazır: “Formaları dəyişsə də, hər üç romanında Orxan Pamukun dəyişməyən, bir mövzusu var: Şərq-qərb problemi. Fərq budur ki, ilk iki romanında problem ancaq Türkiyə bucağından işlənmişdi, burda isə artıq “aristokratlar və özəlliklə kübar xanıməfəndilər arasında yenicə yayılan o sehrli Şərq marağı”nı da nəzərə alsaq, problem təkcə ölkəmizin düşüncə bucağından yazılmayıb. Qərblə şərq burda iki ayrı kültür olaraq qarşılaşdırılır, bənzərlikləri, ayrılıqları müzakirə olunur“.
***
Türk mədəniyyətində kölgə teatrı kimi məşhur “Qaragöz və Hacivat” adlı oyun var. Orxan Pamuk “Bəyaz qala” romanında sanki bu oyundan yararlanıb. Xoca ilə kölə bütün hərəkətləri, atmacaları, məişətləriylə Qaragöz və Hacivata çox oxşayır. Bir-birinə əkiz kimi bənzəyən romanın qəhrəmanları elə təsvir edilib ki, oxucu zaman keçdikcə onları bir-birindən ayırd etməkdə çətinlik çəkir, daha doğrusu, onları elə eyni adam kimi görür. Oxucu sanki pərdə arxasında oynadılan kuklaların oyununa tamaşa edir və müəyyən müddət keçəndən sonra oxucu ilə yazıçı da ruhən əkizləşirlər.
(ardı var)