Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Bakıda «Eurovision şəhərciyi» yaradılır [VIDEO]


Eurovision siyasi prosesə qarışa bilmərik deyir
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00
Direct-ə keçid

"Eurovision-2012" mahnı müsabiqəsinin ilk mətbuat konfransı keçirildi. Eurovision heyəti Azərbaycanda insan haqqları ilə bağlı suallara da cavab verdi.

«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıda «Eurovision şəhərciyi» (EuroVillage) yaradılacaq.
«Eurovision-2012» mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli «Trend»ə deyib ki, «EuroVillage»in yaradılması «Eurovision» mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir.
«EuroVillage» açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.
A.Kərimli deyib ki, «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıda «Euroclub» da yaradılacaq. Burada «Eurovision»a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada «Eurovision» mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək.
Hazırda həm «EuroVillage», həm də «Euroclub»un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi «Baku Crystal Hall»a yaxın yerdə yaradılması nəzərdə tutulur.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən «Eurovision» müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də «Eurovision-2012»nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
XS
SM
MD
LG