Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:06

İsa Qəmbər: «Qara siyahı»ya jurnalistləri öldürənlər salınmalıdır» (VİDEO)


«Qara siyahı»ya jurnalistləri öldürənlər salınmalıdır»
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00
Direct-ə keçid

«Qara siyahı»ya jurnalistləri öldürənlər salınmalıdır»

«MƏTBUATA GƏLƏN ÇİRKLİ PULLAR AZI 200 MİLYONDUR»
«2005-ci ildən Azərbaycan mətbuatına ayrılan çirkli pulların sayı-hesabı bilinmir. Azı 200 milyon manatdır».
«Turan» İnformasiya Agentliyinin redaktoru Mehman Əliyev İctimai Palatanın keçirdiyi dəyirmi masasında belə deyib. Dəyirmi masada mətbuatın problemləri müzakirə edilib.
Mehman Əliyev:
«Mən elə-belə hesabladım. Bizdə hardasa 120 çap mətbu orqan var. Gündəlik, həftəlik və ya həftədə 2-3 dəfə çıxan. Ən aşağısı 20-40 milyon manat zərflərdə, gizli, Azərbaycan xalqının qanı-təri ilə formalaşan pul həmin mətbu orqanlara gedir. Hakimiyyət çox ciddi şəkildə çirkli pullarla mətbuatı ələ alır. 2005-ci ildə Elmar Hüseynov öləndən sonra hakimiyyət bu məsələni ortaya çıxartdı ki, jurnalistlərə ev tikək. Mən o zamanda buna etiraz etdim. Jurnalistə elə şərait yaradılsın ki, hamı kimi o da ev ala bilsin. Demək ipi boynuna keçirib əlində saxlamaq istəyirsən? 2005-ci ildən sonra Azərbaycan mətbuatına gələn çirkli pulların sayı- hesabı bilinmir. 2005-də bu yana ən az 200 milyona yaxın pul xərclənib».
Mehman Əliyev qəzetlərin yayımı ilə bağlı vəziyyətin pisləşdiyini də bildirib. Hətta o «bu axırıncı məqamdır, reklam bazarını məhv ediblər, gəlir yoxdur» deyib. O sonra da bunları əlavə edib:
«Bəzi kütləvi informasiya vasitələri – «Azadlıq», «Yeni Müsavat» hələlik yayımdan pul qazanırlar. Bu dünyada görünməyən şeydir ki, kimsə yayımdan pul qazansın. Biz ABŞ-da bir qəzet redaksiyasında olanda nə qədər izah etdik, başa düşmədilər ki, qəzet necə yayımla dolana bilər? İndi bunun da qabağı alınır. Bu sistem də dağılır. Dünyada belədir ki, 1 köşkə 2 min adama düşür və ya 1 köşkə 1000 adam düşür. Azərbaycanda 2009-cu ildə hesabladıq - o vaxtdan vəziyyət bir az da pisləşib – 1 köşkə 12 min adam düşürdü. Biz hansı inkişafdan danışa bilərik. Bu gün 12 min adama 1 köşk düşür».
«ƏHMƏDLİDƏN QARA QARAYEVƏ QƏZET ALMAĞA GEDƏNLƏR VAR»
Mehriban Vəzir
Mehriban Vəzir
Publisist Mehriban Vəzir vəziyyətin dramatikliyini göstərmək üçün nümunə gətirib:
«Dünən bir tanışım dedi ki, Əhmədlidə yaşayıram. Qəzet almaq üçün metronun Qara Qarayev stansiyasına gedirəm. Təsəvvür edirsizmi? Normal ölkədə hər evə bir qəzet, bir çörək gedir».
«BUNU HAKİMİYYƏTİN MEDİAYA QARŞI TƏZYİQİ KİMİ QİYMƏTLƏNDİRMƏK OLMAZ»
İctimai Palatanın müzakirələrində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də çıxış edib. O deyib ki, Mətbuat Şurasında qəzet yayımı məsələsinin həllinə çalışan komissiya yaradılıb və yayım firmaları ilə, dövlət qurumları ilə danışıqlar aparılır. Amma o baş verənləri hakimiyyətin mediaya təzyiqi kimi qiymətləndirməyin tərəfdarı olmayıb:
«Biz hesab etmirik ki, bu hakimiyyətin mediaya təzyiqidir, kampaniya kimi qəbul etmirik. Bəlkə də Bakı şəhər İcra Hakimiyyətinin səriştəsizliyi və ya hansısa siyasətindən doğan məsələdir. Bunu dəqiqləşdirə bilmirik. Amma problemin ağırlığını başa düşürük. Aradan qaldırmaq üçün işlər görülür».
«QARA SİYAHI» VƏ ALQIŞLAR
Müşfiq Ələsgərli çoxsaylı sualları da cavablandırmalı olub. Suallardan biri belə olub: ««Xural» qəzetinin redaktoru Əvəz Zeynallının həbsi onun adının Mətbuat Şurasının «qara siyahı»ya salınmasının nəticəsi deyildi?»
Əvəz Zeynallı rüşvət almaqda təqsirləndirilir. İstintaq altındadır, bir müddətdir həbsdədir. Onun adı «reket jurnalist» kimi Mətbuat Şurasının «qara siyahısı»na salınmışdı.
Müşfiq Ələsgərli cavab verib ki, Əvəz Zeynallının adının Mətbuat Şurasının qara siyahısına salınması siyasi sifariş deyil:
«Qara siyahı beynəlxalq termindir. Böyük Britaniyada da istifadə olunur. Ora qanunu kobud şəkildə pozan və bunu etiraf etməyən qəzetçilərin adları daxil olur» deyə əlavə edib.
Mehman Əliyev isə bu məsələyə toxunaraq deyib ki, Azərbaycanda ən böyük problem həqiqətə xidmətdir: «Bu problemdir. Mətbuat Şurasının birinci vəzifəsi həqiqətə xidməti önə gətirməkdir».
«JURNALİSTLƏRİ «QARA SİYAHI»YA SALMAQ KÖMƏK ETMƏYƏCƏK»
Müsavat Partiyası başqanı İsa Qəmbər də «qara siyahı» məsələsi haqda danışmalı olub:
«Qara siyahı varsa, ora mətbuata, söz azadlığına qarşı olan adamlar daxil edilməlidir. Jurnalistləri öldürən, onların ölümünü sifariş edənlər daxil edilməlidir. Jurnalistləri döyən, təqib edən, problem yaradan qurumlar daxil edilməlidir. Onlarla bağlı iddia çıxaran prokurorlar, onlara hökm kəsən məhkəmələr «qara siyahı»ya salınmalıdır. Özü də bu birbaşa Media Şurasının işi olmalıdır. Qəzetləri və ya jurnalistləri «qara siyahı»ya salmaq kömək etməyəcək».
Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
SƏFƏRBƏRLİK ELAN OLUNDU
AXCP sədri Əli Kərimli çıxış yolu göstərib:
«Elə etməliyik ki, mətbuata qarşı basqılar, mətbuatla savaşmaq hökumətin əleyhinə işləməlidir. Konsepsiya budur. Əvvəla azad mətbuatın təmsilçiləri bir araya gəlməlidirlər. Ayrıca qərargah yaratmaq olar. Mətbuatın problemlərinin dünyaya çıxarmaq olar. Növbəti məsələ. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla açıq dialoq qurmaq lazımdır. Azad mətbuatın güclənməsi üçün təkliflər vermək lazımdır».
«Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyev isə deyib ki, jurnalistlər hökumət qurumları qarşısında etiraz aksiyaları keçirməlidirlər.
XS
SM
MD
LG