"Oxu zalı”nda başladığımız “Ən məşhur postmodernistlər” rubrikasında QİSMƏTin Nobel mükafatlı türk yazarı Orxan Pamuk haqda yazısı
QİSMƏT
İSTANBULUN HÜZNÜ
əvvəli
(4-cü yazı)
Qar
Orxan Pamukun “ilk və son siyasi romanım” dediyi “Qar” romanı Türkiyənin 90-cı illərdəki siyasi panoramasını liberal demokrat bir baxış bucağından dəyərləndirir.
Bu roman Türkiyədəki 28 fevral dönəminə bir parodiyadır. Əvvəlcə qısa şəkildə romanın məzmunu ilə tanış olaq.
Bir qəzetdə köşə yazıları yazan şair Kərim Alakuşoğlu (bütün roman boyu adı qısaca Ka kimi yazılır) uzun illərdən sonra Almaniyanın Frankfurt şəhərindən Türkiyəyə qayıdır.
Həmin ərəfədə Türkiyə mətbuatında əsas xəbər Qars şəhərindəki qadın intiharları olur və Ka qərara gəlir ki, bu barədə bir araşdırma yazsın. Buna görə də qışın çox sərt keçdiyi olmasına baxmayaraq Qars şəhərinə gedir.
Yolboyu gördüyü çoxusu Qarsdan olan insanları, onların geyimlərini, davranışlarını, söhbətlərini, yolların vəziyyətini düşünür. Qara çatandan sonra universitet illərindən tanıdığı, aşiq olduğu, sonradan evlənib boşandığı barədə xəbər eşitdiyi İpəklə qarşılaşır və bütün roman boyu İpəyin atasının otelində qalır. Şəhərə bir jurnalistin, şairin gəldiyini bilən Qarsın dövlət xadimləri Ka ilə görüşməyə, onun nə məqsədlə bura gəldiyini öyrənməyə çalışırlar.
Çünki bu ərəfədə həm də seçkilər olmalıdır.Kanın intihar edən qadınlarla bağlı araşdırma yazmaq üçün şəhərə gəldiyini öyrənən dindarlar onu müxtəlif yerlərə çağırıb öz fikirlərini ona yeritmək istəyirlər. Ka Qarsda mafiozlarla, dindarla, dövlət adamlarıyla, inqilabçılarla görüşlərdə olur. Amma hiss edir ki, həyatı üçün nə qədər təhlükə olsa da, özünü İpəyin yanında xoşbəxt hiss edir. Qarsı “Dünyanın bitdiyi yer” adlandıran Ka burda din pərdəsi altına insanların necə işlər gördüyünü, eyni zamanda həqiqi imanlıların da cahillikdə necə yalnış yollara sapdığını görür. Hətta sevdiyi İpəyin belə bu cür işlərlə əlaqəsi olduğunu görəndə başa düşür ki, onun bu şəhərdə qalmasına heç bir səbəb yoxdur.
Ka Almaniyaya qayıdandan 4 il sonra öldürülür.
Qısa məzmundan sonra keçək “Qar” romanının poetikasına.
“Qar” romanının bir yerində, “Tam Atatürkü oynayacaq adam” adlı bölümdə Orxan Pamuk Cevat Fehmi Başkurtun “Buzlar çözülmədən” adlı pyesini xatırlayır və elə burdaca intertekstuallıq işə düşür. Pamuk bu fəndlə romanının fundamentində duran əsərlərindən birinə işarə etmiş olur. “Buzlar çözülmədən” pyesində Başkurt qarla örtülmüş bir Anadolu qəsəbəsində yolların bağlanması ilə başlayan əhvalatları yazıb. Burda fürsətdən istifadə edən dəlilərinin qəsəbənin bürokratlarına necə qalib gəlməsindən söhbət gedir. Pyesdə xilaskar ziyalı modeli yaradılmağa çalışılıb. Orxan Pamuk bu pyeslə öz romanı arasında ideoloji təzad yaradıb. Pamukun qəhrəmanı Ka
qərbli bir aydın olaraq çevriliş tərəfdarı deyil, amma pyesdəki xilaskar aydınlar əksinə. Pamuk isə əslində pyesdəki xilaskarlıq ideologiyası ilə romandakı ideologiyasızlığın tən ortasında dayanıb. Bu pyesin türk sinemasında ekran variantı da var. Kemal Sunalın baş rolunu oynadığı “Dəli dəli kupəli” filmini xatırlayın.
Ka adı ilə bağlı da türk və dünya mətbuatında çoxlu fikir səslənib. Ən məşhuru Con Apdayk analiz yazısında Pamukun qəhrəmanının Kafkanın “Qəsr”indəki K-ya işarə olduğunu yazmışdı.Pamuk isə sonradan müsahibələrinin birində “Kanın Kafkayla qan qohumluğu yox, ədəbi qohumluğu var” - demişdi. Bu mənada Pamuk Apdaykın fikriylə razılaşmamış kimi görünsə də, “ədəbi qohumluq” sözüylə əslində yozuma açıq bu mövzularda nə qədər rasional düşündüyünü də ifadə etmişdi.
Əslində “Qar”da baş verən olayları anlamaq üçün Türkiyənin yaxın tarixinə də azca bələd olmaq lazımdır. 28 fevral çevrilişini Türkiyə mətbuatı “post-modern çevriliş” adlandırmışdı. Nə olmuşdu bəs?
1995-ci ildə Türkiyədəki seçkilərdə sandıqdan qalib çıxan partiya Nəcməddin Erbakanın liderlik etdiyi Refah Partisi (Rifah Partiyası) olmuşdu. Əvvəlcə ANAYOL hökuməti qurulmuş, bu 3 ay davam gətirə bilmişdi. Bundan sonra Erbakanla Tansu Çillər REFAHYOL hökümətini yaratmışdılar. Çevrilişi hazırlayan isə o olmuşdu ki, Erbakan ilk xaricini səfərini Liviyaya və bəzi islam ölkələrinə etmişdi. Erbakanın dindar heyətə üstünlük verməsi və şeyxləri iftar yeməyinə dəvət etməsi prosesi sürətləndirmişdi. Son olaraq isə Refah Partiyasından olan Sincan bələdiyyə başqanı Qüds gecəsi təşkil etmiş və bununla da hadisələrin fitilinə od vurmuşdu.Əsgərlər bir gün sonra hökümətə etiraz olaraq Sincan küçələrinə tank yeritdilər. Hökümətin hakimiyyəti təhvil verməsi üçün 18 maddəlik manifest imzalandı, hökümət liderləri də çarəsiz qalıb istefa etdilər. Prezident Dəmirəl vəzifə gözləyən Çillərə etibar etmədi.
“Qar” romanı bax elə bu məqamdan başlayır. Orxan Pamuk bir müsahibəsində: ”kiçik bir qəsəbədə Türkiyənin kiçik bir modelini yaratmaq, Türkiyənin yaxın tarixində olan hadisələri bir teatr atmosferi içində yenidən qurmaq istədiyini və bunu üçün də Qars şəhərini seçdiyini” – demişdi. Məkan olaraq Qars şəhərinin seçilməsinin bir neçə səbəbi var. Əvvəla, Türkiyənin haqqında danışdığımız dönəminə ən uyğun gələn şəhər Qarsdır. Çünki orda Türkiyənin gənəlində olan problemlər var: Çevriliş təhdidi, radikal dindar problemi, bölücülük, geridəqalmışlıq, işsizlik, yoxsulluq...
Sonra Qars şəhəri erməni-türk, xristian-müsəlman mədəniyyətlərinin qarışdığı bir yerdi və Pamuk buranı seçməklə mədəniyyətlərarası dialoq –ziddiyət temasını işləmək üçün özünə yaxşı zəmin hazırlayıb.
Romanın adından, baş qəhrəman Kanın adından başlayaraq hər yerdə KA-nın olmasının üzərində çox dayanmayaq. Bu mətnin ən üzdə olan tərəfidi və uşaqdan böyüyə çox adam artıq bunu bilir. KA-KArs-KArpalas oteli-KAdife və s.
KA-nın adındakı bilinməyən başqa bir tərəfə işıq tutmağa çalışaq. Bildiyimiz kimi adın tam acılımı Kərim Alakuşoğludur. Kərim sözünün anlamı çoxdur – Kərəm sahibi,
böyük, ulu, səxavətli. Əsası isə İslamı düşüncədə Allahın sifətlərindən biridir. Bəs Alakuş nə deməkdir ? Alaquş bəzi yerlərdə tovuzquşu kimi də qeyd edilir. İslamdan sonrakı ədəbiyyatda təkəbbürünə görə lənətlənmiş, cənnətdən qovulmuş şeytanı simvolizə edir. Tovuzquşunun ehtişamlı görüntüsü olması təkəbbür kimi yozulur. Sinəsinin ehtişamlı görüntüsünə baxmayaraq ayaqları çirkin və çəlimsiz, buna görə də cənnətə dönmək üçün gücü, imkanı yoxdur. KA adı bu mənada Allahın varlığını dərk edən, ancaq təkəbbürü ucbatından ona üsyan etmiş şeytana uyğun gəlir. Pamuk qəhrəmanının adında və soyadında belə təzad yaratmaqla qədim ədəbiyyatla intertekstual münasibət yaradır.
Orxan Pamuk romanın qadın personajlarına qəribə şəkildə parça adları verib. Məsələn, İpek. İpək elə ipək kimi yumşaq, cəzbedici, əldən sürüşüb çıxan gözəl bir qadın obrazıdır. Kadife də parça adıdır. Bu ad onun xarakterinə çox uyğun gəlir. Kadife parça olaraq daha dolğun və sürüşkən olmayan parça növdür.
Romanda Nəcib və Fazil adında iki tələbə dost var. Onların adları yan-yana gələndə adamın ağlına o an məşhur islamçı şair Nəcip Fazil Qısakürək ağlımıza gəlir. Pamukun məqsədi onların dindarlığını bu assosasiya vasitəsilə ifadə etməkdir.
“Qar” romanında Orxan Pamuk təkcə “Buzlar çözəlmədən” pyesi ilə kontakta girməyib, həm də romanda adı “Vətən yaxud türban” kimi keçən Namiq Kamalın 1873-cü ildə yazdığı “Vətən yaxud Silistrə” oyunu ilə intertekstual münasibət qurub.
Namiq Kamalın qəhrəmanı Zəkiyyə Pamukun qəhrəmanı Kadifeyə uyğun gəlir. Zəkiyyə kişi paltarında savaşa qatılır, Kadife isə problemli bir libasla – hicabla səhnəyə çıxır.
Pamukun romandakı işarələri bununla da bitmir.Məsələn, Ka-nın paltosundan danışır və bu bizim yadımıza o andaca Qoqolun “Palto”sunu salır. Ka paltosunu Frankfurtdakı Hans Hansen adlı bir satıcıdan alır. Ka İpəklə birlikdə olmaq üçün onun oteldən heç yerə çıxmayan atası Turqut bəyə xarici bir jurnalistə manifest yazmaq təklifini ortaya atır və yalandan onun adının Hans Hansen olduğunu deyir. Halbuki Hansen satıcıdır, jurnalist yox.
Burda Pamuk başqa bir işarədən istifadə edib. Hans Hansen məşhur alman romançısı Tomas Mannın “Tonio Kroger” əsərinin ailəsiylə rahat, sakit, xoşbəxt həyatı olan qəhrəmanının adıdır. Bu işarəylə Pamuk Ka-nın İpəklə xoşbəxt olmaq arzusuna eyham vurur. Xoşbəxtlik Ka üçün ölənədək arzu olaraq qalır.
***
Orxan Pamukun “Yeni Həyat, “Mənim adım Qırmızı”, “İstanbul : Xatirələr və şəhər”, Məsumiyyət muzeyi” romanları, “Ötəki rənglər”, “Mənzərədən parçalar” və “Saf və düşüncəli romançı” esse-ədəbiyyatşünaslıq kitabları daha geniş yazıların mövzusudur.
Dünyanın böyük qəzetlərində, ədəbiyyat dərgilərində Orxan Pamukla bağlı yazılmış müxtəlif fikirlər var. Onlardan Türkiyə üçün və təbii bizim üçün ən fəxr edilməli olanı yəqin ki, bu cümlədi: Avropaya roman yazmağı öyrədən yazıçı...
"İstanbul hüznü" yazısında
istifadə olunmuş ədəbiyyat siyahısı:
1. Orhan Pamuku okumak, Yıldız Ecevit,
2. Orhan Pamuku anlamak, Engin Kılıç
3. Don Kişotdan günümüze roman, Jale Parla
4. Orhan Pamuk, Cevdet bey ve oğulları
5. O.Pamuk, Sessiz ev
6. O.Pamuk, Beyaz Kale
7. O.Pamuk, Yeni hayat
8. O.Pamuk, Kara kitap
9. O.Pamuk, Kar
10. O.Pamuk, Öteki renkler
11. O.Pamuk,Manzaradan parçalar
12. Orhan Pamukun romancılık serüveninde yeni durak : tematik romanlar, Fethi Demir.
13. Orhan Pamukun Karında epigrafik ilişkiler, Nathaniel Riley.
14. Orhan Pamuk romanları, Boray Biçer.
15. Postmodern öğreti ve bir postmodern roman çözümlemesi : Kara Kitap