Oxunmalı kitablar
QİSMƏT
SALMAN RÜŞDİNİ OXUMAQ
“Şərq Şərqdir, Qərb də Qərb.”
(Kiplinq)
“Biz onların yuxusuyuq...onlar da bizim ”
(S.Rüşdi)
Salman Rüşdiyə iki tip münasibət var.
Birincilər onu böyük romançı kimi qəbul edən, amma kafir hesab edənlərdi.
İkincilər isə Rüşdini “böyük kafir” sayanlar, həm də romançı saymayanlardı.
Rüşdinin romanlarına yaraşan xəyali bir süfrə təsəvvür etsək və bu süfrədə birincilərlə ikinciləri üzbəüz əyləşdirsək, məncə onların fikrinin kəsişdiyi yer, ortaq nöqtə təəssüf ki, ədəbiyyat olmayacaq.
Demək üçüncü bir yanaşmaya ehtiyac var. Bu isə çox sadədi: yazıçını əsəri ilə tanımaq.
Bizim ədəbi gündəmimizdə Rüşdinin düşdüyü qalmaqallar onun romançılığını üstələyir. Onun romanları isə dilimizə çevrilməyib deyə, (bir neçə jurnalda, qəzetdə bəzi romanlarından hissələrə rast gəlmişəm) Rüşdinin sanki bizim oxucuların gözündə
Magik realist üslubla postmodernizmin izdivacından doğulan bu romanda Rüşdi öldürücü ironiyasını yenə işə salıb. Rüşdinin ironiyası bu sehrli romanı oxunaqlı edən, onun canlı tutan əsas özəlliklərdən biridir.
yazıçı obrazı yoxdur.
Onlar Rüşdini daha çox avantürist, kafir, oyunbaz, öz dilinə xəyanət edib ingiliscə yazan bir hindli kimi tanıyırlar. İstisnalar yəqin ki, var. Narahat olmayın, kimdir Rüşdi? – sualını verib onun bioqrafiyasına keçmək fikrim yoxdur. Bunun yerinə gəlin Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanından danışaq.
Salman Rüşdi bu romanı haqqında belə deyib: “Bu kitabı yazmaq üçün neçə il oxuyub, araşdırma aparmalı olmuşam.” Romanın mən oxuduğum türkcə nəşrində müəllif kitabının sonuna böyük bir siyahı da əlavə edib. Bu siyahıda Rüşdi romanı yazarkən bəhrələndiyi mənbələri göstərib.
Siyahıda 85 kitab adı, 20 elektron mənbənin ünvanı var. Bu kitabların içində bədii kitablar da var, akademik araşdırmalar da.
Tərcüməçi kitabın sonunda Rüşdinin dilindən balaca bir qeyd yazıb:
“Bu siyahı istifadə etdiyim mənbələrin tam siyahısı deyil.Gələcək nəşrlərdə bu çatışmazlıq aradan qaldırılacaqdır.”
Keçək kitabın arxa üzündəki tanıtım yazısına. Tanıtımda yazılıb: “Müxtəlif hekayəçilər, səyyahlar, macəraçılar tərəfindən nəql olunan, Babur imperiyası və Osmanlılar, Monqollar və intibah dövrü Florensiyasının tarixinə, mədəniyyətinə işarələr edən,
bölgənin tarixini nağıllarla çulğalaşdıran mükəmməl bir əsər.
Kitabda erotizmin episentrində olan gözəllər gözəli florensiyalı sehrbaz, əslində kişilərin dünyasında öz taleyinə özü hakim olmaq istəyən bir qadındı. Amma öz taleyinə hökm edə-edə, həm də hökmdarların taleyini dəyişdirir və ən parlaq dönəmini yaşayan Əkbər şah və Florensiyanın ictimai həyatında da çevriliş edir.
“Florensiyalı sehrbaz” sizi tale, gözəllik, savaşlar, tilsimlər və sədaqətlə hörülmüş bir yolda Renessans İtaliyasının saraylarından Hindistanın uzaq sahillərinə qədər aparacaq bir şah əsərdi. “
Bir zamanlar mən kitabların tanıtım yazısına inanıb çox kitab almışam və əlbəttə ki, aldanmışam. Bu aldanışdan geridə sadəcə statistika qalıb. Olsun, zərər yoxdur. Hərdən zırramalardan can qurtarmaq üçün bu statistika da kara gəlir.
Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanını isə tanıtım yazısını oxumadan, vitrində görən kimi aldım. Çünki Rüşdinin “Gecəyarısı uşaqları” romanını oxuyandan bu yana, o mənim sevimli yazıçılarımdan birinə çevrilib. (Balaca qeyd: Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı 1981-ci ildə “Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarına layiq görülüb.)
“Florensiyalı sehrbaz” romanı 19 bölümdən ibarətdir və hər bölümün adı elə həmin bölümün birinci cümləsidir. Romana Françeska Petrarkadan və Mirzə Qalibdən epiqraf verilib. Salman Rüşdi romanını “Min bir gecə nağılları”nda, qədim şərq pritçalarında, əhvalatlarında oxumağa adət etdiyimiz bəzəkli, cəzbedici bir təhkiyə ilə yazıb.
“Florensiyalı sehrbaz” şərqdə məşhur olan vəzir Birbalın əhvalatları, paradoksal bir xarakterə sahib Əkbər şahın yuxuları, fikirləri ilə, şəhərin bazarı, alverçiləri, dələduzları, fahişələri və s.-lə cümlə-cümlə hörülən, olduqca rəngli, çoxsəsli bir romandı. Hər əhvalatın, hər sözün, hər cümlənin ətrafında qəribə mistik bir ab-hava, bir sirr haləsi yaratmağı bacaran Rüşdi oxucunu nağıllar dünyasına salır.
İlk baxışdan adama uydurma, təxəyyül kimi gələn (əslində də bunlar həm Rüşdinin sonsuz fantaziyasının məhsuludur ) bütün bu qəribə əhvalatları oxuduqca anlayırsan ki, bunlar nağıl qəhrəmanlarının xasiyyətlərini götürmüş, libasını geyinmiş bugünün, dünənin sərt həqiqətləridir.
Magik realist üslubla postmodernizmin izdivacından doğulan bu romanda Rüşdi öldürücü ironiyasını yenə işə salıb. Rüşdinin ironiyası bu sehrli romanı oxunaqlı edən, onun canlı tutan əsas özəlliklərdən biridir.
Romanın qəhrəmanlarından biri Əkbər şah daim Qərb dünyasının həsrətini çəkir, həsəd aparır və bir gün həmin Qərb Florensiyadan yola çıxıb, “dərələrdən sel kimi, təpələrdən yel kimi” keçib ta Əkbər şahın sarayına qədər gəlir – səyyah dell Amore-un libasında. Rüşdi səyyahın da, şahın da şişirdilmiş, bir qədər də komik obrazını yaradıb.
Bununla sanki o demək istəyir ki, Şərq Qərbi, Qərb də Şərqi özü üçün o qədər ekzotikləşdirib ki, nəticədə hər iki tərəfin bir-biri barəsində təsəvvürləri bu cür gülüncləşib. Onlar həmişə bir-biri üçün kəşf edilməmiş tərəfləri olan Yeni Dünyadırlar.
Saraya qəfildən təşrif buyuran bu sarı saçlı, qəribə əlbisəli səyyahda yalnız Əkbər şaha söylənməyə layiq bir sirr var və bu sirrin onun əlində olması səyyah üçün bütün qapıları açır. Nədir bu sirr? O sirri sizinlə bölüşmək istəmirəm. Çünki o sirri bilmək üçün hər biriniz o sirrə layiq olmalısınız, bunun isə bircə yolu var – romanı oxumaq. Zatən o zaman mənə ehtiyac qalmayacaq.