Azərbaycanlı jurnalist, «Ayna-Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasov Londonda yerləşən, nüfuzlu İndex on Censorship-in «İfadə azadlığı mükafatını» alıb.
Təşkilat azərbaycanlı jurnalistdən başqa 3 ölkənin - Çin, İran və Qvatemalanın da yazarlarını mükafatlandırıb.
Mükafatı təqdim edən qurum deyir ki, İdrak Abbasov həyatını təhlükəyə ataraq araşdırma aparıb. Dövlət Neft Şirkətiylə bağlı araşdırma aparan jurnalistin evinə 2011-ci il sentyabrın 9-da buldozer göndərilib. Bu hadisədən sonra onun anası və qardaşı xəstəxanaya yerləşdirilib. Abbasov sonra da təqib və təhdid olunub. Hətta ona ismarıc da göndəriblər ki, «İdraka deyin ağlını başına yığsın, yoxsa qulaqlarını kəsərik».