Oqtay Gülalıyevin həbsi ilə əlaqədar Sabirabad rayonuna gedən hüquq müdafiəçiləri və redaktorlar icra başçısı Nazim İsmayılovla görüşüblər.
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin AzadlıqRadiosuna dediyinə görə, görüşdə Oqtay Gülalıyevin həbsinin səbəbləri müzakirə olunub:
«Guya Oqtay rayonun Minbaşı kəndində olanda, adamlara deyib ki, çiy kərpicdən olan bütün evlər sökülməli, yerində daşdan yeni ev tikilməlidir. Guya o deyib ki, adamlara stress pulu da verilməlidir. Yəni, belə yalan informasiyalar verilməklə kənddə gərginlik yaradılıb. Mən də icra başçısına dedim ki, Oqtay heç vaxt görüşlərində belə sözlər işlətməyib. Bu qurama bir məsələdir».
Mehman Əliyev deyir ki, onlar Oqtay Gülalıyevin saxlanma şəraiti ilə də maraqlanıblar:
«İcra başçısı dedi ki, onun bildiyinə görə, heç bir problem yoxdur. Qaldı onun saxlanma yerinin dəyişdirilməsinə və həbsdən vaxtından əvvəl buraxılmasına, icra başçısı dedi ki, bu iş onun səlahiyyətində deyil».
Görüşə jurnalistlər buraxılmayıb.
«OQTAY GÜLALIYEV HƏBS YERİNİN DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİR»
«Oqtay Gülalıyev həbs yerinin dəyişdirilməsini istəyir».
Bunu AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. O, aprelin 12-də Sabirabad rayon polis idarəsində saxlanılan yoldaşı ilə görüşüb.
«Baş ağrılarından əziyyət çəkir. Mən ona apardığım dərmanları çətinliklə qəbul etdilər. O dedi ki, yerinin dəyişdirilməsini istəyir. Bildirdi ki, tez-tez ona təzyiqlər edilir. Onu əsəbiləşdirirlər».
Firuzə Gülalıyeva deyir ki, Oqtay Gülalıyevin Daxili İşlər Naziri Ramil Usubov və hüquq müdafiəçilərinə yazılı müraciətini ona verməyiblər.
«Əvvəl polisdə dedilər ki, həmin müraciəti bizə verəcəklər, amma sonra vermədilər».
POLİS RƏİSİ TƏZYİQ İDDİASINI QƏBUL ETMƏDİ
Aprelin 11-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Oqtay Gülalıyevlə görüşüb. Hüquq müdafiəçisinin dediyinə görə, Oqtay Gülalıyev ona qarşı təzyiqlərdən gileylənib.
«Mən Oqtayla görüşəndə Ombudsman əməkdaşları da orda idi. O mənə dedi ki, polis rəisinin müavini mənim qarnıma və başıma yumruqlar vurub. Sonra mən polis rəisi ilə görüşdüm, o, təkzib elədi».
Elçin Behbudov deyir ki, o, aprelin 14-də Daxili İşlər Naziri Ramil Usubovla görüşdə Oqtay Gülalıyevin şikayətlərini nazirin diqqətinə çatdıracaq.
Sabirabad rayonunun polis rəisi Mübariz Quliyev AzadlıqRadiosuna Oqtay Gülalıyevə təzyiqlər edilməsi ilə bağlı deyilənləri təkzib edib.
HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ REDAKTORLAR SABİRABADA GEDİB
Bir qrup hüquq müdafiəçisi və redaktor Sabirabad rayonuna yollanıb.
Məqsəd bir neçə gün əvvəl rayonda həbs edilən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyevlə görüşməkdir. Bu barədə AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.
«Biz çalışacağıq rayon polis idarəsinin təcridxanasında saxlanılan Oqtay Gülalıyevlə görüşək, vəziyyəti ilə maraqlanaq. Bundan başqa onun həbs olunduğu Minbaşı kəndinin sakinləri ilə də görüşmək istəyirik. Onların da problemlərini dinləmək istəyirik».
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edib.
Aprelin 9-da Sabirabad rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib. Hazırda o, Sabirabad rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır.
Saxlanılan gün Minbaşı kəndində monitorinq aparan Oqtay Gülalıyevin özü isə heç kimi təhqir etmədiyini, əksinə bir neçə kənd sakini ilə görüşən vaxtı bələdiyyə sədri və icra nümayəndəsinin onu təhqir etdiyini bildirir.
Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş vermiş daşqından sonra kompensasiyaların ədalətli paylanmamasına etiraz edirlər.