İndiyədək 9-cu siniflərin buraxılış imtahanlarında iştirak edən 83 671 şagirddən 80 faizi (68 680 nəfər) müsbət nəticə göstərib. Şagirdlərin 9 illik biliklərinin yoxlanılması üçün onlara 30 sual verilib. Minimum 5 suala düzgün cavab yazan şagirdlər imtahandan keçə biliblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, imtahanlarda öz adlarını yaza bilməyən şagirdlərin olduğu da müşahidə edilib:
«İmtahana gələn şagird boş kart versə də onun üzərində adını yazmalıdır. Amma adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub. Bu rəqəm çox deyil, hər bir rayonda 5-6 adam var. Amma bu faktın olmasının özü də çox acınacaqlıdır».
Məleykə Abbaszadə konfransda həmçinin bildirib ki, 11 illik - tam orta təhsil səviyyəsi üzrə imtahanlara qatılan 57 min 22 nəfərdən 52 127 nəfəri müsbət nəticə göstərib. Onun sözlərinə görə, imtahanlarda Bakı və Sumqayıt şagirdlərinin 97 faizi, ümumilikdə respublika üzrə isə 91,4 faizi müsbət nəticə göstərib.
Məleykə Abbaszadə təhsil üzrə ekspertləri imtahan sualları ilə tanış olmağa dəvət edib. O, bildirdi ki, respublika üzrə buraxılış imtahanları tam başa çatdıqdan sonra nəticələr araşdırılacaq. Yalnız bundan sonra orta təhsilin səviyyəsi qiymətləndirilə bilər.