-
«KƏNDLİLƏRİN ÇOXUNUN GÜNÜ AĞLAMALIDIR»
Masallı rayonunun Təklə kəndinin sakini Səmədağa Həmidov deyir ki, indi cənub rayonlarında həmin videogörüntü populyardır – kartofunu sahədən yığa bilməyən kəndli öz gününə, ödəyə bilmədiyi kreditə görə mərsiyə deyib ağlayır.
Səmədağa Həmidov deyir ki, indi cənub rayonlarında kəndlilərin çoxunun günü ağlamalıdır. Minlərlə ton kartof sahələrdə yığılmamış qalıb:
40 KİLO POMİDOR 1 MANAT 50 QƏPİYƏ
Masallının Həsənli kəndinin sakini Ələsgər Hüseynov isə üzləşdikləri problemləri belə təsvir edir:
Sabirabad rayonunun Muğan-Gəncəli kəndinin sakini Nail Nağıyev isə neçə illərdir qarpız əkir. Deyir, kənd təsərrüfatı sahəsində vəziyyət ildən-ilə dözülməz olur:
ƏSAS PROBLEM MONOPOLİYADIR
İqtisadi Tədqiqatlar Mərkəzinin Aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov deyir ki, kəndlilərin əsas problemləri bazarlardakı monopoliya ilə bağlıdır:
Kənd Təsərrüfatı Nazirliyinin baş idarə rəisi Sabir Vəliyev isə deyir ki, kəndlilərin problemləri onlara yaxşı tanışdır. Ona görə də, hökumətə rayonlarda tədarük məntəqələrinin yaradılması ilə bağlı təkliflər veriblər:
TƏDARÜK BAZARLARI YARADILSIN
Sabir Vəliyev deyir ki, iki ildir hökumətə bu təkliflər verilib. Hazırda müzakirələr gedir.
Masallının Həsənli kəndindən Ələsgər Hüseynov isə deyir ki, anbarların yaradılacağı barədə eşidib, amma:
«Bu gün bazarda hamı ona baxırdı, bir nəfər Cəlilabad sakini yığa bilmədiyi kartof üçün rozə deyib ağlayırdı»...
«KƏNDLİLƏRİN ÇOXUNUN GÜNÜ AĞLAMALIDIR»
Masallı rayonunun Təklə kəndinin sakini Səmədağa Həmidov deyir ki, indi cənub rayonlarında həmin videogörüntü populyardır – kartofunu sahədən yığa bilməyən kəndli öz gününə, ödəyə bilmədiyi kreditə görə mərsiyə deyib ağlayır.
Səmədağa Həmidov deyir ki, indi cənub rayonlarında kəndlilərin çoxunun günü ağlamalıdır. Minlərlə ton kartof sahələrdə yığılmamış qalıb:
«Bu gün sahədə kartofun bir tonunu 60 manata alırlar. Yəni, kilosu 6 qəpiyə. Heç onu çıxardıb satmaq sərf eləmir. Çünki onu at vasitəsilə primitiv üsulla çıxardırlar. Sonra da fəhlələr yığır. Yazıq fəhləyə də bu istidə, zülmdə gərək heç olmasa gününə 10 manat verəsən. Bakıya da gətirmək olmur. Bakıya gətirəndə, maşın tonunu 20 manata aparır. Kartofun da tonunun 80 manatdan artıq qiyməti yoxdur. 40 manat maşına, 20 manat fəhləyə, 10 manat ata verəndə, sənə heç nə qalmır. Badımcanın 20 kilosu 2 manata satılır».
40 KİLO POMİDOR 1 MANAT 50 QƏPİYƏ
Masallının Həsənli kəndinin sakini Ələsgər Hüseynov isə üzləşdikləri problemləri belə təsvir edir:
«40 kiloqramlıq pomidorun yeşiyi 1 manat 50 qəpikdir. Badımcanın 1 kisəsi 1 manat yarımdır. Həmin kisədə 20 kilo badımcan olur. Bu, yaşayış deyil. Pulu verib toxum alırsan, əkirsən, axırda heç nə. Camaatın çoxu sahəyə girmir, mən özüm yığıb heyvanlara verirəm. Adamların çoxu infarkt keçirir».
Sabirabad rayonunun Muğan-Gəncəli kəndinin sakini Nail Nağıyev isə neçə illərdir qarpız əkir. Deyir, kənd təsərrüfatı sahəsində vəziyyət ildən-ilə dözülməz olur:
«Qarpızın kilosunu 8 qəpiyə satırıq. Mayasını çıxanda, adama heç nə qalmır. Bu gün xiyar, pomidor satmaq üçün bazara getmişdim. Xiyarı heç alan olmadı. Bakıya gəlmək lap baha başa gələr. Gəlsəm də, bazarda yer tapmaram, kimdir bizi bazara buraxan. Hələ yoldakı qoçuları demirəm».
ƏSAS PROBLEM MONOPOLİYADIR
İqtisadi Tədqiqatlar Mərkəzinin Aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov deyir ki, kəndlilərin əsas problemləri bazarlardakı monopoliya ilə bağlıdır:
«Fermerlərin bazara çıxışı yoxdur. Bazarlarda daha çox alverçilərdir. İkincisi, istehlak tələbinin nə qədər olması barədə fermerlərin məlumatı yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, hökumət fermerləri məlumatlandırmağa çalışmalıdırlar. Digər tərəfdən, ixrac qabiliyyətli olmalıyıq. Bu gün fermerlərin istehsal etdiyi məhsulun məhsuldarlığı yüksək, maya dəyəri aşağı olmalıdır. Yaxşı qablaşdırılmalıdır, keyfiyyət göstəriciləri yaxşı olmalıdır ki, başqa ölkələrə ixrac olunsun, gəlir əldə edilsin».
Kənd Təsərrüfatı Nazirliyinin baş idarə rəisi Sabir Vəliyev isə deyir ki, kəndlilərin problemləri onlara yaxşı tanışdır. Ona görə də, hökumətə rayonlarda tədarük məntəqələrinin yaradılması ilə bağlı təkliflər veriblər:
TƏDARÜK BAZARLARI YARADILSIN
«İstehsalçı Bakıda, yollarda satış problemi ilə üzləşməməlidir. Yol polisi, Nəqliyyat Nazirliyi - bunların hamısını gözümüzlə görürük. Biz deyirik ki, rayonlarda dəmiryoluna yaxın bir neçə yerdə soyuducu anbarlarla bir yerdə tədarük bazaları yaradılsın. O bazaları yaratsaq, istehsalçı da vaxtında başqa ölkələrlə müqaviləsini bağlayacaq. Məhsulu alıb anbarlara yığacaq, sonra vaqonlarla göndərəcək. Ya da 10 tonluq maşınlarla hansı rayondan olsa, Bakıya, xaricdə olduğu kimi müqavilə bağladığı satış yerlərinə göndərəcək».
Sabir Vəliyev deyir ki, iki ildir hökumətə bu təkliflər verilib. Hazırda müzakirələr gedir.
Masallının Həsənli kəndindən Ələsgər Hüseynov isə deyir ki, anbarların yaradılacağı barədə eşidib, amma:
«Kəndlinin əlindən məhsulu əkmək gəlir. Kasıb kəndli başqa heç nə edə bilmir. Dövlət adamları deyirlər ki, bizdə anbarlar olacaq. Anbara imkanlı sahibkarlar pulunu verib malını vuracaq».