-
MÖVLUD SÜLEYMANLI:
Bu romanda erməni xalqını təhqir etmək mənim ağlımdan da keçməyib...
Cavanşir Yusifli bu əsərlə bağlı düşüncələrində səmimi deyil...
Seyfəddin Hüseynlinin yazdıqlarına heyrət elədim...
Elnarə Tofiqqızı öz sözünü demir...
Elnarə Akimova məni anlaya bilib...
Xalq yazıçısı Mövlud Süleymanlı "Erməni adındakı hərflər" romanının "Oxu zalı"nda keçirilmiş müzakirəsində səslənmiş tənqidlərə münasibətini bildirir.
“Əsəri oxumaq lazımdır”
- Mövlud bəy, “Erməni adındakı hərflər” romanınız “Oxu zalı”nda müzakirəyə çıxarıldı. Tənqidçilərin fikirləri ilə tanışsınızmı?
- Bu ərəfələrdə başım qarışıq idi. Yolda-izdə oldum, amma təxminən bir həftə əvvəl iki saatımı sərf edib tənqidçilərin yazdıqlarını oxumağa imkan tapdım.
Əsər müəllifi kimi romana olan bu reaksiyalar mənim üçün çox maraqlı oldu.
Bəri başdan Azadlıq Radiosuna təşəkkürümü bildirirəm ki, bu cür işləri araya-ərsəyə gətirir, əsərləri müzakirəyə çıxarır.
Amma çox istərdim, bu əsərləri məsuliyyətli tənqidçilərin ixtiyarına verəsiniz.
Məni düzgün başa düşün, o yazılardan hiss etdim ki, tənqidçilər əsəri oxumayıblar. Bu əlbəttə, hamısına aid deyil, amma hiss olunur, romanı ötəri vərəqləyiblər.
Məsələn, fikirlərinə həmişə böyük hörmət etdiyim Cavanşir Yusifli bu əsərlə bağlı düşüncələrində səmimi deyil.
O, səmimi olaraq məni anlasa, nə dediyimi başa düşsə, mənim haqlı olduğumu qəbul edər.
Əsərimlə bağlı məni inandıra bilməyəcəyi fikirlər irəli sürür. Mən Cavanşirin ciddi əsərlərini, ciddi yazılarını oxumuşam.
Demək istəyirəm ki, bu yazı ilə bağlı səmimi deyil.
Elnarə Tofiqqızı öz sözünü demir, o xanımı qətiyyən tanıya bilmədim. Ətrafının, beş-altı dostunun sözünü deyir. Qoy oturub yaxşı-yaxşı düşünsün! Onun yazdıqları mənə lap çoxdan tanışdı. Bu əsərdə lazım gəlib deyə, vaxtilə yazdığım yazılardan istifadə etmişəm. Yəni o daşları indiki divarıma hörmüşəm, özümdən istifadə etmişəm, bu mənə xoşdur.
Sonra məkan uyğunsuzluqları haqqında yazır. Bu, Elnarə xanımın fikri deyil. Ədəbiyyatda bədii şərtilik anlayışı var. Mənim təqdim etmək istədiyim xalq harda, hansı yolda yaxşı görünürsə, hansı yol onundursa mən o yolla gedirəm.
Bu xanım bilməlidir ki, ədəbiyyatda şərtilik anlayışı var. Mən çalışmışam ki, bu xalqın qədimiliyini, fəlsəfəsini açam. İkincisi də, Cavid, bu romanda erməni xalqını təhqir etmək mənim ağlımdan da keçməyib. Çünki mən bu xalqın tarixinə, özünə çox yaxşı bələdəm. Dilini azdan-çoxdan bilirəm, on yeddi il onların arasında yaşamışam.
Hesab edirəm ki, tənqidçilərin fikirləri obyektiv yox, subyektiv fikirlərdir. Hər halda hörmətlə yanaşıram, sağ olsunlar, amma yazını oxumaq lazımdır.
- Roman haqda xeyli müsbət fikirlər də səsləndi, məsələn, Elnarə Akimovanın, Tehran Əlişanoğlunun yazılarında...
- Elnarə xanımı şəxsən tanımıram, amma yaradıcılığı ilə tanışam. Onun çox yaxşı, çox ciddi əsərləri var. Elnarə xanıma bəri başdan təşəkkür edirəm ki, məni anlaya bilib.
Mənim romanım çox ciddi və çox maraqlı əsərdir, buna tənqidçilər məsuliyyətlə yanaşmalıdırlar.
Bu yaşımda özümü tərifləmək ağlımdan keçmir, amma gərək əsərə düzgün qiymət verilsin.
Bu əsəri “Köç”dən fərqləndirmək üçün özüm qəsdən publisistik dillə, publisistik baxışla yazmışam.
Ola bilər çox da fərqləndirə bilməmişəm, ola bilər...
Elnarə xanım məni təriflədiyinə görə demirəm, bu xanımın yazdığı məni inandıra bilib, məsələ bundadır.
Hiss olunur ki, nöqtə-vergülünə qədər əsəri oxuyub, dərindən anlayıb.
“Erməni xalqının o qədər tərifli şeylərini bilirəm ki...”
- Seyfəddin Hüseynli yazır ki, romanda ermənilər aşağılanır, bütün mənfi sifətlər onlara aid edilir...
- Seyfəddin Hüseynlinin publisistik yazıları mənə tanışdır.
Seyfəddin elə bil erməniləri müdafiə edir. Mən heyrət elədim! Erməninin müdafiəyə qəti ehtiyacı yoxdur.
Guya mən niyə onları vağzal uşaqlarına oxşatmışam. Vağzal uşaqları bəyəm pisdir? Vağzal uşaqları diribaş olurlar, erməni bizdən diribaşdır. Özünə yalandan tarix yaradır, İrəvanın adını dəyişir, nə bilim, min cür hoqqalar çıxarır. Bunlar tələsə-tələsə götürüb ermənini müdafiə edirlər. Belə olmaz, yaxşı deyil!
- “Romandaki mətləblərin bu formada, bu tonda ifadəsi böyük ədəbiyyatın, ali bədii sözün missiyasına daxil deyil”. Bu sitat da Seyfəddin bəyin yazısındadır...
- (Gülür) Yadımdadır bu cümlə. Bu fikrinə görə ədəbiyyatın Seyfəddin Hüseynliyə dəxli yoxdur. Hüseynli bədii əsərlərə bundan sonra da belə yanaşacaqsa, o adamın böyük ədəbiyyata heç vaxt dəxli olmayacaq.
- Amma Seyfəddin bəyin yazısında sizə böyük sayğı var, sizi usta yazıçı adlandırır...
- Bilirəm, bilirəm, çox sağ olsun. Amma çox təəssüf ki, Hüseynli bir az qərəzli yanaşır məsələyə. Ancaq bir məsələni deyim ki, o Cavanşir Yusifliyə baxanda çox səmimidir. Seyfəddinə elə gəlir ki, erməni xalqı yaradıcı xalqdır. Bilirsən, erməni xalqı çox maraqlı xalqdır. İnandırım səni, dostluğa-filana da... o xalqın o qədər tərifli şeylərini bilirəm ki... Çünki dədə-babadan bizim kirvələr olublar. Onlara mən pis deyə bilmərəm. Onlarla müqayisədə özümüzə bir az tənqidi baxmışam. Mən yalandan heç nəyi quraşdırmamışam. Torpağı heç vaxt dəyişmək olmur, çünki torpağın siması təbiətin simasıdır. Mənim haqqımda söz deyənlər poetik mətləblərə yanaşa bilməyiblər.
Sən əsəri oxumusan, səhvlərimi de, mən də boynuma alım.
“Təəssüf ki, pafos məndə də var”
- Qarabağ haqqında yazılan əsərlər, çəkilən filmlər pafosla dolu olduğuna görə daha çox tənqid olunurlar...
- Açığı mən də pafosdan qaçmaq istəmişəm.
Təəssüf ki, pafos məndə də var. “Köç” romanı əzəmətli əsər olsa da, mən onun poetikasını yığışdıra bilməmişəm.
Soyuqqanlı ola bilmirəm də mən! Günahımı boynuma alıram ki, Qarabağ haqqında son illərdə yazılan əsərləri oxumamışam.
Boş və mənasız söz yığınından ibarət pafos, əlbəttə, ziyanlı şeydir.
- Tehran Əlişanoğlu yazır: “Həmişə o fikirdə olmuşam ki, ideologiya bir buxov olaraq Mövlud Süleymanlının yazıçı kimi tam parlamasına, çərçivələri qırıb dünya arenasına çıxmasına əngəl olmuş: istər çöldən – sovet senzurası olsun, istərsə də içdən – böyük türklük, türkçülük iddiaları...”
- Tehran ciddi adamdır, mənim dostumdur. Təəssüf ki, onun yazısı ilə tanış ola bilməmişəm. Amma belə yazıbsa, bu, Tehran Əlişanoğluna elə gəlir. Tolstoy dünyaya milli olduğuna görə çıxdı. Mən başqa şəkildə təqdim olunmaq istəmirəm. Başqalar kimi ah yazıq, ah qardaşım erməni... Bununla mənə mükafatlar veriləcəksə, mənə qəti lazım deyil, istəmirəm. Bu gün məni Tehran, Cavanşir anlamasın, daha doğrusu, anlamaq istəməsin, bugünkü havaya əssin, yellənsin... bu məni qəti narahat eləmir.
“Mən tərif olunmamış qocalmışam”
- İradə Musayeva da sizi tənqid edir: “...Mövlud Süleymanlının özünü məhz 70 -80-ci illərin oxucusunun auditoriyasında hiss etməsi və həmin kürsüdən, həmin ovqatda danışması “yerindəsayma” kimi göründü”.
- Əvvəldə dediklərimi bu fikrə də aid edirəm.
Bu əsər mənim yaradıcılığımda mütərəqqi hadisədir və belə də qalacaq. Onun bu fikri məni qəti narahat etmir.
- Söhbətimizin əvvəlində dediniz ki, mən çox istərdim, bu əsərləri məsuliyyətli tənqidçilərin ixtiyarına verəsiniz.
Kimdir bizim məsuliyyətli tənqidçilərimiz, roman haqqında kimlərin yazmasını istərdiniz?
- (Gülür) İnan mən tərif istəmirəm. Mən tərif olunmamış qocalmışam.