-
"Mən özümü hipnoz edirəm ki, daha dərin bir ruhi vəziyyətə keçə bilim".
"Çölə çıxmıram, çox vaxt yemək də yadımdan çıxır, çox az yatıram. Bu, çox intizamsız iş rejimidir".
Məşhur yazıçılar əsərlərini necə yazırlar? Nə vaxt yatıb, nə vaxt dururlar? ABŞ-ın “Paris review” ədəbi dərgisinin materialları əsasında
HARUKI MURAKAMI ILƏ MÜSAHİBƏDƏN
2004
- Tipik gündəlik iş rejiminiz necədir?
- Roman yazanda mən səhər saat 4-də oyanıram və 5-6 saat işləyirəm. Günortalar ya 10 kilometr qaçır, ya da 1500 metr üzürəm (bəzən hər ikisini edirəm). Daha sonra bir az mütaliə edir, bir az da musiqiyə qulaq asıram. Saat 9-da yatıram. Mən heç bir dəyişiklik etmədən bu rutin qrafikə hər gün əməl etməyə çalışıram. Təkrarın özü mühüm bir şeyə çevrilir: bu, hipnozun bir növüdür. Mən özümü hipnoz edirəm ki, daha dərin bir ruhi vəziyyətə keçə bilim. Amma bu rutinə uzun müddət əməl etmək (6 aydan 1 ilə qədər) çox böyük dözüm tələb edir, həm ruhi, həm də fiziki baxımdan. Ona görə də uzun roman yazmaq bir növ yaşam uğrunda mübarizə təlimlərindən keçməyə bənzəyir. Fiziki güc sənətkar həssaslığı qədər vacibdir.
KENZABURO OE İLƏ MÜSAHİBƏDƏN
2007
- Mən daim yazdıqlarına yenidən qayıdan və üzərində işləyən yazıçılardanam. Yazdığıma düzəliş etməsəm olmur. Əgər əlyazmalarıma baxsanız, çoxlu düzəlişlər görərsiniz. Mənim əsas ədəbi metodlarımdan biri “fərqli təkrarlardır”. Yəni mən yeni yazıma başlayanda ilk olaraq əvvəlki - artıq yazıb bitirdiyim yazıya fərqli bucaqdan yanaşmağa cəhd edirəm. Sanki eyni rəqibə bir daha hücuma keçirəm. Bunun nəticəsində yaranmış əlyazısını götürüb onun üzərində işləməkdə davam edirəm. Bu proses davam etdikcə əvvəlki – artıq yazıb bitirdiyim yazının əlamətləri tədricən yox olub gedir...
SUSAN SONTAG-LA MÜSAHİBƏDƏN
1995
- Elə şeylər varmı ki, yazıya başlamağınıza kömək etsin?
- Mütaliə. Bunun çox nadir hallarda mənim yazdığım, yaxud yazmağa ümid etdiyim şeylərlə əlaqəsi olur. Mən incəsənət, memarlıq tarixi, musiqişünaslıq haqda çox oxuyuram. Eləcə də müxtəlif mövzularda nəzəri kitablar. Bir də şeir. Yazıya başlamaq qismən dalana dirəniş kimidir. Mütaliə etmək və musiqiyə qulaq asmaq mənə enerji verir və həm də narahatlıq yaradır. Özümü yazmadığım üçün günahkar sayıram.
- Hər gün yazırsız?
- Yox. Bu, partlayışa bənzəyir. O zaman yazmağa başlayıram ki, daxilimdə toplanan enerji son həddə çatır və beynimdə yaranan ideyanın yetkin hala gəldiyinə və nəsə yaza biləcəyimə əmin oluram. Amma bunu hiss edəndə artıq yazmaqdan başqa heç bir iş görmək istəmirəm.
Çölə çıxmıram, çox vaxt yemək də yadımdan çıxır, çox az yatıram. Bu, çox intizamsız iş rejimidir və buna görə çox məhsuldar ola bilmirəm.