Türkmən fəhlələr Azərbaycanda pulsuz və pasportsuz qalıblar
Şabran rayonunda Qalaaltı istirahət zonasında tikintidə işləyən türkmənistanlı fəhlələr pasportları əllərindən alındığını, əməkhaqlarının da verilmədiyini deyirlər. Hələlik nə Azərbaycanın Miqrasiya İdarəsi, nə də Türkmənistan səfirliyindən fəhlələrin taleyinə bir reaksiya verən yoxdur.