İntiharçı Kabulda 12 nəfəri öldürüb
Sentyabrın 18-də Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanının yaxınlığında partlayıcı dolu maşını başqa bir maşına çırpan intiharçı 12 nəfərin ölümünə səbəb olub. Həlak olanlardan azı 7 nəfəri xaricilərdir. Hezb-e-İslami bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Qrup bildirib ki, bununla ABŞ-da Məhəmməd peyğəmbəri təhqir edən filmə cavab verib. AzadlıqRadiosunun əfqan xidmətinin çəkdiyi videokadrlar.
Arxiv
-
Noyabr 06, 2024
'Müharibələri dayandıracam' - Tramp qələbəsini elan etdi
-
Oktyabr 31, 2024
Qərb Gürcüstanla bağlı nə qərar verəcək?