-
Nazim Hikmətin hansı rus şairini tutdurduğu haqda şayiə gəzirdi?..
Vera Tulyakova-Hikmət
NAZİMLƏ SON SÖHBƏTİMİZ
(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)
əvvəli
...Sənə belə qəribə adamlar – sənə İsaya baxırmış kimi baxan möminlər, ağlını itirmiş dəlilər rast gəlir, gündüz-gecə sənə zəng eləyir, evə soxulurdular.
Sən əzab çəkirdin, amma hökumətə şikayət eləyə bilmirdin. Bilirdin ki, əcnəbi adamın şikayətini o dəqiqə KQB-yə çatdıracaqlar, sənsə bu quruma o qədər nifrət eləyirdin ki, onlarla danşmaqdansa bu dəlilərlə danışmağı üstün bilirdin.
Bir dəfə biz Svetlana Alliluyeva – Stalinin qızının evinə qonaq getmişdik. O qəfildən şikayətlənməyə başladı ki, dəlilərin ucbatından həyatı cəhənnəmə dönüb.
Ona elə gəlirdi ki, hər dəlixanada özünü onun bacısı, məşuqu, əri hesab edən dəlilər yatır və hamısı zəng edir, alaqapıda keşik çəkir, ondan görüş tələb eləyir.
Sən ona etiraf elədin ki, özün də hərdən belə şeylərin ucbatından başını götürüb Moskvadan qaçmaq istəyirsən.
İndi belə adamlar mən təqib eləyir. Bu gün mən Yazıçılar İttifaqına getmişdim ki, «multimilyoner Lısenkonun kürəkəni»nin təqibindən məni xils eləsinlər.
Bir dəfə o sənin yanına gəlmişdi ki, onu yanında katib kimi işə götürəsən. Siz danışanda mən kabinetə girmədim, amma bilirəm ki, sən ona katib-filan istəmədiyini, evdə yad adam görmək istəmədiyini demişdin.
Bu məsələdən sonra “multimilyoner Lısenkonun kürəkəni" – o cavan adam özünü sənə beləcə də təqdim eləmişdi – mənə zəng eləyib, özünü mənə müşayiətçi kimi təklif eləməyə başladı – yəni mən vernisajlara və premyeralara gedəndə Nazim Hikməti buna görə yaradıcılığından ayırmayım. Sən dəhşətli dərəcədə əsəbiləşir, telefonda qışqırır, ona rədd cavabı verirdin, o isə yenə, yenə zəng eləyirdi.
İndi həmin adam mənə aramsız zənglər eləyir, görüş tələb edir, yalandan bizimlə eyni teatrlarda, sərgilərdə, poeziya gecələrində iştirak elədiyini deyir...
İndi o məni öldürməklə hədələyir, deyir ki, görüşə gəlməsəm, məni dörd divar arasında – o bizim evi tanıyır – öldürəcək.
Nazim, bilmirəm, sən bu murdar adama illərlə necə dözmüsən? Sənin guya Yaroslav Smelyakovun həbsində iştirakın məsələsi barədə qeybətlər də bu işdə az rol oynamadı. İndi Yaroslav Vasilyeviçin işinin əslində necə olduğunu danışacağam. Mənə kömək elə ki, sənin üçün bu qədər vacib olan məsələdə heç nəyi yaddan çıxarmayım.
Smelyakovla siz tanışlığınızı yada salanda gözləriniz necə sevgi ilə dolu olurdu!
Yadımdadı, evimizdə siz nələrdən danışırdınız. O vaxt məşhur şair, gəncliyin sevimlisi Yaroslav Smelyakov artıq iki dəfə məhkum olunmuş və illərlə düşərgələrdə yatmışdı. Bir dəfə sən ondan soruşdun:
– Yaroslav, qardaş, deyə bilərsən, sənə niyə bu adı qoyublar?
– Adım pis ad deyil. Mən razıyam. Amma valideynlərimin arzuladığı cəngavər taleyim olmadı. Yəqin soyadım imkan vermədi.
Siz sənin Sovet İttifaqına gəlişinin ikinci, ya üçüncü ilində, 1951-ci ilin yayında, təzəcə yerləşdirildiyin “Moskva” mehmanxanasında tanış olmuşdunuz. Smelyakov həmişə tanışlığınızın təfərrüatlarını xatırlayırdı.
Birincisi bu idi – o sənin yanına tələsəndə sel kmi yağan yağışa düşübmüş, nömrəyə girəndə onun üstündən üç yerdən su süzülürmüş. Sənsə öz köynəyini soyunub, ona geyindirmisən – Smelyakov da bunu bir şairlik işarəsi kimi başa düşüb.
İkinci xatirə isə onun sənə bağışladığı “Kreml küknarları ” kitabı ilə bağlı idi. sən kitabı alandan sonra oxumadan, vərəqləmisən, bəzi sətirlərə baxıb, sonra məmnuncasına demisən:
- Sən üzdən Mayakovskiyə oxşayırsan, qardaş, qorxurdum ki, sən də onun kimi, pilləkənvari şeirlər yazarsan. Amma ədəbiyyata ikinci Mayakovski, ikinci Şekspir, ya da ikinci Tolstoy lazım deyil. biz hamımız öz yolumuzla getməyə çalışmalıyıq. Ən çətini də elə budur.
Smelyakov danışırdı ki, sənə elə ürəkdən inanır ki, belə sadəlövh inam ancaq uşaqlarda olur. Səninlə danışmaq istəyi elə güclü imiş ki, xasiyyətcə utancaq və qaraqabaq olan melyakov az qala hər gün sənin yanına, mehmanxanaya gəlirmiş. Həmin vaxtlar o şeir yazırmış. Silsilənin adı elə belə imiş: “Nazim Hikmət Moskvadadır”. O istəyirmiş ki, sən şeirləri çətinlik çəkmədən başa düşəsən, buna görə də şeiri yazanda ən asan sözləri seçirmiş.
Səni görmək həsrətim bir deyil, on illik idi, Hikmət...
Budur, sən həm Moskvada,
Həm "Moskva" mehmanxanasındasan,
Mən sənin arxayın danışığına qulaq asıram,
Sənsə axır ki, məhbəs divarlarından çıxaraq
Qarşımda oturmusan
Şümal boyuna, enli çiyinlərinə baxıram
Budur: bizim planetin kommunisti,
Onun fəhləsi və carçısı.
Amma Yaroslav Vasilyeviç öz şeirlərini sənə oxuya bilmədi. O peyda olduğu kimi də qəfil yoxa çıxdı. Sənin Smelyakovu tapmaq cəhdlərin əbəs id – ətrafda hamı ancaq çiyinlərni çəkirdi.
Ancaq il yarım keçəndən sonra, sənin köhnə dostun Regina Yanuşkeviç gizlicə sənə dedi ki, Smelyakovu həbs eləyiblər, özü də söhbət gəzir ki, onu Nazim Hikmətə görə tutublar.
Danışırmışlar ki, guya bir dəfə sərxoş Smelyakov mehmanxanya, sənin yanına gəlib və hamının yanında səndən türk həbsxanasında nəzarətçilərin səninlə necə davrandığn soruşub. Nəzarətçilərin sənə toxunmadıqlarını eşidəndə, o təhlükəli bir zarafat eləyib:
- Nazim, elə bil ki, sən heç həbsxanada olmamısan. Böyük iş olub – təkadamlıq kamera! Bizdə səni bir il istintaqda dindirsəydilər, elə günə qalardın ki, cəhənnəm sənə cənnət kimi görünərdi.
Danışırmışlar ki, guya bu məsələdən sonra Yazıçılar İttifaqından onun səndən uzaqlaşdırılmağını xahiş eləmisən və bununla da onu həbs eləyiblər.
Bütün qeybətlər kimi, bu məsələ də hələ yaddan çıxmayıb, elə indi də aradabir qulağıma çatır.
Sən başa düşdün ki, bu məsələ kimlərinsə məqsədyönlü planıdı, bu söhbətləri yaymaqla insanları səndən soyutmaq, qorxutmaq istəyirlər. Sən mübarizə aparmağa başladın. İmkan düşən kimi, hamının yanında Smelyakovu tərifləyirdin ki, onu xilas edə biləsən.
Sən dəfələrlə kömək üçün Fadeyevə müraciət eləmişdin, şərəfli kommunist və şairin müdafiəsi üçün yazdığın məktubu yuxarılara çatdırmağı ondan xahiş eləmişdin.
Amma Fadeyev məktubunu rədd eləmişdi, açıq-aşkar demişdi ki, Yaroslav Smelyakova kömək eləmək mümkün deyil – ona 25 il həbs veriblər.
Amma qeybətlər məsələsindən şübhə elədiyini bilirdi, dedi ki, bu məsələni aydınlaşdıracaq.
Doğrudan da sonra öyrənib dedi ki, Smelyakovun işində Nazim Hikmətin adı hallanmır.
Sonra, 1955-ci ildən sonra azadlığa çıxan Yaroslav Vasilyeviç onun sözlərini təsdiqlədi.
Sənin sonralar Smelyakovla necə mehriban olduğunu demək artıqdır.
Amma aranızda möhkəm mübahisələr də düşürdü. Müxtəlif şairlərin yaradıcılığı, ayrı-ayrı şeirlərin keyfiyyəti – hər şey barədə mübahisələriniz olurdu.
Bir dəfə Sütunlu Zalda sən Yaroslav Vasilyeviçin alqışlar altında «Natali» (Puşkinin arvadı barədə) şeirini necə oxuduğunu eşitmişdin.
Qorxdun, rahat ev-eşiyə,
Arxayın ömrə sığındın,
Elə bildin olanları
Ot basıb, yaddan çıxıb.
Uşaqları əzizləyib,
Ana kimi qocalırdın...
Qadın kimi qocalırdın,
Yox, madam Lanskaya – aldatma özünü...
Sən bizdən qaça bilməzsən.
Şərəfli, ya qəddar nəsilmi, yoxsa
İndiki rus xalqı – heç fərqi yoxdur
Sən ölsən, məzarın altından belə
Axtarıb tapacaq səni nəsillər...
Sən çox hirsləndin: dedin ki, əgər Smelyakov bununla Puşkini müdafiə elədiyini düşünürsə, – bərk yanılır! O, Puşkinin ruhunu təhqir eləyir!
– Təsəvvür elə ki, Puşkin indi zalda oturub, sənin onun arvadını necə hədələdiyinə qulaq asır.
Amma Yaroslav Vasilyeviç qızğınlıqla müdafə olunurdu. Sən ancaq buna nail oldun ki, o bu şeiri bir də sənin yanında oxumayacağına söz verdi.
– Əslində, mən daha sərt yazmalı idim, daha sərt, – mübahisə bitəndən sonra da o təkid eləyirdi..
Nazim, sən aramızdan gedəndən bir neçə il sonra qəfildən gözümə Smelyakovun “Bağışla məni, Natali ” şeiri dəydi:
Bunun nə vaxt olduğu, inanın, yadıma gəlmir –
Nə yaddaşım o yaddaşdı, nə də beynim o beyin-
Amma dəqiq bilirəm ki, olub, olub, bir vaxtlar
Mən ağzıma gələni yazmışam barənizdə...
Amma düzünə qalsa, deyim ki,
Şərəfli, şöhrətli biri,
Sizi eyhamla incitməyə belə
Mənə icazə verməzdi...
İndi yalvarıram: o şeiri
Yaddan çıxarın, getsin
Səhv gəlmiş «qara kağız»
Yumrulayın, atın getsin.
Yox, son sətirləri gülümsəmədən oxuya bilmirəm, bu sətirlərə baxanda burada Yaroslav Vasilyeviçin islaholunmaz xarakterini görürəm.
Axı sizə çətin olmaz,
Sağlığında yer üzünün
Sevgisi və dərdi olan
O böyük, dahi şairi
Unuda bilən qadına.
Sən deyirdin ki:
– Əgər mən onca gün də belə xoşbəxt yaşasam – ən dahiyanə şeirlərimi yazaram! Görərsiniz. Onda mənim nəyə qadir olduğumu görəcəksiniz! Mən əsas şeirlərimi hələ yazmamışam. Hər şey ondan asılıdır – deyib, məni göstərirdin, – Mənə onca gün vaxt ver.
Həyatında hər şey qaydasında olanda, sən nə həmin günlər, nə də bir müddət sonra bircə sətir də yaza bilmirdin. Amma yaxşı ovqat sənə başqa enerjini canından çıxarmağa kömək edirdi.
Bir dəfə sən bütün günü gözəl şair Kolya Qlazkovla şeirin qafiyəli, yoxsa qafiyəsiz yazılmalı olduğu barədə mübahisə elədin. Sən iddia eləyirdin ki, qafiyəli şeirlər sənin zəhləni töküb, indi səni daha mürəkkəb və yeni şeirlər maraqlandırır.
Qlazkov isə qafiyənin tərəfində idi, nə qədər mübahisə eləsəniz də bir razılığa gələ bilmədiniz və gecə yarısı ayrılanda hərəniz öz fikrinizdə qaldınız.
Bütün gecəni sən deyindin: Moskvadakılar müasir Qərb şeiri barədə heç nə bilmirlər, yeni şeirləri isə Nuh əyyamından qalma tərcümələrdə oxuyurlar.
Kolya Qlazkov da, görünür, bütün gecəni dalana dirənmiş mübahisə barədə düşünmüş və səhərə yaxın əla arqument tapmışdı. O səhərin gözü açılan kimi, birinci metro qatarı ilə bizə gəlmişdi. Yekəpər bədəni, yuxusuzluqdan şişmiş üzü, gülməli sətin şalvarı ilə evə soxularaq, elə dəhlizdəcə var səsi ilə qışqırdı:
– Qafiyəsiz şeir – tüksüz qadın kimi bir şeydir!
Sən şir kimi, bircə sıçrayışla yatağından qalxaraq, qışqırdın:
– Bəs sən təpədən-dırnağa qədər tüklü qadın təsəvvür eləyirsən?!
18 noyabr, 1961-ci ildə, Mayakovskinin muzeyində sənin gecəni keçirdilər. Bir qoca həmin gecənin maqnitofon yazısını saxlayıb. Bu gün mən orda olmuşam, Nazim.
Yadındadı, Mayakovskinin evinə necə çatdıq? Bağlı qapının bəri tayında, küçədə izdiham vardı. Zal içəri keçmək istəyənləri tutmurdu. Səni görəndə adamlar sənə tərəf atıldılar:
– Bizi içəri keçirin, yoldaş Hikmət! Nə olar, deyin bizi buraxsınlar. Biz lap dəhlizdə də dayanıb, sizə qulaq asarıq...
Amma bzi qarşılayan qadın sənin xahişinə cavab olaraq başını buladı:
– Dəhlizdə iynə atsan, yerə düşməz... Heç nə eləmək mümkün deyil, zal düz asılqanın yanına qədər adamla doludu. Biz mümkün olandan da dəfələrlə çox adam buraxmışıq. İndi özünüz görəcəksiniz.
Sən xoşbəxt idin.
Qadın düz deyirdi. Biz zala güclə keçdik. Səni insanların qarşısında şən, güclü, alışıb yanan gözlərlə görəndə yüngülləşdim.
– Yoldaşlar! On doqquz yaşım olanda ilk dəfə Politexnik Muzeyində Mayakovski ilə birlikdə çıxış eləməyim yaxşı yadımdadı. Mən türk dilində olan şeirlərimi oxumağa qorxur, tərəddüd eləyirdim. Mayakovski məni dümsükləyib, dedi: «Yeri, türk, qorxma! Onsuz da heç kim heç nə başa düşməyəcək, hamı da əl çalacaq!» O yanılmamışdı – məni heç kim başa düşmədi, amma hamı alqışladı. O alqışlar mənim bu zalda eşitdiyim ilk alqışlar idi. Mən Moskvada oxuyurdum. Gəncliyimin ən gözəl çağlarını mən Moskvada keçirmişəm. Mən ilk dəfə Moskvada sevmişəm. İlk dəfə Moskvada içib sərxoş olmuşam. Moskvada Marks və Leninin təlimi ilə tanış olmuşam. Operanı ilk dəfə Moskvada görmüşəm. Mən çox, çox şeyi birinci dəfə bu şəhərdə yaşamışam, dadmışam, hiss eləmişəm. Mən Moskvada Mayakovski ilə, şeirlərimin ilk tərcüməçisi Eduard Baqritski ilə tanış olmuşam. Buna görə də mən özümü köhnə moskvalı hesab eləyirəm. Tezliklə mənim altmış yaşım tamam olacaq. Mən şeirlər, pyes və bir roman yazmağa cəhd edəcəyəm. Yəqin ki, şeirlər alınacaq, pyes pis alınacaq, romansa heç alınmayacaq.
Zaldakıların hamısı gülüşdü.
– İndi mən istəyirəm yoldaşlarımdan, şair-tərcüməçilərdən xahiş eləyim ki, son vaxtlarda yazdığım şeirləri oxusunlar. Bu, bir növ mənim sizin qarşınızdakı hesabatımdı. Amma əvvəlcə mən sizə türk dilində “Xəzər” şeirin oxuyacağam. Razısınız? Mən çıxış eləməli olanda, mütləq bu şeiri oxuyuram. Birincisi, ona görə ki, bu şeirdən başqa əzbər bildiyim yoxdur, ikincisi də, bu şeirin səslənişi elə rahatdır ki, onu rahatca başa düşmək olur. İndi mən belə şeirlər yazmıram. Mən belə şeirləri iyirmi yaşım olanda yazırdım.
Adamlar səslərini içlərinə çəkərək sənə qulaq asırdılar, sonra uzun-uzadı və həvəslə əl çalırdılar. Sonda Muza Pavlova az qala bir saat “İnsan mənzərəsi ”ndən parçalar oxudu. Zal səsini çıxarmadan qulaq asırdı.
Hətta indi, üzümü dizlərimə söykəyib,, kürsüdə oturduğum yerdə belə o zalı təsəvvür edir və nə kətillərin cırıltısını, nə də kiminsə öskürdüyünü eşidirəm.
– İndisə sizə bir kağız oxuyacağam, – deyib, əlindəki kağızı oxuyursan: – “Yoldaş Nazim, biz sizi çox sevirik, buna görə də sizin gözəl şeirlərinizə qulaq asmağa gəlmişik (“sizin” sözünün altından xətt çəkilib!) və bilmək istəyirik ki, siz teatr və incəsənətin bu günki vəziyyəti barədə nə düşünürsünüz”.
Zaldakılar gülüşdü.
– Yoldaşlar, bu əsl, məruzədir! Düşünürəm ki, ikirminci qurultaydan sonra ölkəmizin mədəni həyatı üçün pəncərə açılıb – bu faktdı! İnkişaf eləmiş bəşəriyyət üçün – bu faktdı! Amma bu gün də həmin pəncərələrdə barmaqlıqlar var – bu düzgündürmü? Yenilik həmişə qələbə çalacaq – buna əminəm. Teatr məsələsinə gəlincə, bu barədə də eyni fikirdəyəm. Mən 1921-ci ildə ilk dəfə Moskvaya gələndə, sovet teatrının qızıl dövrünü görmüşəm. 1951-ci ildə Moskvaya qayıdanda gördüm ki, bütün teatrlar elə bil Stanislavski sistemi ilə işləyir, amma Stanislavski və Nemiroviçin gedişi ilə teatr nəsə itirmişdi. Belə çıxır ki, laqeyd, ya da istedad sarıdan çox yarımamış rejissorlar Stanislavski sisteminə sandıqdan çıxarılmış naftalinli çalma kimi yanaşırlar. Budur, mənim əlimdə kağız var. Yox, mən sual verən adamı görmək istəyirəm, bu isə quru kağızdı! Siz rəssamlıqdan danışırsınız. Məncə, rəssamlıq – incəsənətin beynəlxalq növüdür. Şairə tərcüməçi lazımdır. Tərcümə isə pis və ya yaxşı ola bilər. Rəssama isə tərcüməçi lazım deyil. Amma bizdə bir çox cavan və çox istedadlı rəssamlar sərgi keçirə bilmirlər. Onlar üçün nəinki dünya muzeyləri bağlıdır, hətta müasir Qərb rəssamlığı barədə yazılan kitabları da oxumaq imkanından məhrumdurlar. Elə rəssamlar var ki, acından ölürlər! Bu, qorxuludu, yoldaşlar! Mən Tselkovu, Oskar Rabini, Krasnopevtsevi, Zverevi, Siduru, Silisi, Lemperti çox sevirəm. Sevdiyim rəssamlar çoxdur. Bürokratlar elə bilir ki, istedad – boş şeydi, o elə nə vaxt lazımdı, peyda olur, onunla necə gəldi davranmaq olar. Amma bu, nadanlıq və cinayətdi! İstedadın əlindən sevgi ilə, ümidlə tutmaq lazımdır. Yoxsa o məhv olar. Məmurlardan, hökumətdən inciməyin yeri yoxdur. Biz tərəflərdə, Qara dənizdə bir balıq növü var. o çox güclüdü və onu tutmaq olduqca çətindi. Amma bu balıq həm də çox küsəyəndi. Onun çox, çox uzun burnu var. balıqçılar bu balığı görəndə burnundan vururlar. Balıq küsür və tez tora düşür. Şükür allaha, mənim də burnum yekədi. Amma burnumdan nə qədər vursalar da, mən yazmaqda davam eləyirəm. Məsələn, mən “İvan İvanoviç adlı adam olubmu?" pyesini yazmışam. Onu səhnədən tez yığışdırdılar. Moskvadakı dostlarımdan bu pyesin səhnədən yığışdırılmağının səbəbini nə qədər soruşsam da, heç kim cavab verə bilmir. Bundan incimək və daha pyes yazmamaq da olardı – amma mən yazıram. həmin pyesdən sonra mən daha ciddi əsər “Olum, ya ölüm?” pyesini, özü də dostum Aleksandr Fadeyevin taleyini düşünərək yazmışam. Həmin pyesi səhnələşdirmədilər.Sonra “Damokl qılıncı ”nı yazmışam – bu pyes indi “Satira”da və bir çox teatrlarda oynanılır. Özü də bir çox ölkələrin teatrlarında. Arvadım Vera Tulyakova ilə birlikdə “İki inadkar” – pyesini yazmışıq. Onu da səhnələşdirdilər. “Tartüf-59”u yazdım – səhnəyə buraxmadılar. Sonra “İnək” – onu da qadağan elədilər. Tərcüməçilərim məndən soruşanda ki: “Biz nəyi tərcümə eləyək?”, deyirəm: “Əgər səhnəyə çıxmayacaq pyesləri tərcümə eləmək sizi bezdirməybsə, buyurun! ”
Amma sən doğrudan da yazıçısansa və məmurlar üçün işləmirsənsə, yazmamağın mümkün deyil. Bulqakovun arvadı onun “Ustad və Marqarita” romanını mənə oxumağa gətirmişdi. İndi o romanı nəşrə buraxmırlar, amma mən əminəm ki, sizin uşaqlarınız Bulqakovun gözəl əsərlərini mütləq oxuyacaq, nəvələriniz isə onun adını Puşkinin, Dostoyevskinin adı kimi, dərsliklərdə görəcək!
Zal elə əl çalırdı ki, sanki Bulqakovun yaradıcılığının aqibəti səsverməyə qoyulmuşdu.
Yadındadı, Boris Leonidoviç Pasternak sənə Svetayevanın poeziyasının sirrini izah eləyirdi: deyirdi ki, o hər dəqiqə həyata təzədən başlamağı bacarırdı. Sən təəccübləndin, o isə yavaşca dedi: «Məgər sizdə də belə deyil?»
Sən dəfələrlə Pasternakı xatırlayırdın, ona qayıdırdın, onu yada salmağa bəhanə olsun deyə, həmsöhbət axtarırdın.
Parisdə biz Ruben Nikolayeviç Simonovla Yelisey çöllərində gəzişəndə, onun Moskvada səs-küy salmış «İrkutsk hekayəti»nin uğursuzluğundan danışırdıq (fransız tənqidçiləri “Siz «Kameliyalı qadın»ın uğursuz variantını bura niyə gətirmisiniz deyirdilər).
Sonra söhbət Boris Leonidoviçdən düşdü.
Ruben Simonov bir dəfə məzuniyyət ayını oğlu Jenya ilə birlikdə Pasternakın müalicə olunduğu “Uzkoe” sanatoriyasında keçirməyindən danışdı. Simonovlar sanatoriyadan çıxanda arxalarınca maşın gəlib. Ruben Nikolayeviç, Pasternaka birlikdə Moskvaya getməyi təklif eləyib. Pasternak əşyalarını yığışdırıb, alaqapıya çıxarıb. Yola çıxanda isə qəfildən maşından düşüb: gedim, görüm heç nə yaddan çıxmayıb ki? Jenya deyib ki; “Getməyin, Boris Leonidoviç, mən baxmışam, otaq bomboşdu ”. Pasternak; “Yox, gedim, baxım ”, – deyib və gedib.
Yarım saat gözləyiblər – Pasternak gəlib çıxmayıb. Ruben Simonov oğluna deyib ki, gedib yazıçını tələsdirsin. Jenya Pasternakın nömrəsinə girəndə, onun boş otağın ortasında, kətildə oturduğunu görüb. Pasternak dərin düşüncələrə qərq olmuş, hər şeyi unutmuş halda oturubmuş. Jenyanın heyrətini görəndə, o kövrəkcəsinə deyib: «Axı mən düz bir ay bu otaqda yaşamışam!».
– İlahi, mən onu başa düşürəm! – sən qışqırdın. – O öz həyatına çox ciddi yanaşıb. O həmin otaqda nələr düşünüb, nələr yada salıb, axı geriyə baxmadan, qapını çırpıb getmək asan deyil...
Ruben Nikolayeviç sözünə davam etdi:
– «Doktor Jivaqo»nun faciəvi taleyinə iki həftə qalmış o mənə bağışladığı kitabın titul səhifəsinə yazmışdı: «Sənə mənim kimi sakit və rahat həyat arzulayıram»...
Sənin qəfildən nəsə yadına düşdü:
– Hə, biz Peredelkinoda qarşılaşanda o mənə də demişdi ki, hamının xoşuna gələcək təzə romanını qurtarıb…
Yadındadı, bir dəfə sən məndən tələb elədin ki: “Vera, bir də heç vaxt yazıçıya ərə getmə! Mənə söz ver ki, getməyəcəksən!”
- Niyə? – mən təəccübləndim.
- Mən hələ bir nəfər də olsun, xoşbəxt yazıçı arvadı görməmişəm. Ərləri onları sevsə də, xoşbəxt olmurlar. İstedadla birləşmiş rus qəlbi qızılla dolu kisə kimi ağırdı.
ARDI