-
Naxçıvanda şəxsi avtomobillərini taksi kimi işlədənlər hamılıqca cərimə meydançalarına aparılır. Bu haqda AzadlıqRadiosuna məlumat verən yerli sakinlərin söylədiyinə görə, son iki gündə təkcə Şərurda 60-a yaxın maşın rayon polis şöbəsinə aparılıb.
“DEYİRLƏR “XALTURA” ELƏMƏK OLMAZ”
Şərur sakini Oruc Salahov deyir ki, Naxçıvanda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün azı 15 min manatın olmalıdır. Onun sözlərinə görə, bu qədər pulu olmadığından qeyri-qanuni taksi xidməti göstərməyə məcbur qalıb:
“Qoymurlar. Gəlib gedib ilişirlər. Deyirlər “xaltura” eləmək olmaz. Biz milyon qazanmırıq ki? Evimizə çörək pulu qazanırıq. İki çorək, bir makaronun pulunu qazanıb, aparırıq ailə-uşağımıza. Oğurluq eləmirik ki? İşimiz yox, gücümüz yox... Nə iş yeri açırlar, nə də sosial yardım verirlər, sonra da deyirlər ki, “xaltura” da eləmə. Bəs necə dolanım? Şikayətlərimizə baxan yoxdur. Səsini də çıxaranda aparıb salırlar içəri. Deyir get, pulunu ödə “Lifan” avtomobili al, yol polisindən göy nömrə götür, sonra gəl lisenziya verək. O da 15-20 min pul edir. Haradan alım o pulu? Nə vergi imkan verir işləməyə, nə Nəqliyyat Nazirliyi. Deyirlər şəxsi maşınla taksi qadağandır. Nəqliyyat işçiləri nömrəni açır, aparıb verir “qai”yə, onlar da gəlib tutub salırlar içəri. Pulunu alıb buraxacaqlar”.
“PROTOKOL YAZDILAR, HƏRƏNİ 50 MANAT CƏRİMƏ ELƏDİLƏR”
Adının çəkilməsini istəməyən sürücü isə deyir ki, polis işçiləri onun avtomobilini yol qırağından aparıblar:
“Maşın yolun qırağında idi. Bir də baxdım polis gəldi ki, rəis çağırır. Getdik, amma rəisi tapmadıq. Maşın qaldı orda. Səhər gəldik, dedilər 3 gündən sonra buraxacaqlar maşınları. Protokol yazdılar, hərəni 50 manat cərimə elədilər. Sonra kağıza qol çəkdirdilər ki, bir də xaltura eləməyəcəksiniz”.
Şərur sakini Maqsud Qurbanov da taksi xidməti göstərən şəxsi avtomobillərin yığışdırılmasından narazıdır:
“Kəndlərə marşrutlar gündüz saat 1-ədək işləyir. Daha sonra məcburuq taksilərlə gedək. Bunların qanuni saydıqları “Lifan” taksiləri kəndlərə girmirlər. Deyirlər yollar xarabdır. Gedəndə də ikiqat qiymətə aparırlar. Bundan sonra yollarda qalacağıq”.
Şərur rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov şikayətləri əsassız sayır.
“ÖZÜN İSTEHSAL ETDİYİN MAŞINI SATMAQ NAMİNƏ VƏTƏNDAŞLARIN HÜQUQLARINI POZMAQ OLMAZ”
Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmovun fikrincə, hər bir vergi ödəyicisi texniki nasazlığı olmayan istənilən avtomobillə taksi fəaliyyəti göstərə bilər:
“Naxçıvanda özünəməxsus məmur idarəçiliyi var. Orada taksi fəaliyyəti ilə bağlı işi çətinləşdiriblər. İnsanların qarşısına sədlər çəkilib. Məmur qılıncının altından keçən adamlar taksi sürə bilərlər. Məqsədləri inhisarlarını genişləndirməkdir. Naxçıvanda avtomobil istehsal olunur. İstəyirlər ki, hər tərəfdə öz maşınları olsun. Bu yolla da həmin maşınların qeyri-qanuni satışını təmin etmək istəyirlər. Bu, vətəndaşın seçim hüquqlarının pozulmasıdır. Özün istehsal etdiyin maşını satmaq naminə vətəndaşların hüquqlarını pozmaq olmaz. Əslində istənilən adam istədiyi yerdən maşın gətirib taksi fəaliyyəti ilə məşğul ola bilər. Nəqliyyat işçilərinin avtomobillərin dövlət nömrə nişanlarını açması da tam qanunsuz bir hərəkətdir. Nəqliyyat işçisi ilə taksi fəaliyyəti göstərən şəxs arasında mübahisə yaranarsa, bu məsələ məhkəmədə həll olunmalıdır”.
Hələ 2011-ci ilin əvvəllərində muxtar respublikada taksi fəaliyyəti üçün yalnız Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “Lifan” markalı avtomobillərə icazə verilib. O vaxt rəsmilər bunu “Lifan” avtomobillərinin daha rahat və taksi xidmətinə yararlı olması ilə izah etmişdilər.