-
AZƏRBAYCAN ORDUSUNDA RUH YÜKSƏKLİYİ ZƏİFDİR?
Britaniyadakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun qənaətinə görə, Azərbaycan silahlı qüvvələrə böyük məbləğdə investisiya qoysa da, orduda ruh yüksəkliyi hələlik aşağı səviyyədədir.
Bunlar təşkilatın yeni yayılan və dünyanın 171 ölkəsini əhatə edən «Hərbi Balans 2013» hesabatında yazılır.
Sənədin Azərbaycandan bəhs edən hissəsində qeyd edilir ki, bu ölkə öz ordusunu taktiki və əməliyyat sarıdan möhkəmləndirir.
Bakı hərbi sahədə islahatlar, orduya çağırış sistemini yeniləməklə 2014-cü ilə qədər özünün hərbi hazırlığını yüksək səviyyəyə gətirmək üçün strategiya həyata keçirir::
«Amma ekspertlər hesab edirlər ki, təmas xətti boyunca texniki təchizat, təlim yetərsizliyi, intizamsızlıq və birliklər arasında əlaqələrin zəifliyinə görə Azərbaycan silahlı qüvvələrində əhval-ruhiyyə o qədər də yaxşı deyil.
Ermənistan silahlı qüvvələrində isə əsas diqqət peşəkar zabitlərin sayının artırılmasına, təchizat səviyyəsinin yüksəldilməsinə yönəlib. Yerevan təkcə orduda ciddi struktur dəyişiklikləri aparmır. O, həm də hərbçilərin imkanlarının artırılması, nizamnamədən kənar davranışların azaldılması, intizamın və liderlik standartlarının yüksəldilməsi, ordunun nüfuzunun cəmiyyətdə yüksəldilməsi üçün ciddi addımlar atır».
KORRUPSİYAYA YEM OLAN ORDU BÜDCƏSİ...
Sənəd müəllifləri yazırlar ki, Azərbaycan tez-tez Qarabağ münaqişəsinin həllində diplomatiya nəticə verməsə, hərbi yolu istisna etmədiyini bildirsə də, əslində, hər iki tərəfdən genişmiqyaslı toqquşma başlamaq riskləri yüksək olaraq qalır.
Hesabata görə, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqazda hərbi xərclərdə şəffaflığın və məsuliyyətliliyin aşağı səviyyədə olması problemi qalır. Şişirdilmiş və sirli hərbi xərclər çox böyük məbləğlərdə dövlət pullarını korrupsiya yemi edir. Bu da ordunun imkanlarını zəiflədir:
«Bəzi hallarda hökumətlər hərbi xərcləri həm də siyasi alət kimi istifadə edirlər. Bu da müdafiə xərcləri sahəsində miflərin yaranmasına səbəb olur. Buna misal olaraq, Azərbaycanı göstərmək olar».
ERMƏNİSTANIN HAVADAN MÜDAFİƏ SİSTEMİ QARABAĞDA HƏRBİ ƏMƏLİYYATI BAKI ÜÇÜN ÇOX RİSKLİ EDİR
Hesabatda qeyd edilir ki, erməni qüvvələri qoşunların təmas xəttində Azərbaycanın pilotsuz təyyarələrinin fəallığının artdığını bildirirlər. Xaricdən aldığı belə avadanlıqlar hesabına Azərbaycan uzunmüddətli planda yaxşı bir hərbi hava qüvvələrinə sahib ola bilər:
BAKIDA BU SƏNƏDDƏ YAZILANLARA İNANAN AZDIR
Bütün bunlar Britaniyadakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun «Hərbi Balans 2013» adlı hesabatında qeyd olunanlardır.
Amma Azərbaycanda hərbçi ekspertlər bu hesabatda qeyd olunanların reallığa yaxın olmaması qənaətindədirlər. Bizimlə söhbətdə Bakıdakı ekspertlər qeyd etdilər ki, sənəddə həm Azərbaycan, həm də Ermənistan üçün göstərilən silahların, canlı qüvvənin sayı barədə rəqəmlər real vəziyyəti tam əks etdirmir.
Hər halda, bunlar da bir beynəlxalq təşkilatın meydana çıxardığı məlumatlardır. İctimai marağı nəzərə alıb hesabatda Azərbaycan və Ermənistan orduları üçün göstərilən məlumatların əsas yerlərini təqdim edirik.
Azərbaycan |
Ermənistan | |
Əhalinin sayı |
9 493 600 |
2 970 495 |
2013-cü ildə hərbi büdcəsi |
3.7 milyard ABŞ dolları (təxmini) |
410 milyon ABŞ dolları (təxmini) |
İmkanları |
Silahlı qüvvələri sovet modelindən çıxarmaqla yanaşı, müdafiə sahəsinə xərclərin artırılması daha yaxşı hərbi avadanlıqlar əldə etməyə imkan verib. Neft gəlirləri hərbi təchizatı yaxşılaşdırmağa, S-300 kimi raketlərdən müdafiə sistemləri almağa şərait yaradıb. Amma hələlik bu cür müasir sistemlərin konkret əməliyyatlarda nə qədər effektiv istifadə oluna bilməsi sual altındadır. |
Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan silahlı qüvvələrinin əsas diqqəti müdafiəni möhkəmləndirməyə yönəlib. |
Şəxsi heyət |
66 950 nəfər (quru qoşunları 56 850, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900) |
48 850 (quru qoşunları 45 850, hərbi-hava qüvvələri 3 000) |
Hərbi xidmət müddəti |
17 ay, amma quru qoşunlarında bu müddət artırıla bilər. |
24 ay. |
Ehtiyat |
300 000 |
210 000 |
Quru qoşunları |
56 850 |
45 850 |
Xüsusi qüvvələr |
1 alay | |
Komanda |
5 korpus baş qərargahı | |
Manevr |
Mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası. |
Mexanikləşdirilmiş 5 korpus və 1 müstəqil kəşfiyyat, təlim briqadası. |
Döyüşə dəstək |
Rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası. |
Rabitə, mühəndis, havadan müdafiə də daxil olmaqla 2 briqada, 5 alay. |
Xidmət |
1 təchizat briqadası | |
Texnika |
Əsas döyüş tankları – 339 |
Əsas döyüş tankları – 110 |
Bundan başqa, ordunun ixtiyarında anti-tank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlar və s. də var. |
Ordunun ixtiyarında həmçinin özüyeriyən, qoşqulu artilleriya qurğuları, radar sistemləri var. | |
Hərbi-dəniz qüvvələri |
2 200 nəfər | |
Patrul və sahil mühafizə gəmiləri |
8 | |
Minalara qarşı avadanlıqlar |
4 | |
Amfibiya |
6 | |
Təchizat və dəstək |
2 | |
Hərbi-hava qüvvələri |
7 900 nəfər |
3 000 |
|
« MiG-29» təyyarələri ilə 1 eskadrilya. | |
Quru hücum |
«MiG-21», «Su-17» və başqa təyyarələrlə silahlı 1 alay. |
«Su-25» təyyarələri ilə silahlı 1 eskadrilya. |
Nəqliyyat |
«An-12» , « Yak-40» təyyarələri ilə 1 eskadrilya. | |
Hücum və nəqliyyat vertolyotları |
«Mi-8» , « Mi-24» , « Mi-2» vertolyotları ilə 1 alay. | |
Təyyarələr |
44 döyüş qabiliyyətli təyyarə |
15 döyüş qabiliyyətli təyyarə, o cümlədən 31 kiçik təyyarə |
Vertolyotlar |
66 |
31 |
Hərbi hava qüvvələrinin ehtiyatında pilotsuz təyyarələr, yer-hava tipli raketlər, hava hücumundan müdafiə qurğuları və s var. | ||
Yarımhərbi birliklər |
15 000 |
6 694 |
Xaricdə əsgər yerləşdirmə |
Qoşunların xarici məkanlara yerləşdirilməsi: Prezidentin təklifi ilə parlamentin qərarı əsasında. |
«Ermənistan Respublikasının Müdafiəsi haqqında» qanuna görə, prezident xaricdə hərbi qüvvələrdən istifadə haqqında qərar verir və parlament də onu təsdiq edir. |
Xaricdə sülhməramlı qüvvələr |
Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 94 nəfər. |
Əfqanıstanda NATO qüvvələrinin tərkibində - 126 nəfər. |
Ölkədə xarici qüvvələr |
Gümrüdə Rusiyanın 3 303 nəfərlik hərbi bazası, Yerevanda hərbi hava qüvvələri yerləşir. Bu hərbi-hava bazasının 18 «MiG-29» təyyarəsi, S-300 raketdən müdafiə sistemləri və SA-6 tipli raketdən müdafiə sistemləri var. | |
|
İlkin ehtimallara görə özünü müstəqil elan etmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni qüvvələrinin sayı aşağıdakı kimidir: |