Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:37

Umberto Eco: «Sevgidənsə… Napoleondan bəhs etməyi üstün tuturam»


Umberto Eco
Umberto Eco
-
Bu günlərdə dünyanın iki məşhur yazıçısı – Umberto Eco (Umberto Eko) və Orhan Pamuk Boğaziçi Universitetinin 150 illik yubiley tədbirləri çərçivəsində İstanbulda görüş keçiriblər. İtaliya səfirliyi və Baş Konsulluğu, İtaliya Mədəniyyət Mərkəzi, Boğaziçi Universiteti və Şəhər Universitetinin düzənlədikləri görüş («A Dialogue on Facts, Fiction, History») maraqlı anlarla yadda qalıb.

«HEÇ ZAMAN BİR SEVGİ TARİXÇƏSİNİ ANLADA BİLMƏRƏM»

«Habertürk»ün yazdığına görə, dialoqda Umberto Eco aşırı romantizmdən qaçmaq üçün tarixi romanlar yazmağı sevdiyini bildirib:

««Gülün adı», «Baudoline» və «Praqa məzarlığı» tarixi romanlarımdır. Bunları sevirəm… Heç bir zaman bir sevgi hekayəti yaza bilmərəm. Çünki çox özəl şeyləri anlatmaq istəmirəm. O üzdən Napoleondan bəhs etməyi üstün tuturam».

Ünlü yazıçının bu sözləri salondakıları güldürüb.

PAMUK VƏ ECO-NUN «ŞƏXSİ DUYĞU» ATIŞMASI

Orhan Pamuk Eco-nun bu fikrinə qatılmadığını deyib:

«Məncə, siz «heç roman oxumuram, çünki hamısı xəyal məhsuludur» – deyən adamlara bənzədiniz. Əslində romanlar şəxsi hekayətləri gizlətmək üçün uydurulur. Məncə, hər cür özəl şeyi xarakterinizə uyğunlaşdıra bilərsiniz. Mən öz yazdıqlarımın içində şəxsi olmayan heç bir şey tapa bilmirəm. Amma təbii ki, şəxsi duyğularımı gizlətmək üçün əlimdən gələni edirəm. Romançının imzası şəxsi duyğuları ilə bağlıdır. Tarixi və ya fantastika janrında roman da yazsanız, imzanız, sizin kimi, həmişə özündən bəhs edəcəkdir».

ECO: «MƏN GİZLƏDİRƏM – DEDİM»

Eco da Pamuk-a üz tutaraq öz sözlərini dəqiqləşdirib:

«Mən şəxsi duyğularımı yaxın buraxmıram, demədim, onları gizlədirəm, dedim».

Orhan Pamuk
Orhan Pamuk
PAMUK: NİYƏ ROMANÇI OLMAYIM?

Moderatorun «Nədən romançı oldunuz» – sualını hər iki ünlü yazıçı belə cavablayıb:

Pamuk:

«Mən rəssam olmaq istəyirdim… Mühəndis ailəsində doğulduğum üçün İstanbul Texniki Universitetinə girdim. Ən azından mühəndis deyil, memar olacaqdım. Həmişə «Yalnız bir həyat sürəcəyəm» – deyə düşünürdüm… «Rəssam deyil, yazıçı olacağam» dediyim zaman «Niyə romançı olmayım?» – deyə düşündüm. 22 yaşındaydım. Yazıçı olmaq istədim. Çünki təkbaşına bir otaqda yaşamaq istədim. Bunu bacardığım üçün çox xoşbəxtəm».

ECO: «ÇOX AXMAQ SUALDIR»

Sualı «çox axmaq» adlandıran Eco onu cavablamağa məcbur qalıb:

«Bəzi insanlar pedofil olur, bəziləri bank soyur, bəzisi isə Mont Blanc dağına dırmaşır. Mən də roman yazıram».

ECO: «DÜNYADA İNSANLARIN ÇOXU AXMAQDIR»

Orhan Pamuk görüşdə Türkiyənin ünlü yazarı Aziz Nesin-in bir fikrini xatırladıb:

«Bu millətin yüzdə 60-ı axmaqdır».

Eco daha irəli gedərək belə söyləyib:

«Mən inanıram ki, dünyada insanların çoxu axmaqdır… Ölüm anında insanların hamısının axmaq olduğuna inansam, o zaman rahat ölə bilərəm. Ancaq həyatımın bu nöqtəsində, sadəcə, yüzdə əllisinin axmaq olduğunu düşünürəm».
XS
SM
MD
LG