-
Bunu keçmiş Təhsil naziri Misir Mərdanov deyirdi. Ancaq Azərbaycanda nəinki 200, hətta 100 manata işləyən müəllimlər var.
Ölkədə sonuncu dəfə müəllimlərin maaşı 2011-ci ilin dekabrın 11-də 10 faiz artırılıb.
Hazırda orta məktəbdə bir ştat (adətən, «stavka» deyilir), yəni həftədə 12 saat dərs deyən yüksək dərəcəli müəllim 172 manat alır. Orta məktəblərdə müəllimlik dərəcələrinə görə maaşlar fərqlənir. Məsələn, 14-cü dərəcəli, yəni baş müəllim həftədə 22 saat dərs deməklə əlinə 330 manat əməkhaqqı alır. Bu məbləğ gəlir vergisi, DSMF, həmkarlar pulu tutulandan sonra qalan maaşdır.
ALİ MƏKTƏB MÜƏLLİMİ
Ali məktəblərdə, məsələn, BDU-da 20 ildən çox stajı olan dosent əlinə 510 manat alır. Bu məbləğin 160 manatı pullu qəbuldan müəllimlərə ödənən yardımdır. Yəni, dosentin maaşı əslində 350 manatdır.
Yardımla birlikdə professorun maaşı – 620 manat.
Baş müəllim (yardımla birlikdə əlinə aldığı məbləğ) – 400 manat
Statistika Komitəsinin saytında müəllimlərin orta aylıq maaşı 256 manat göstərilir. Bu maaş hesablanmış əməkhaqqı fondunun (vergilər çıxılmamaqla) işçilərin sayına bölünməsi ilə müəyyənləşdirilir (hamiləlik və doğuşa, uşağı doğum evindən birbaşa övladlığa götürməyə, həmçinin, uşağa baxmağa görə məzuniyyətə çıxanlar, əməkhaqqı saxlanılmamaqla təhsil müəssisələrində təhsil almaq üçün əlavə məzuniyyətdə olan işçilər və işəgötürənin təqsiri olmadan qrup halında ödənişsiz məzuniyyət verilmiş işçilər istisna olmaqla).
4.11 2011-ci ilin oktyabr ayında tam işləmiş işçilərin peşələr və vəzifələr üzrə orta aylıq əməkhaqqı
(oktyabr ayını tam işləmiş işçilərin birdəfəlik müayinəsinin yekunlarına əsasən)
MİNİMUM DOLANIŞIQ
2013-cü il üçün əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, ölkə üzrə 116 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.
Bir müəllimin ailəsini azı 3 nəfərdən ibarət olduğunu nəzərə alsaq, 3 nəfərlik (digər valideyninin işləyə biləcəyini nəzərə alaraq, bir valideyn + iki övlad) bir ailənin minimum dolanışığının 343 manata başa gəldiyini görərik.
Onu da nəzərə alaq ki, İqtisadi Tədqiqatlar Mərkəzi ötən ilin sonunda əməkqabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətini 172 manat 48 qəpik dəyərləndirmişdi. Həmin dəyərləndirməyə görə, bu rəqəm pensiyaçılar üçün təxminən 155 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210 manat olmuşdu.
Hazırda Azərbaycanda Nazirlər Kabinetinin 2009-cu ildə qəbul etdiyi minimum istehlak səbəti qüvvədədir. Bura ərzaq, qeyri-ərzaq və xidmətlər daxildir.
Həmin cədvələ görə, əməkqabiliyyətli əhali ildə 150 kq çörək, 30 kq ət, 135 ədəd yumurta yeyir. Xidmətlərə adambaşına 12 kv.m mənzil, 1 ailə üçün gündə bir saat internet və s. daxildir.
4.1. Minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının istehlak normaları
(Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2009-cu il 30 aprel tarixli, 74 nömrəli qərarla təsdiq edilmişdir)
Bu mal və xidmətlərin qiymətləri Statistika Komitəsinin saytında verilib. Məsələn, sümüklü mal ətinin qiyməti 7 manatdan, sümüksüz mal əti 8 manat 70 qəpikdən hesablanıb.
1.9. İstehlak mallarının və əhaliyə göstərilən xidmətlərin orta illik qiymətləri (tarifləri), manatla
Azərbaycanda istehlak səbəti sonuncu dəfə 2009-cu ildə müəyyənləşdirilib, ancaq iqtisadçılara görə, bu səbət reallığa uyğun deyil. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev apa-ya açıqlayıb ki, bugünkü reallıqları və həyat səviyyəsini nəzərə almaqla istehlak səbətinə əlavə mal və xidmətlər də daxil edilməlidir. Bu, mədəniyyət və idman xərcləri, eləcə də mobil rabitə ödənişləridir:
«Bugünkü normativlərdə insanların mənəvi və mədəni inkişafı üçün heç nə nəzərdə tutulmayıb. Teatr, kino, sərgilərə getmək, kitabların alınması və s. xərclər yoxdur. Halbuki bunlar insanların mədəni səviyyəsinin yüksəlməsi üçün çox vacibdir».
GÜRCÜSTAN VƏ ERMƏNİSTANDA MÜƏLLİM MAAŞI VƏ İSTEHLAK SƏBƏTİ
Qafqazın üç ölkəsində müəllimlərin maaşı orta aylıq əməkhaqqının 53-68, Orta Asiya respublikalarında 60-70 faizi qədərdir. Özəl sektorda da eyni vəziyyətdir. UNICEF-in bir müddət əvvəl açıqlanmış hesabatında da belə deyilir.
Gürcüstanda təhsil işçisinin orta aylıq maaşı 2011-ci ildə 319 lari olub, yəni 194 dollar. Gürcüstan prezidenti ötən il deyib ki, pedaqoqun tam stavka ilə minimum maaşı 350 laridir (təxminən 212 dollar). Bu ölkədə yaşayış minimumu isə təxminən 100 dollardır.
Ermənistanda həftədə 22 saat dərs deyən müəllimin orta aylıq maaşının 280 dollar olduğu bildirilir.
Panarmenian.net saytı Ermənistanda istehlak zənbilinin 2012-ci ilin dördüncü rübündə ayda 29 min 400 dram, yəni təxminə 70 dollar olduğunu yazır (1 dollar təxminən 417 dramdır).
Maraqlı olan Ermənistanda istehlak səbətinin tərkibidir. Bu səbətdə ilə 11 kq balıq nəzərdə tutulur, Azərbaycandakı istehlak səbətində isə bu rəqəm cəmi 5 kq-dır.
«Ağlı olan müəllim 200 manata işləyər?».