-
AzadlıqRadiosuna bu şikayəti Qaxdan bir dinləyici göndərib. Vərəsəlik problemi ilə üzləşən və görüşdüyü vəkillərdən razı qalmayan Sumqayıt sakini Mirsəddin İsgəndərov isə daha peşəkar vəkil cavabı istəyir:
«10-15 vəkillə görüşmüşük, hərəsi bir söz deyir. Yəqin qanun bir olar da. Vəkil var, ancaq savadlı kadr, normal xidmət yoxdur».
9 MİLYONDAN ÇOX ƏHALİ, MİNDƏN AZ VƏKİL
Hüquqi şikayətlərin çoxalmasının bir səbəbi də ölkədə vəkillərin azlığındadır. Bunu həm yerli, həm xarici ekspertlər dəfələrlə vurğulayıb. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay bir neçə ay əvvəl AzadlıqRadiosuna müsahibəsində vəkil sayının az olmasını daha çox sovetdənqalma mirasa bağlayırdı:
«Ölkədə məhkəmələrin, hakimlərin, prokurorların sayı azdır. 9 milyon yarım əhalisi olan ölkədə vəkillərin sayı mini keçmir. Bunlar bu günün, sabahın işi deyil».
Bakıya nisbətən bölgələrdə vəkillə təminat daha zəifdir. İsmayıllıda vəkil İslam İsmayılov bildirir ki, rayon üzrə Vəkillər Kollegiyasında qeydiyyatdan keçmiş 3 vəkil işləyir. O, bunu rayon əhalisi üçün yetərli sayır, amma:
«İsmayıllı hadisələrində birdən-birə 19-a yaxın təqsirləndirilən şəxs vardı. Onda, əlbəttə, vəkil çatışmadı. Hər üçümüz saxlananların hüquqlarını müdafiə edirik, ancaq qalan vəkillər Bakıdandır».
QONŞULARLA MÜQAYİSƏ
Azərbaycanda 10 min adama heç bir vəkil də düşmür. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin sayı 9 milyon 356 mindir. Vəkillər Kollegiyası ölkədə 834 vəkilin olduğunu bildirir. Beləliklə, 10 min nəfərə düşən vəkil sayı 0.9 nəfər edir. Başqa sözlə, 11218 nəfərə 1 vəkil düşür.
2011-ci ildə Ermənistan Vəkillər Palatasının 1025 üzvü, əhalisi isə 3.1 milyon nəfər olub. Yəni, hər 10 min nəfərə 3.3 vəkil düşüb.
Gürcüstanda əhalinin sayı 4 milyon 483 min nəfərdən, vəkillərin sayı 3 min 500 nəfərdən artıqdır. Yəni, hər 10 min nəfərə 7.8 vəkil xidmət göstərə bilər.
TÜRKİYƏ, İSRAİL, ABŞ
Maraqlıdır ki, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə də 10 min nəfərə 1 vəkil düşür. Bu rəqəm Nigeriya və Kenya kimi yoxsul ölkələrdə də dəyişmir. Ancaq İsraildə 10 min nəfərə 50 vəkil xidmət edir.
Türkiyədə 967 adama bir vəkil düşür. Türkiyə Barolar Birliyinin (Türkiyə Vəkil Büroları Birliyi nəzərdə tutulur –A.K.) 31 dekabr 2012-ci il tarixli məlumatlarına görə, ölkədə cəmi 78 min 179 vəkil çalışır. Türkiyə əhalisinin həmin tarixdə 75 milyon 627 min 384 nəfər olduğunu nəzərə alsaq, 967 adama 1 vəkil düşür.
ABŞ-da paytaxt Vaşinqtonda hər 12 nəfərə, Nyu-Yorkda hər 124 nəfərə bir vəkil var. Orta hesabla 300 amerikalıya bir vəkil düşür. «Təsəvvür edin ki, metroda gedəndə, evinizin blokuna girəndə də yanınızda vəkil var», – bir amerikalı bloqqer belə yazır.
«KİM DEYİR AZDIR?»
Maraqlıdır ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bir müddət əvvəl Azərbaycanda vəkil sayının digər ölkələrlə müqayisədə azlığı fikri ilə razılaşmayıb:
«Kim deyir ki, azdır? Azərbaycanda vəkil üçün növbəyə duran varmı? Hazırda Bakıda vəkillərin yarıdan çoxu işsizdir. Ancaq bu o demək deyil ki, vəkillərin sayı artırılmamalıdır. Burada başqa problemli məsələ var. Vəkillər ancaq məhkəmədə və istintaq orqanında işə çıxmaqla işlərini bitmiş hesab etməməlidirlər. Vəkillər xalq təsərrüfatında və digər sahələrdə də fəaliyyət göstərməlidir. Ancaq biz vəkil deyəndə, məhkəmədə işə çıxanları nəzərdə tuturuq. Onda belə çıxır ki, cinayətkarların sayı azalarsa, vəkillik institutu olmamalıdır? Bütün sahələrdə vəkillər fəaliyyət göstərməlidir. Dünya ölkələrində də vəkillərin sayı çoxdur və onlar təkcə məhkəmələrdə işləmirlər ki... Onlar digər hüquq sahələrində çalışırlar».
VƏKİLLİK DƏ MONOPOLİYADA?
Hüquqşünas Namizəd Səfərov ölkədə vəkillərin sayca azlığını vəkillik fəaliyyətinin də dövlətin inhisarında olması ilə bağlayır. Onun fikrincə, bu inhisar Vəkillər Kollegiyası vasitəsilə həyata keçirilir:
«İzah budur ki, vəkillərin sayı nə qədər çox olsa, onları nəzarətdə saxlamaq çətinləşər. Ona görə, dövlət vəkil sayının artmasına imkan vermir. Digər tərəfdən öz sözünü deyə bilən, istintaq və məhkəmə orqanları qarşısında durmağa özündə qüvvə tapan vəkillər Vəkillər Kollegiyasından çıxarılır. Savadlı hüquqşünasların VK-ya axınının qarşısı süni sürətdə alınır».
Hüquqşünas vəkillərin işsiz qalması fikri ilə də razılaşmır. O düşünür ki, əksinə, vətəndaşların hüquqi biliyi çox aşağıdır və vəkillə təminatı əngəlləyən başlıca amillərən biri də əhalinin yoxsulluğudur:
«Bu gün biz Ali Məhkəmədə bir işə baxırdıq. Prosesə vəkilsiz qatılan tərəf özünü passiv aparır, onlara söz də verilmir. Hakimlərin «niyə vəkilsiz iştirak edirsiniz» sualına adətən belə cavab verirlər ki, «vəkillə müqavilə bağlamağa maddi imkanımız yoxdur». Yəni, vətəndaş 100 manat tapıb vəkillə müqavilə bağlaya bilmir».
Namizəd Səfərovun fikrincə, bəzi hallarda vətəndaş vəkillə müqavilə bağlamaqdansa, birbaşa məhkəmə-istintaq orqanları ilə «dil tapmağa» çalışır. Əhalinin vəkildən bəzən uzaq düşməsinin bir səbəbi də məhkəmə işlərinin daha çox hakim zümrəyə bağlılığıdır:
«Əmlakların da əksər hissəsi onların əlindədir, qanunları pozan da onlardır. Onların da vəkilin xidmətinə ehtiyacı yoxdur».
«Valideynlərim rəhmətə gedib. Ata evimi adıma keçirmək istəyirəm. Vəkil tapa bilmirəm, buna imkanım da yoxdur. Xahiş edirəm, hüquqi məsləhət verin».