-
Şəcərələrin başlandığı şəxslərin çoxu əcnəbilərdir.
Lev Tolstoy
Bu soyadda vurğu ən qədim rus soyadlarında olduğu kimi son hecaya düşür. 1383-cü ildə İndros adlı litvalı Rusiyaya köçür. Onun nəticəsi Andrey 15-ci əsrdə Moskva knyazı Vasilinin ordusunda xidmətə başlayır. Knyaz bədən quruluşuna uyğun olaraq ona "Tolstoy" deməyə başlayır və bu, nəslin soyadına çevrilir. Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir.
Denis Fonvizin
18-ci əsrdə yaşamış böyük rus dramaturqu Denis Fonvizin də ruslaşmış Pribaltika almanlarının nəslindəndir: vonWiesen-lərdən. 17-ci əsrin əvvəlində artıq ruslaşmış nəslin soyadı sənədlərdə Fonvizin yazılırdı.
Fyodor Dostoyevski
Bu nəslin şəcərəsi Danila İvanoviç Rtişşevdən başlanır. Rtişşevlərin adı cənub-qərbi Rusiyanın 16-cı əsrə aid sənədlərində tez-tez çəkilir. Onlara o dövrdə pravoslav Rusiyasının katolik Avropanın təsiri dairəsinə düşməsi qarşısında sipər olan millətçi və dindar nəsillərdən biri kimi böyük ehtiram göstərilirdi. Pinsk knyazı Fyodor İvanıç bu xidmətlərinə görə Dostoyeva kəndinin bir hissəsini Rtişşevlərə bağışlamışdı. Beləcə, kəndin yeni sahiblərini Dostoyevskilər adlandırmağa başladılar. Kəndin adında vurğu ikinci hecaya düşdüyü üçün Dostoyevski soyadı da ilkin dövrlərdə buna uyğun səslənirdi.
Aleksandr Puşkin
Şəcərənin tarixi Rusiyaya köçmüş Radşa adlı almandan başlanır. O, Rusiyaya knyaz Aleksandr Nevski dövründə köçüb. Musinlər, Bobrışevlər, Buturlinlər, Şerefinovlar və bir sıra başqa məşhur nəsillərin də şəcərəsi başlanğıcını Radşadan alıb.
"Puşkin" soyadı isə Radşinin nəslindən olan və 16-cı əsrdə yaşamış Qriqori Aleksandroviç Puşkadan gəlir. Ona niyə "Puşka" deyildiyi bilinmir. Güman edilir ki, ya topçu olub, ya da töp tökən usta. 16-cı əsrdən sonrakı sənədlərdə Puşkin soyadlı mülkədar və boyarların adlarına rast gəlinir.
Mixail Lermontov
Rusiyanın ən məşhur nəsillərindən olan Lermontovlar öz soyadını şotland əsilli Corc Ler-montdan götürüb. 17-ci əsrin əvvələrində o, muzdlu döyüşçü kimi polyak ordusunda xidmət edirdi. Ruslara əsir düşəndən sonra Rusiyada qalır və ailə qurur...
İvan Turgenev
Şəcərə Qızıl Ordadan olan tatar Turgendən başlanır. "Turgen" monqol dilində "cəld, sürətli, tez özündən çıxan" deməkdir.
Nikolay Karamzin
Böyük rus tarixçisi və yazıçısı Nikolay Karamzinin də nəsli türk kökənlidir. Soyad tatar Kara Murzanın adındandır. "Karamurzin" sonradan "Karamzin"ə çevrilib.
Anton Çexov
Bu nəslin adının çex xalqı ilə heç bir əlaqəsi yoxdur. Qədimdə Rusiyada Çox, Çex (bəzən "чех" yazılıb "чёх" kimi tələffüz edilirdi) adları geniş yayılmışdı. Pravoslavlıqdan əvvəlki, yəni kilsədə verilməyən adlardan olub. Çox - "чихание" (asqırmaq) sözündəndir. Tez-tez soyuq dəyən, yaxud nəyəsə allergiyası olan və buna görə asqıran uşağa belə bir ad verilə bilərdi. Rusiyada Çoxov, Çexonin kimi eyni kökdən gələn soyadlar da var.