Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:59

2013-cü ilin bütün "Nobel"çiləri açıqlandı


İsveç - Tibb üzrə Nobel mükafatının bu ilki qalibləri monitorda: soldan sağa: James E Rothman, Randy W Schekman, Thomas C Suedhof. Qaliblər mətbuat konfransında elan edilir, 7 oktyabr, 2013, Stokholm
İsveç - Tibb üzrə Nobel mükafatının bu ilki qalibləri monitorda: soldan sağa: James E Rothman, Randy W Schekman, Thomas C Suedhof. Qaliblər mətbuat konfransında elan edilir, 7 oktyabr, 2013, Stokholm
-

Oktyabrın 7-dən 14-cən Nobel Komitəsi və İsveç Akademiyası 2013-cü ilin Nobel mükafatçılarının adlarını açıqlayacaq. (Burda canlı baxmaq olar)

Ardıcıllıq:

Fiziologiya və ya Tibb:
Bazar ertəsi, 7 oktyabr

Artıq elan edilib ki, mükafata amerikalı alimlər James Rothman və Randy Schekman, eləcə də alman əsilli alim Thomas Suedhof layiq görülüblər.

Mükafat onlara protein və digər materialların hüseyrə daxilində necə daşınması ilə bağlı araşdırmalarına görə verilib,

Bu prosesin pozulması nevroloji xəstəliklər, eləcə də şəkərli diabetə səbəb olur.

Rothman Yel, Schekman, Kaliforniya, Suedhof isə Stanford Universitetində çalışır.

Fizika:
Çərşənbə axşamı, 8 oktyabr
İsveçrə - Peter Higgs (sağda) və Francois Englert, 2012
İsveçrə - Peter Higgs (sağda) və Francois Englert, 2012

"Fizika Nobel"i Francois Englert (Belçika) və Peter Higgs-ə (Britaniya) verildi.

1964-cü ildə Higgs o dövrəcən elmə məlum olmayan substansiyanın - bütün başqa elementar hissəciklərin, materiyanın çəkisini müəyyən edən sunstansiyanın mövcudluğu ilə bağlı fərziyyə irəli sürmüşdü. Buna "Higgs bozonu" adı verilmişdi. Bu yaxınlarda Avropa Nüvə Araşdırmaları Mərkəzininin alimləri mürəkkəb eksperiment nəticəsində bu fərziyyəni təsdiqləmiş və Higgs-in o zaman bozona aid etdiyi xarakteristikaya uyğun hissəcik aşkarladıqlarını elan etmişdilər.

Kimya:
Çərşənbə, 9 oktyabr

2013-cü ilin Kimya üzrə Nobel mükafatına 3 ABŞ alimi layiq görülüb.

Martin Karplus, Michael Levitt və Arieh Warshel ən qəliz kimyəvi prosesləri kompüter proqramları ilə izləməyin əsaslarını yaratmağa görə bu mükafata layiq bilinib.

Hər 3 alim kimyəvi prosesləri öyrənməkdə kompüter modellərindən istifadənin əsasını qoyub.
Arieh Warshel
Arieh Warshel

Onların işləri dərmanların düzəlməsi kimi mürəkkəb proseslərə kömək edib.

Onu da qeyd edək ki, Karplus ABŞ və Avstriya, Levitt ABŞ və Britaniya, Warshel ABŞ və İsrail vətəndaşıdır.

Ədəbiyyat:
Cümə axşamı, 10 oktyabr

2013-cü ilin Ədəbiyyat üzrə Nobel Mükafatı kanadalı yazar Alice Ann Munro-ya verildi.

İsveç Akademiyası onu "müasir dövr hekayəçiliyində usta yazar" adlandırıb.

Munro 10-dan çox hekayə toplusunun müəllifidir. 2009-cu ildə ingilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan “Man Booker International”a da layiq görülüb.
Alice Munro
Alice Munro

Amerikalı hekayəçi Cynthia Ozick hətta ona “bizim Çexov” deyib.

Sülh:
Cümə, 11 oktyabr

Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat 2013-cü ilin Nobel Sülh Mükafatına layiq görülüb. Bu qeyri-hökumət təşkilatı dünya üzrə Kimyəvi silahlar haqda Konvensiyanın yerinə yetirilməsini izləyir, məlumat və təhlillər verir.

Suriyanın kimyəvi silahlarını təftiş edən BMT ekspertləri də Haaqada qərarlaşan bu təşkilatdan idi.

İqtisadiyyat:
Bazar ertəsi, 14 oktyabr

2013-cü il İqtisadiyyat üzrə Nobel mükafatına 3 ABŞ alimi – Eugene Fama, Lars Peter Hansen və Robert Shiller layiq görülüb.

İsveç Kral Elmlər Akademiyası bildirir ki, iqtisadçılar bu yüksək mükafata “aktivlərin qiymətləndirilməsinin empirik analizinə” görə layiq görülüblər. “Onlar aktivlərin qiymətlərinin indiki anlamının əsaslarını qoyublar”.

Hər bir mükafatın dəyəri 1 milyon dollardır.
XS
SM
MD
LG