-
Aleks Qriqoryevs:
"Avaraçılıq etmək təkcə işsiz-gücsüz gəzmək demək deyil, bu, bir məşğuliyyətdir.
Özü də çoxlu enerji, vaxt və pul tələb edən məşğuliyyət. Sərxoşluqla sıx şəkildə bağlıdır.
Yəni avara-avara küçələri, bulvarı dolaşır, kafelərdə içir, boş-boş söhbətlər edirsən".
Bu yazının müəllifi o Aleks Qriqoryevsdir ki, bu ilin yazında Azərbaycan hakimiyyəti onu Amerikanın Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq Bakıda gənclərin kütləvi aksiyalarını (“Əsgər ölümlərinə yox”) günahlandırmış və inqilab ssenarisinə gizli şəkildə pul xərcləməkdə suçlamışdı.
Cənab Qriqoryevs bu ittihamları rədd etmişdi.
Bu dəfə isə o, Azərbaycan yazıçısının kitabı haqda məqalə yazıb - Seymur Baycanın “Quqark” romanı barədə. Kultura.az-da çap edilmiş və “Азербайджанец на рандеву” (Azərbaycanlı ilə görüş) adlanan həmin yazının ruscaya tərcüməsi, daha dəqiqi məğzi “Oxu zalı”nda.
Qriqoryevs yazıya rus yazıçısı, filosofu Nikolay Çernışevskinin məşhur “Rus adamı ilə rendez-vous” məqaləsini xatırlamaqla başlayır. İvan Turgenevin “Asya” povestini təhlil edən Çernışevski o dövrün rus kişisinin cəsarətli addımlara qadir olmadığı qənaətinə gəlir. Çernışevski 19-cu əsrin ortalarındakı həmin vəziyyətə görə təkcə rus kişisi yox, həm də belə bir mühiti qoruyub saxlayan hakimiyyət barədə öz hökmünü çıxarır.
Qriqoryevs Seymur Baycanın “Quqark” romanının ruscaya tərcüməsini oxuyarkən də Çernışevskini xatırladığını yazır.
Romanın qəhrəmanı olan Seymur ictimai xadim və yazıçıdır, Ermənistana - gənclər düşərgəsindəki konfransa qatılmağa gedir və orada Anuş adlı erməni qızına vurulur. Qız da onu sevir. Amma Bakıya qayıdan Seymur Anuşla yazışmanı dayandırır. Çünki münasibətlərin davamı üçün cəsarətli addım lazımdır. Bu isə ondan yaşayış yerini dəyişməyi, erməni-azərbaycanlı münaqişəsinə görə öz yaxınlarına, dostlarına izahat verməyi tələb edir. Yəni onun məhəbbəti maneə ilə üzləşən kimi ölür. Çernışevskinin yazısındakı rus adamı kimi Seymurun azərbaycanlısı da imtahandan keçə bilmir.
Qriqoryevs romanda başqa bir cəhətə də diqqət yönəldir: Seymurun başına gələnlərə macəra demək olmaz, onlar olsa-olsa hadisələr zənciridir:
“Ekzistensializmdə yaşanmış və yaşanmamış ömür anlayışı var. Bu qarşıdurmada yaşanmamış ömür – dərk olunmamış, passiv ömürdür. Yəni insan hadisələrin passiv iştirakçısıdır, hadisələrin baş verməsi ondan asılı deyil, onun özü də həmin hadisələrə müqavimət göstərməyi nə mümkün sayır, nə də gərəkli. Bu mənada Seymurun ömrü də yaşanmamış ömürdür”.
Qriqoryevs hesab edir ki, “Quqark”dakı Seymur “xeyli xoşagəlməz tip”dir. Yazıçı onu özü və yaşıdları haqda yaza biləcəyi ən mənfi cəhətlərlə “bəzəyib”. Onların hamısı “avara”dır. “Quqark”da avaraçılıq etmək təkcə işsiz-gücsüz gəzmək demək deyil, bu, bir məşğuliyyətdir. Özü də çoxlu enerji, vaxt və pul tələb edən məşğuliyyət. Sərxoşluqla sıx şəkildə bağlıdır. Yəni avara-avara küçələri, bulvarı dolaşır, kafelərdə içir, boş-boş söhbətlər edirsən. Pulu özləri qazanmırlar. Məsələn, Seymura pulu Rusiyadan dostu göndərir:
“Tədricən gözlərimiz önündə bütöv bir nəslin portreti canlanır – müharibənin və müstəqilliyin yaşıdı olan nəsil. Müharibə və müstəqilliyin travmasını yaşamış nəsil. Yəqin ki baş qəhrəmanın fəaliyyətsizliyinin, mənəvi impotensiyasının əsas səbəbi də elə bu travmadır”.
Qriqoryevs yazır ki, bunlar 80-ci illərin axırı, 90-cı illərin əvvəlində baş verən hadisələrdir. Uşaqkən qonşu erməni ailəsindən nəvaziş görən Seymur həmin ailənin evinin talan edilməsində (“ermənilərin rayondan qovulmasında”) iştirak edir, hətta qoca erməniyə təpik də vurur. Beləcə, həm də ilk dəfə özündən böyüyə əl qaldırır. Qriqoryevs qeyd edir ki, Seymur gördüklərindən, yaşadıqlarından heç bir nəticə çıxarmır, sadəcə baş verənləri fiksasiya edir. Onun başına gələnlər, romanın mürəkkəb kompozisiyası, obrazlar sistemi nəslin ekzistensial günahı, həmin nəslin problemlərinin vaxtilə işlədikləri günahlarla bağlılığı ideyasına gətirib çıxarır:
“Seymur Baycan Əkrəm Əylislinin “Daş yuxular”da dayandığı yerdən başlayır. “Daş yuxular”ın əsas qəhrəmanlarından biri - psixiatriya professoru Abasəliyev deyir ki, azərbaycanlılar ermənilər qarşısında günahlarını yumalı olacaqlar: “Allah o qədər yaddaşsız deyil ki, belə dəhşətli alçaqlığı unutsun”. Əkrəm Əylislinin romanının qəhrəmanı İsa Məsih kimi, xalqının günahlarını öz ölümü ilə yuyur. Seymur Baycanın baş qəhrəmanı isə allah bəndəsi Aleksiy kimi yaşamaqda davam edir və daha çox başqalarının işləmiş olduğu günahları öz həyatı ilə yumalı olur”.
Yazının sonunda - “Baş tutmayan qalmaqal” bölümündə Qriqoryevs ümumiləşdirmə aparır:
“Romanda təkcə qəhrəmana yox, həm də onu doğurmuş cəmiyyətə amansız hökm çıxarılır. Roman qalmaqala səbəb olmalıydı, amma ittiham edilənlər nə hökmdən, nə onların günahını sübut edən dəlillərdən, nə də vəkilin nitqindən xəbər tutdular. Azərbaycan cəmiyyəti romanı gözündən qaçırdı. Bu, müəllifin haqlı və onun ittihamlarının əsaslı olmasına daha bir süburtdur”.
kultura.az