Gözündəki zərrə qədər işıqla gəlinciklərinin gözünü axtarıb tapır, dərman tökür, sarıyır. Öz zənninə görə, həkimlik edir. Qaranlığa bürünmüş olsa da, 6 yaşlı Sərfinazın da kiçik dünyasında böyük arzuları var. Göz həkimi olacaq və balaca uşaqların gözlərini sağaldacaq.