-
Sufi dünyagörüşündən qaynaqlanan sevgi bu əsərdə Yaradılmır, Təsvir edilmir, dolğun şəkildə reallaşmamış – yaşanmamış qalır və yalnız məcburən mətnə ötürülmüş fikir kimi görünür...
«Ölü mətn» müəllifi yeni istiqamətə yönəltsə də, məhz bu istiqamətin tələblərinin reallaşdırılması baxımından uğurlu eksperiment təsiri bağışlayır...
Tənqidçi Nərgiz Cabbarlı bu yazısı ilə yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur. Qeyd edək ki, yazıçı romanının müzakirə edilməsinə etiraz edib və çap üçün romanından parça verməyib.
Roman haqda 4 tənqidçi və 2 oxucunun (bloqçu) rəyini dərc edəcəyik.
Nərgiz Cabbarlı
«ÖLÜ MƏTN»DƏKİ “SINIQ GÜZGÜ” EFFEKTİ
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
Ötən əsrin sonlarında və əsrimizin ilk illərində nə dərəcədə qeyri-ciddi qarşılansa da, ironiya ilə müşayiət olunsa da, postmodernizm ədəbiyyatımızı «başına aldı». Düzdür, ilk vaxtlar onu «yerə çırpacaqmış» kimi bir təəssürat yaranmışdı və bü təəssürat hələ də itməyib. Yeni yazılmış çoxsaylı zəif nümunələr buna imkan vermir. Amma fakt budur ki, o, yaşından, təcrübəsindən asılı olmadan bir çox qələm adamının yaradıcılığına təsir göstərərək bu gün bizi fərqli nəticələrlə üz-üzə qoyub. Məsələn, öz oturuşmuş axarı olan bir yaradıcılığı gözlənilməz istiqamətə yönləndirməsi faktı ilə...
Bir zamanlar «yalnız dünyagörüşü» kimi qəbul edilən, öz «qanunları»nı deformasiyaya uğradılmış şəkildə ədəbiyyatımıza tətbiq edən bu tendensiya hazırda müxtəlif yaradıcılıqlarda müxtəlif formada görünməkdədir: bu, bəzilərində əsərə vurulmuş «xüsusi effekt» şəklindədir, bəzilərində yaradıcılıq prosesinin ötəri keçid mərhələsi təəssüratı bağışlayır, bəzilərində isə müəllif dünyabaxışının və yaradıcılığının əsas özülü kimi meydana çıxır. Yəni, bu məqamda da müəllif yanaşması və müəllif münasibəti əsas rol oynayır. Elə nəticə də, həmin yanaşmadan asılıdır.
Amma istənilən halda, fakt budur ki, onun toxunmadığı, az və ya çox dərəcədə «qarşısına qatmadığı» müəllif yoxdur.
Orxan Fikrətoğlu öz üslubu, özünəməxsus təhkiyəsi, dünyanın, yaşamın fəlsəfi dərkinə, çözümünə yönəlmiş müəllif məqsədi, bir də əsərlərini xüsusi olaraq insan və onun həyat fəlsəfəsi konsepsiyası üzərində qurmağa çalışması ilə yadda qalıb. Çağdaş Azərbaycan ədəbiyyatının «Eqo»çularından biri olan bu yazıçı hər dəfə məhz yaradıcılığının bu aspekti ilə diqqət çəkir. Elə «Ölü mətn» də sufi dünyagörüşünə və insan taleyinin «yazılmış mətn» olması ideyasına əsaslanılaraq qələmə alınıb (ümumiyyətlə, son vaxtlar çağdaş nəsrdə həm sufii dünyagörüşünün, həm də müxtəlif fəlsəfi-nəzəri düşüncə axınlarının mətnə tətbiqinə maraq artıb. Məsələn, M. Cəfərlinin «Bənnaçı»sında da bu var).
Əsər «hər bir insan öz yaşamı ilə, taleyi ilə yazılmış mətndir» fikrinin bədii modeli kimi yaradılıb. «Ölü» adlandırılması isə mətnin oxunma, dərk olunma prosesi ilə bağlıdır. Yəni hər kəs onu oxuya bilməz.
Ümumiyyətlə, istər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında artıq neçə illərdir başlayan bir proses – varlıqdan, reallıqdan mətnə – yazıya enmək (buna keçid də deyə bilərik), bütün sualların cavabını kodlaşdırılmış informasiya ilə yüklənən kitabda – yazıda axtarmaq (Den Braun «Da Vinçi şifrəsi», K.Abdulla «Yarımçıq əlyazma», E.Hüseynbəyli «Metro vadisi», S.Rüstəmxanlı «Göy Tanrı», İ.Fəhmi «Qarğa yuvası və s.) istəyi hələ də davam edir. Bu bir tərəfdən «yazılana pozu yoxdur», «bütün talelələr əvvəlcədən yazılıb» inancının ifadəsidirsə, digər tərəfdən də (və kimlərdəsə) həyatın, yaşamın, dünyanın fəlsəfəsini açmaq, sirrini faş etmək, öz yozumu, öz duyumu modelində təqdim etmək istəyinin göstəricisidir. Bir tərəfdə «yazı-mətn-kitab» simvolu bütün diqqətlərin toplandığı, bütün sirlərin qoruyucusu olan obyektə çevrildiyi halda, digər tərəfdə mədəniyyətlərin, dünyaların, sivilizasiyaların, zamanların, fərqli məkanların son nəticədə onsuz da bir məqamdan, bir nöqtədən keçdiyi düşüncəsi durur. Yəni hansı zamanda, hansı məkanda yaşayırsansa yaşa – olmuşlar və olacaqlar mətndə – yazıda – kitabda ifadə olunur və qalır.
«Ölü mətn» sevgi məqamında sufi dünyagörüşü ilə birləşir, üst-üstə düşür. Sonda «mətn»in sirrinin Baba dağda yaşayan sufinin açması, yalnız onun oxuya bilməsi də həmin anlamda öz simvolik mənasını qazanmış olur. Kimsənin açmadığı mətnin dilini müdrik sufi açır… Kimsənin yetmədiyi həyat həqiqətinə - «ilahi həqiqət»ə məhz sufi təfəkkürü, sufi bəsirəti vasitəsilə yetilir. Bir də əsərə verilmiş epiqraf - «Tərki dünya olmaq insanların şərindən qurtarmaq deyil. Tərki dünya olmaq insanları öz şərindən qurtarmaqdır» (S.Y.B.) fikri öz daxili məna tutumu ilə mətni sufi dünyagörüşünə yönləndirmək istəyinin ilk göstəricisi kimi çıxış edir.
Mətndə isə yalnız Ustad içində daşıdığı «mətn oxuma sevgisi» ilə bu həqiqətin axtarışındadır. Yerdə qalan personajların (Ustad o talelərdə fərqli insanların həyatını yaşasa da) hər birinin (istər Qulu, istər İbrahim bəy, istər İsmayıl, istər barmen, istər repressiya qurbanları, istər Alməmməd kişi, Ərtoğrul və onun övladları, istər erməni qadını Asmikin və s.) öz ali həqiqəti, öz gerçəkləri, öz çatmaq istədiyi, reallaşdırmaq istədiyi arzuları var. (məsələn: «Əxlaqlı ideya qurban tələb edir. Verdiyin sözə hörmət, qanunlara itaət, yeri gələndə canın qurban verilməsi müəyyən bir təlimin yazılmamış əxlaqıdır… Səhvə görə ölüm, itaətə görə mükafat verən oğru qanunu dini əxlaqı xatırlatmırmı?» - barmenin ölümünə verilən izah). Ustadı öldürməmək üçün özünü vuran barmenin mətnində də bu «ali həqiqət»i görürük, uşaqlarını ataraq Moskva qatarına minib yola düşən, Çərkəz bazarına getmək istəyən, lakin stansiyadaca Kamil adlı birinin «quluna» çevrilən qadının da mətni bu həqiqət üzərində qurulub, Moskvada ölən Vəlişin və onun tabutunda Bakıya qayıdan Ustadın da mətni bunu söyləyir. Və iş orasındadır ki, bu arzular adi insani - yer arzularıdır, dünyəvi istəklərdir. Hətta onların içərisində Vətəni qorumaq kimi böyük istək olsa da, bu istək belə sufi dünyagörüşündəki alilik məqamına qovuşmur.
Amma o da maraqlıdır ki, sufi dünyagörüşündən qaynaqlanan sevgi bu əsərdə Yaradılmır, Təsvir edilmir, Yaşanmır, sadəcə, sözlə ifadə edilir. Yəni dolğun şəkildə reallaşmamış – yaşanmamış qalır və yalnız məcburən mətnə ötürülmüş fikir kimi görünür (yalnız bəzi məqamlarda – məsələn, İbrahim bəydə – ortaya çıxan vətən sevgisi istisnadır). Düzdür, müxtəlif mətnlərdə – talelərdə ölən qəhrəman (Ustad) müxtəlif mətnlərdə (talelərdə) sevgi səbəbindən sağ qalır.
Amma bununla belə, ideya yaşanmadığı üçün inam doğurmur. Elə ideya kimi də mövcudluğunu sürdürür. Hətta sonda bununla bağlı sufinin dedikləri də («Əslində ölüm yoxdur… Ancaq Sevgi var… Ölüm sevə bilməyəndə gerçəkləşir») nəzəri mərtəbədən həyati mərtəbəyə enmir. Reallaşmır. Ustadın, Sufinin, Müəllifin çatdırmaq istədiyi fikir – düşüncə sərhəddini adlaya bilmir. Çünki qarşaya qoyulan məqsəd (sevgi) mətndə nə situasiya, nə təfəkkür axını, nə hərəkətlər, nə mimika-jest və s. vasitəsilə «görünmür». Yalnız bir yerdə dialoqun bir parçası şəklində ortaya çıxır: « - Sən heç sevmədinmi, ustad? - Sevdim. Mən də sevdim. Bu mənim mətnimdir».
Əlbəttə, burada ilahi, yerdən yüksəkdə olan sevgidən söhbət getdiyi məlumdur. Amma o ilahi sevgi belə mətndə Yaşamalı və Yaşanmalıdır.
Roman «post sufi» junrana aid ilk roman kimi təqdim olunur (belə bir janr olmasa da?!!). Və əsər başlamamışdan yazılan fikirlər oxucuya göstərilən yol, verilən istiqamət, ona doğru uzadılmış «ip ucu»nu xatırladır. Azmasın, yolu itirməsin deyə: «Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası – Sufi sevgisidir. Zaman-zaman müxtəlif səbəblərdən öldürülən romanın qəhrəmanı bütün mətn boyu yenidən ancaq sevgi ilə doğulur».
Sonra «açar mətnin özündədir» (J.Derrida) həqiqəti ortaya çıxır. Mətn özlüyündə «sınıq güzgü» effektindədir. Bu şəkildə qurulub. Ayrı-ayrı mətnlər, ayrı-ayrı talelər yalnız kiçik ilgəklər – mətnlə bağlı Ustad fikri, yaşamı, hadisəsi - vasitəsilə bir-birinə «birləşdirilir». Bu kiçik «mətn-ilgəklər»dən başqa «kollaj» effektini tamamlayan, keçid funksiyasını daşıyan heç nə yoxdur. Oxucu fərqli mətnlər arasında keçid məqamının, keçid anının yetişməsi düşüncəsi-təəssüratı ilə özü-özünü təmin etməli olur. Bir mətnin içindən» çıxıb» başqa bir mətnə «düşdüyünü» müəllif «ismarıcı» olmadan özü anlamalıdır.
Hətta əsərə verilmiş epiqrafı diqqətdən qoyan biri bu keçid məqamını tutmaqda çətinlik çəkə bilər. Çünki yalnız bir neçə məqamda «Mətn üçüncü cümlədə başlanır» cümləsi keçid funksiyasını oynaya bilir. Bir mətnin – bir talenin – bir əhvalatın içindəcə başqa biri başlayır, bir proses başqa birini törəyir, başqa birini yaradır – keçidsiz, filansız. Göydəndüşmə kimi. Bu da istər-istəməz «təkarar oxunuş» (Tomaşevskiy) tələb edir. Yəni qırıqları (güzgü qırıqları tək) yan-yana gətirib bütövü, tamı oxucu yaratmalı olur.
Amma ayrı-ayrı talelər – mətnlər fonunda olsa da, «Ölü mətn»də bütöv bir Azərbaycan tarixi, daha dəqiq desək onun tarixinin əhəmiyyətli mərhələləri təsvir edilib. Şəxsiyyət, cəmiyyət, dövlət və millətlə bağlı qlobal problemlər qabardılıb. Həm də bunlara xüsusi patetik vurğu edilmədən. Burada həm 1920-ci il erməni-türk qırğınından fərdi talelər fonunda səhnələr verilib, həm Nuru paşanın gəlişi faktı ilə yüklənmiş mətn parçasında tarixi dövr təsvir edilib, həm sovet hakimiyyəti quruculuğunun dövlət və millət olaraq bizə göstərdiyi təsir təhlilə çəkilib. Məsələn, sovet və türk millətçiliyi kimi fərqli ideologiyaların təsirinə düşmüş iki həmvətən, iki Gəncəli bir mətndə – bir taledə qarşı-qarşıya gətirilərək çox real bir tarixi situasiyanın, mənzərənin təsvirinə vəsilə olur. İbrahim bəyin və İsmayılın şəxsi faciələri (əlbəttə ki, hərəsi bir cür) əslində, xalqın da, dövlətin də faciəsini xarakterizə edir. Hər iki insan öz «həqiqətinə» inanır. Hər biri öz həqiqəti uğrunda mübarizə aparır. Sonda isə yalnız biri illərlə inandığı həqiqətin əslində yalan olması faciəsini yaşayır. Bu isə yalnız İsmayılın taleyi deyildi. O illəri yaşamış minlərlə insanın faciəsi idi.
Yaxud «Ölü mətn» daxilində 37-ci il repressiyasının qurbanı olan insanların (Ustadın) taleyi də var, 90-cı illər hadisələrinə də işarələr edilir, erməni-azərbaycanlı münasibətinin çox real, gerçək və mübahisə doğurmayan modeli də qurulur… (bir mətndə erməni qadını Asmikin Gorusa aparılması xahişini yerinə yetirən Ustad başqa bir mətndə həmin qadınla yenə üz-üzə gəlir. Əvvəlki mətndə geri qayıdarkən baba – Ustadın öldürüldüyünü bilsə də, nəvə-Ustad erməni qadının «məni bir də Gorusa apararsanmı?» sualına «apararam» cavabını verir. «Niyə»nin qarşılığı isə «Bilmirəm, yəqin ki bu da mənim mətnimdir» (yazımdır mənasında) – deyir).
Bir sözlə, bütöv bir tarixi dövr fərqli məqamları ilə «Ölü mətn»ə salınır. Əsər ilk növbədə bu baxımdan – fərqli tarixi əhəmiyyətli dövrlərin kollaj təqdimatı – bir m\ətnə gətirilməsi baxımından maraqlı təsir bağışlayır. Hərçənd ki, fərqli tarixi dövrlərin bir araya gətirilməsi artıq Azərbaycan nəsri üçün yeni deyil (məsələn, «Yarımçıq əlyazma», «Qarğa yuvası» və s.)
DAVAMI BURDA