-
Nərgiz Cabbarlı
«ÖLÜ MƏTN»DƏKİ “SINIQ GÜZGÜ” EFFEKTİ (DAVAMI)
(yazının əvvəli burda)
Əsər Ustada dostunun zəng vurması hadisəsinin təsviri ilə başlayır. Özünü «Cin» kimi təqdim edən dostu ondan bir oğlanın romanını oxuyub fikir bildirməsini xahiş edir. Ustad papirus kağızına qədim əlyazma ilə yazılan əsəri, yazını bilməsə də, oxuyacağına söz verir. Çünki «Oğlanın başı üstündə qəribə bir halə var idi». İstər bu fakt, istər dostun özünü «Cin» deyərək təqdim etməsi, istərsə də sonradan hansısa baş vermiş hadisənin qabaqcadan görülməsi faktı (oğlanın rəylə bağlı «Nə vaxt yazmısınız bunu?» sualına Ustadın «Hələ yazmamışam» cavabı bu təsirin ilk işartısı kimi ortaya çıxır) mətnə mistik çalar verir. Amma sonradan zamandan-zamana, dövrdən-dövrə, məkandan-məkana adlamalar real təsir bağışlayır. Mistika bu real hadisələrin real görüntüsü fonunda itib-batır. Hətta bir Ustadın başqa insanların talelərinə adlaması belə, keçidlərdəki «reallıq» effektini azaltmır.
Ustad mətnə – ədəbiyyata dəyər verən biridir. Amma bununla belə, bədii mətnlə, bədii ədəbiyyatla bağlı söylənən fikirlər Ustadın deyil, müəllifin qənaəti kimi görünür. Yəni müəllif «mətndə olmasa da» bəzi məqamlarda özünü «gizlədə» bilmir: «Əsəbi insanın fobiyalarını tibb araşdırmalıdır, ədəbiyyat yox. İnsanı içinə qovmusunuz… Özünü təftiş edir»… Və yaxud «Bu gün fikir durulma, baş verənləri anlama halındadır… Bu günün düşüncə şəraiti başqadır, mətni başqa. Bu səbəbdən insan yarımçıq cümlədir, bitmiş fikir deyil».
Əvvəlki əsərlərindən fərqli olaraq bu dəfə formaya, struktura daha çox diqqət yönəldən müəllifin «özündən uzaqlaşma»sının baş verməməsini təmin edən daha bir fakt dil məsələsi, təhkiyə fiqurlarıdır. O, nəsrində də, publisistikasında da məhz bununla seçilir. «Onun baxışı da səsi qədər bədii və sulu idi», «Rəngsiz və kövrək meynələr uzaqdan göyə doğru uzanan çarşablı qarı əllərinə oxşayırdı», «Elə bilirsən dünyanı fatehlər idarə edir? Yanılırsan, dünyanı həmişə kütlə idarə edib», «Əslində insanın gördüyü iş onun əxlaqını dəyişmir. İnsan harada olursa olsun həmişə özü olaraq qalır» və s. bu kimi ifadə və təsvir detallarından yararlanmalar, poetik fikir fiqurları qurmaq cəhdləri və bitkin nəticənin alınması «uzaqlaşma»ğa imkan vermir. Yəni O.Fikrətoğlu yaratdığı mətn modeli ilə öz uslubundan bir qədər kənara adlasa da, dili və təhkiyəsi ilə özü-özünü təkrar, daha dəqiq desək, təkrarən təsdiq edir.
Bu sıranı bir qədər də davam etdirmək olar. «Hər bir insan ömründə bircə dəfə də olsa üsyan etməlidir. Heç kimə gücü çatmırsa, ən azı özünü devirməlidir», yaxud «Özünü aldatma… Fikir davamçın yoxdursa, sən də yoxsan. Sən gözəl deyimsən, ağııllı fikir deyilsən» və s. Bu məqamda daha bir diqqət çəkən xüsusiyyəti vurğulamaq istərdik. Söylənən fikirlərin əksəriyyətinin Ustad (bəlkə elə müəllif?!) tərəfindən deyilməsi məsələyə «açar» ola bilər. Çünki Ustad əsərin sonunda bir mətn daxilində müəllif formasında ortaya çıxır. «…kino zalında tək oturub arxiv kadrlarına baxıram. Vaxtı keçmişə, bu günə, gələcəyə bölmək olmaz. Vaxt bütövdür. Hər bir insan oxunmamış mətndir»… Ayağa qalxıb zaldan çıxdım. Ekranda məni göstərirdilər. Bu da o qadın…»
Daha sonra isə «Ölü mətn»i yazan müəllifin özü olduğunu etiraf etməli olur.
«Ölü mətn» bizim düşüncəmizə görə, yalnız insanın və insanlığın deyil, bir ölkənin, bir dövlətin və bir millətin «yazılmış mətni»dir. Seçilən «tarixi nöqtələr» təsadüfən bir mətn daxilində bir araya gətirilməyib. Bunlar düşüncələrdə, fikirlərdə və talelərdə tarixi «yanlışlıqlar»ın, «tarixi səhvlər»in baş verdiyi nöqtələrdir. Müəllifin uğuru yalnız onların seçilməsi və bir «mətn» daxilində qarşı-qarşıya gətirilməsi deyil, həm də təsvir edilən situasiyaların, problemlərin «açar»ının düzgün göstərilməsidir: «yazıya pozu yoxdur» qənaəti ilə. Hətta mətndə bu «yazı-pozu» prosesinə o qədər aludə olunur ki, aeroportda Ustadla sürücü arasındakı dialoqun təsvirində də «keçid» prosesi məhz buna əsaslanan «fikir oyunu» vasitəsilə baş tutur: «Sürücü: - Səni indi universitetə aparmalıyam. Aparım, yoxsa «yazı»dan çıxaq? - Şeyxin mətninə sür… Yazılana pozu yoxdu». (Yenə də dil və fikrin ifadəsi məsələsi!).
Əsərdə təsvir edilən mətnlərin arasında ən realı və maraqlısı İbrahim bəylə İsmayılın – iki gəncəlinin bir tarixi mərhələdən o birinə adlayan probleminin təsvir olunduğu mətndir. «Mətn üçüncü səhifədən başlayır…».. Və bu dəfə ikisi də Gəncəli olan, «bir dəfə doğulan, üç dəfə görüşən Şərif bəyin oğlu İbrahim bəylə» (Peterburq Universitetini bitirən, türkçü, həkim, Alman ordusunda ruslara qarşı vuruşan zabit) sovet casusu İsmayıl qarşı-qarşıya gətirilir. Atası kasıb olan, atasının «bax, gör güc kimdirsə, onlarla dost ol. Kasıbın nə ədaləti var, nə də dostluğu ola bilər. Kasıb ancaq qarnını düşünür» sözünə əməl edən, Gəncədə saysız-hesabsız adam tutduran, müharibədə İbrahim bəylə üz-üzə gələn, onun öz həqiqətlərini söylədikdən sonra buraxdığı, «Sənin millətin belə yoxdur. Allahını belə öldürüblər» dediyi, «Mən sovet adamıyam, bizim heç birimizin milləti yoxdur» fikri ilə öz həqiqətini müdafiə edən İsmayıl da elə İbrahim bəy kimi böyük bir zümrəni təmsil edir… Əslində, bu mətn iki ideologiyanın qarşı-qarşıya gətirilməsi və birinci qələbə çalsa da, hər ikisi üzündən yaşanan faciələrin xatırlanması idi… Bu bir xalqın yaşadığı dəhşətlərin ifadəsidir. Türkiyədə olan İbrahim bəyin türkçülük və azərbaycançılıq naminə uzun illər fəaliyyət göstərdikdən və yenidən Gəncəyə qayıtdıqdan sonra üçüncü görüşün baş tutması mətn boyu gözlənilirdi. Müəllif işarələri bu «informasiyanı» əvvəlcədən ötürür. Amma burada əsas olan İsmayılın Türkiyədə İbrahim bəyi öldürmüş olmasına baxmayaraq, onun Gəncədə sağ peyda olması deyil, onu öldürən insanın «ölüsünə yiyə çıxması», əsl həqiqəti dərk etməsidir. Türkiyədə «Vətən» qəzeti çap etdirən, Gəncədə «Vətən» mehmanxanası işlədən (yenə də simvollaşdırmaq cəhdi!) İbrahim bəyə İsrafilin «Məni bağışla, İbraim bəy, əlli ildir ki, ancaq səni düşünürəm. Sənin günahınla yaşayıram…» deməsi, İbrahim bəyin isə «Sənin güllə atacağını bilirdim, mənə də sovetlər üçün ölmək lazım idi», - etirafı, «Öləndə qoyma qəbrimi murdarlasınlar» xahişi, «Necə yaşayırsansa, elə ölürsən, İsmayıl» iradı daxili psixoloji dərk məqamının əsas nöqtələridir. Amma yenə də vacib olan sonda dərk olunan, sonda söylənəndir. Onu da İbrahim bəy deyir: «Bizi bir-birimizdən ayıranda bu rəhmətlik o taya düşsə də, yenə ölümü ilə bizə doğmadır. Biz yaşayanda deyil, öləndə bir-birimizə oxşayırıq. Biz ayrı-ayrı ideyaların əsgəri olsaq da, bir mətnin yazısıyıq».
«Əlifba təmasdır», «Hər bir əlifba koddur. «Ölü mətn» də koddur» fikrinə istinadən yazılmış mətn insanlara vacib bir informasiyanın ötürülməsi funksiyasını daşıyır. Burada ötürülməli olan bir sıra kodlaşdırılmış informasiyalar var. «Ölü mətn»in ifadə etmək istədiyi həqiqətlərdən biri də budur: fərqli düşüncələrimizlə bir mətnin yazısı» olmağımız. Bir ölkənin vətəndaşı olmağımız. Bir dünyanın sakini olmağımız.
Əsərdə daha çox diqqət çəkən mətnlərdən – talelərdən biri də erməni Asmiklə Ustadın mətnidir. Novruz ərəfəsində, Şah məscidinin yanında vurhavur başladığı dövrdə, erməni-müsəlman davasının ən pis vaxtı, Nuru paşanın Bakını tərk etdiyi zamanda Asmik Ustaddan onu Gorusa aparmağı xahiş edir. Ustad aparmağına aparır, hətta onları yolda saxlayan bir erməninin onun türk olduğunu biləndə «Get, sən bizə tanış yazısan» deməsi belə simvolik anlam verir. Asmikin Ustaddan oğul istəməsi də, Ustadın ona bu «hədiyyəni» bağışlaması da, doğulacaq uşağın taleyindən bixəbər qalması da öz simvolik mənasına qovuşur… Bu məqamların arxasında təkrar-təkrar yaşanan həqiqətlər var.
Amma Gorusdan gələrək hazırkı Ustadla görüşən erməni qadının verdiyi suallar daha simvolikdir: «baban 1920-ci ildə Bakı qırğını zamanı bir erməni qadınıyla Dərbəndə qədər gedib, yox?», «Dərbənddən qayıdan zaman onu öldürən ermənilərin kim olduğunu bilirsiniz?», «bəs 1937-ci ildə həbs olunmuş babanızın ölümündən bir gün qabaq verdiyi izahatı oxumusunuz?», «1990-cı ildə sovet tanklarının tırtılları altında öldürülən babanızı necə, tanıyırsınız»… Amma cavab öz real tutumu ilə bütün bu sualları kölgədə qoyur: «Əlbəttə xatırlayıram, bizi bir dəfə öldürməyiblər ki, bizi dəfələrlə öldürüblər». Prosesi, reallığı və nəticəni açan daha bir şifrət erməni qadının bu ittihama verdiyi cavabda gizlənib: «Mən öldürümüş babanın ölümünü dəfələrlə görsəm də təsdiqləmirəm».
«Ölü mətn»də fərqli zamanların qarşılaşdırıması, bir mətn daxilində üz-üzə gətirilməsi kimi postmodern bir priyomdan istifadə edilməklə bərabər, artıq yazılmış, istifadə edilmiş mətnin dekonstruksiya edilməsi vasitəsindən də yararlanma var. Belə ki, bura salınan Dədə, Xan və Qaraca çobanla bağlı mətn məhz bu effektə hesablanıb. Tək qalan Xanın «Hardasan, ay çoban» harayına verilən cavab mətni bu dəfə dekonstruksiya edilərək fərqli çözümünə qovuşur: «Çoban bir yerə baxdı, bir göyə baxdı, və düşündü ki… Dədə gedəndən elin göylə əlaqəsi itib, yoxdur. Bir yerin də ki, göylə, qeyblə əlaqəsi yoxdur, o yerdə heç vaxt ədalət olmaz. Mənim o qarışıqlığa, o savaşa getməyim yersizdir. Mən yer davası eləmərəm…». Yəni Xilaskar rolunda bu dəfə Qaraca çoban görünmür. Bu dəfə hər şey başqadır.
Bütün yaşanmış talelərdən, yazılmış qismətlərdən adlanan yol sonda «Ölü mətni»də, oxucuları da Baba dağında yaşayan sufinin hüzuruna aparıb çıxarır. «Bu mətn əski əlifbada yazılmayıb. Bu mətn şifrəli, gizli işarələrlə yazılıb. Bu mətn bir adamın yazısı, ağlı deyil…Bu mətn bir mədəniyyətin min illər boyu gəldiyi qənaətdir…» fikri ümumi konsepsiyanı ifadə edir və tamamlayır. Həqiqətən də «Ölü mətn» bir mədəniyyətin gəldiyi yol, tarixi ifadə edə bilir. Amma sonra birdən-birə ora əlavə edilən «Bu mətnə Cin toxunub» qənaəti və «Mətni yazanı da Ustadın yanına həmin o Cin göndərmişdi» fikri əsərin əvvəlindəki Cini xatırlatmalı olur. Cin «havada qalmasın» deyə. Hərçəd ki, burada «bütün işlərdə Cin barmağının olması»na işarə var, amma yenə də o işarə tamamlanmır, dolğunlaşmır və təsdiqini tapmamış qalır.
Mətndə daha bir maraqlı məqam 37-də güllələnənlərin son məkanı olan Kiçik Çilov adası ilə bağlıdır. Buraya güllələnməyə gətirilmiş «dustaqların naləsinə dəyən güllələrin öz işığı var». Və burada da mətnin cilddəyişən – taledəyişən qəhrəmanı Ustadın sağ qalması səhnəsi verilir. O sağ qalır ki, başqa bir mətnə – başqa bir taleyə adlasın. Sağ qalır ki, növbəti dəfə Alməmməd kişinin mətnində peyda olsun. Bu mətn də ötən əsrin əvəllərində Bakı mühitini təsvir edir. Bu qarışıqlıqda Bakıya gələn Alməmməd kişi «Biz niyə böyük türk dövləti qurmayaq ki» sualını özünə verərək bu istiqamətdə fəaliyyətə başlayır. Milyonçu Murtuza Muxtarovun nəslindən olan Nübar xanımla evlənir, onu və doğulmamış körpəsini qoyub Nuru paşa ilə birlikdə Türkiyəyə keçir və bu mətndə daha bir şifrə açılır, daha bir sirr faş edilir: sən demə, «Ölü mətn»i onun oğlu Ərtoğrul Alməmməd kişinin yaratdığı yeni əlifbada qələmə alıb. «Olmuşların və olacaqların» tarixini yazan Ərtoğrul anası Nübar xanım həbs olunandan sonra öz həyatını yaşayır və mayor rütbəsinə qədər qalxır. Daha sonra repressiya edilərək vətənə xəyanətdə günahlandırılır və güllələnir. Bu da o dövrün xarakterik, dəfələrdə yaşanmış və bir insanın «mətn»ində ümumiləşdirilmiş taledir.
Əlbəttə, «Ölü mətn»də qarşıya qoyulmuş böyük mətləblərdən sapmalar da var. Məsələn, «Yetimin mətni» burada artıq təsir bağışlayır. Zabitə görə «içəridə oturan» birinin əhvalatı maraqlı görünsə də, ümumi konseepsiyadan bir qədər uzaq düşür.
Amma ümumi halda götürdükdə, müəllif öz məqsədinə yetir. Son yenə də sufinin sözündədir: «bu uşaq kimdirsə səni ayıltmaq istəyir. Ölü, ruhsuz mətnlərdən ali sözə qaytarmaq istəyir». Və bununla da mətnin əsas ideyası ortaya çıxır. Çözümü verilir: «Ustad anladı ki, Ölü mətni yazmış oğlan onun özüdür. Axı heç kim öz mətnini oxuya bilmir. Buna görə də ustad ölü mətni oxuya bilmir. Onun mətni burda – özünü tapan kimi itirdiyi yerdə bitib…»
Sonda onu da qeyd edək ki, «Ölü mətn» müəllifi yeni istiqamətə yönəltsə də, məhz bu istiqamətin tələblərinin reallaşdırılması baxımından uğurlu eksperiment təsiri bağışlayır.