Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:52

Ukrayna parlamenti Avromaydana qarşı qanun qəbul edib


Ukrayna
Ukrayna
-
Ukrayna parlamentində küçə etirazçılarına qarşı tədbirləri nəzərdə tutan qanun qəbul olunub. Deputatlar həmçinin pozuntuya yol verən parlamentarilərin toxunulmazlığını almağa imkan verən əlavələri qəbul edib. Parlamentdə hakim partiya təmsilçiləri üstünlük təşkil edir.

Bu sənədlər Avropa Birliyi və Avropa rəsmilərinin tənqidinə səbəb olub.

AZADLIQLARIN KƏSKİN MƏHDUDLAŞDIRILMASI

AB-nin Ukraynadakı səfiri Jan Tombinski bildirib ki, təkliflər əllə səsə qoyulub, nəinki elektron səsverməylə, beləliklə müvafiq prosedurlar pozulub.

İsveçin xarici işlər naziri Carl Bildt düzəlişlərin azadlıqları “kəskin” məhdudlaşdırdığını söyləyib.

Yeni qaydalara görə, ictimai yerlərdə çadırların, səhnələrin quraşdırılmasına görə 640 dollarlıq cərimə, yaxud 15 günlük həbslə cəzalanacaq.

Razılaşdırılmamış mitinqlərə avadanlıq, qurğuyla dəstək verən şəxslər və qurumlar 1.275 dollar cərimə yaxud 10 günlük həbslə üzləşə bilərlər.

Parlament üzvlərinin toxunulmazlığı xüsusi komitənin razılığı olmadan da alına bilər.

Hakim partiyanı təmsil edən siyasətçilər yeni tədbirlərin ictimaiyyəti qorumaq məqsədi daşıdığını bildirib. Onlar ictimai təhlükəsizliyin yaxud dövlət qurumlarının rahat işinin pozulduğuna əsaslanıblar.

DEFAMASİYAYA GÖRƏ YENƏ CƏZA OLACAQ

İnsan hüquqları fəalları və müxalifət liderlərinin fikrincə, məqsəd hökumətin tənqidçilərinin dövlətin düşməni kimi ləkələməkdir.

Müxalifət siyasətçisi Vitaly Klitschko yeni tədbirlərin heç bir hüquqi əsası olmadığını bəyan edib. “Bu gün parlamentdə baş verənlər qanunların pozulmasıdır,” o, Kiyevdə jurnalistlərə bildirib.

Ukrayna parlamenti cümə axşamı həmçinin defamasiyanı yenidən kriminallaşdırıb. Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə olunub. Məqsəd ictimai fiqurları tənqidi fikirlərdən qorumaqdır.

Prezident Viktor Yanukovych-in noyabrda Avropa Birliyi ilə azad ticarət sazişi imzalamaması kütləvi etirazlara səbəb olub. Hələ də yüzlərlə adam küçələrdə etirazları davam etdirir.
XS
SM
MD
LG