10:30
20.2.2014
-
Fevralın 19-da Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri
Angela Merkel telefon söhətində Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, prezident və kansler Ukraynada çoxsaylı insan ölümü ilə nəticələnən daxili vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Tərəflər Ukraynada stabilliyə nail olmaq üçün təcili tədbirlər görməyin vacib olduğunu qeyd ediblər.
Mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin və Angela Merkel Ukraynada baş verənlərlə bağlı əlaqələri davam etdirməyi qərara alıblar.

11:59
20.2.2014
Kiyevdəki qarşıdurmalarda ölənlərin sayı 28-ə çatıb.
Bu barədə fevralın 20-də Ukrayna səhiyyə nazirliyinin saytında məlumat verilib.
Nazirliyin məlumatına görə, 445 nəfər zərərçəkən müxtəlif tibb müəssisələrinə müraciət edib. Hazırda xəstəxanalarda 287 nəfər müalicə almaqdadır. Onların arasında 6 jurnalist də var.
Avromaydan fəallarının məlumatına görə, xəsarət alanların sayı mindən çoxdur.
Fevralın 20-də Ukraynada matəm elan olunub.
Ötən gecə hökumətlə müxalifət arasında müvəqqəti sakitliklə bağlı razılıq əldə edilib. Amma buna baxmayaraq, gecə Avromaydan barrikadalarında partlayış və atışma səslərinin eşidildiyi bildirilir.
13:28
20.2.2014
Ukrayna Ali Radası və Nazirlər Kabineti boşaldılır http://t.co/WqLQMNI3QJ
— AzadliqRadiosu (@RadioAzadliq) February 20, 2014
13:54
20.2.2014
Kiyevdə cəsədlər göz dağlayır http://t.co/36qUNLjtwh
— AzadliqRadiosu (@RadioAzadliq) February 20, 2014