17:39
20.2.2014
#euromaidan Ukraynada yaşayan Azərbaycanlı ilə müsahibə https://t.co/VGJLo0JR66
— AzadliqRadiosu (@RadioAzadliq) 20.2.2014
17:45
20.2.2014
100 eşidincə, 1 görmək yaxşıdır. AzadlıqRadiosu Ukrayna xidmətinin Avromaydandan canlı yayımı
18:05
20.2.2014
#euromaidan Merkel Ukrayna böhranı haqda http://t.co/aIEgMk2XoX
— AzadliqRadiosu (@RadioAzadliq) 20.2.2014
18:37
20.2.2014
Son vəziyyət
- Ukrayna parlamenti fövqəladə iclasına başlayıb. Parlament sədrinin müavini daha 1 saat gözləməyi təklif edib ki, deputatlar parlament binasına gəlməyə imkan tapısnlar. Bir qrup müxalifət üzvü parament iclasının çağırılması və ölkə konsitusiyasının 2004-cü il vəziyyətinə qaytarılması haqda qərar qəbul edilməsini təklif etmişdi. Bir qrup hakim partiya nümayəndələri düşərgəni dəyişib müxalifətin tərəfinə keçdiyini bildiriblər.
- Ukrayna Daxili işlər nazirliyinin rəsmi saytında əhaliyə müraciət yayılıb. Bəyanatda Avromaydana toplaşanlar silahlı ekstremist adlandırılır, qeyd olunur ki, siyasi müxalifət onlara nəzarət etmək əvəzinə hakimiyyətdən təzyiq vasitəsi kimi istifadə edir. Müraciətdə xəbərdarlıq olunur ki, ölkə üzrə elan olunmuş "antiterror" əməliyyatı çərçivəsində Ukrayna polisi döyüş sursatları və silahla təmin olunub.