18:47
24.2.2014
Ukrayna Mərkəzi seçki komissiyası öz saytında yerləşdirdiyi məlumatda ölkədə seçki kampaniyasının artıq fevralın 25-dən başlandığını elan edib. Bildirlir ki, seçkilərin keçirilməsinə 2 milyard dollara yaxın vəsait tələb olunur. Parlament büdcədən vəsaitin ayrılması haqda qərar qıbul edib.
Bu günlərə qədər hakim olan Regionlar partiyası parlament fraksiyasnın nümayəndəsi elan edib ki, partiya müxalifətə keçir.
Parlamentin iclasında 2010-cu ildə Ukrayna konstitusiyasına dəyişiklik edən Konstitusiya məhkəməsinin hakimlərinin məsuliyyətə cəlb olunması təklif olunub.
18:29
24.2.2014
#euromaidan Ukrayna parlamenti "Berkut" xüsusi təyinatlı polis dəstəsinin buraxılması təklifunu müzakirə edir
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014
18:27
24.2.2014
APPELYASİYA MƏHKƏMƏSİ SİYASİ VƏZİYYƏTƏ KÖKLƏNİR
Kiyev Vilayət məhkəməsi "Valikovski terrorçuları" adı ilə tanınan məhbusları zamına buraxıb. 2011-ci ildə Leninin heykəlini uçurtmaöa cəhd göstərən və müxtəlif illərə məhkum olunan Іgor Mosiychuk, Volodimir Shpari və Sergei Bevzin-i həbsdən buraxıb. Onlara apperlyasiya şikayəti nəzərdən keçirilənə qədər ölkəni tərk etmək qadağan olunub.

15:58
24.2.2014
#euromaidan Maydan yaradıcılığı davam edir.Lenin postamentində qızıl unitaz http://t.co/3Zf8Fz2iOH via @youtube
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014