19:31
22.2.2014
Yanukovych istefa vermək niyyətində olmadığını deyir
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, hazırda Xarkov şəhərində olan Ukrayna prezidenti Viktor Yanukovych istefa vermək niyyətində olmadığını bildirir. O deyib ki, maşını atəşə tutulsa da, heç kimdən qorxmur, Ukraynadan başqa yerə getmək niyyətində deyil.

YANUKOVICH SAYS HE IS NOT RESIGNING pic.twitter.com/f2m2fs6eIj
— Olaf Koens (@obk) February 22, 2014
19:32
22.2.2014
Yanukovych-dən ilk video
Fevralın 22-də Xarkovda yerli telekanalda yayılan müraciətində Ukrayna prezidenti ölkəsində çevriliş olduğunu, hazırda tərəfdarlarını «bandit» adlandırdığı adamlardan qorumağa çalışdığını bildirir.
Videoda Yanukovych deyir:
- Bizim ölkəmizdə hər kəsin, eləcə bütün dünyanın gözü qarşısında baş verənlər bir dövlət çevrilişi nümunəsidir. Mən hər şey etdim ki, ölkədə qan tökülməsin. Amnistiya haqqında iki qanun qəbul etdik. Ölkədə siyasi sabitliyi təmin etmək üçün bütün addımlar atdıq. Amma belə alındı...
Mən ötən gecə regional deputatların toplantısında iştirak etmək üçün Xarkova gəldim. Amma belə alındı ki, orda iştirak edə bilmədim, çünki daimi əlaqə saxlamalı idim. Daimi olaraq insanların təqib olunmaları haqqında siqnallar gəlir. Mən hazırda banditlərin təqib etdikləri adamları qorumağa çalışıram. Onların yaşayış, iş yerlərində, yollarda təqib edirlər. İndi mənə yaxın olan adamların qırılmasına yol verməmək üçün əlimdən gələni edirəm.

19:38
22.2.2014
Ukraynada mayın 25-ə yeni prezident seçkisi təyin edildi
Ukrayna parlamenti fevralın 22-də prezident Viktor Yanukovych-in kənarlaşdırılması barədə qərar qəbul edib. Parlament mayın 25-ə yeni prezident seçkisi təyin edib.

20:29
22.2.2014
Yulia Tymoshenko həbsdən azad edildi
Fevralın 22-də Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko həbsdən azad edilib. Onun saxlandığı Xarkov həbsxanasından Kiyevə yola düşdüyü bildirilir.

BREAKING RT @MaloverjanBBC Yulia Timoshenko has left the prison dep. of Kharkiv hospital in a cavalcade #euromaidan pic.twitter.com/ZO2tZjA2Ba
— The Moscow Times (@MoscowTimes) February 22, 2014