18:43
26.2.2014
Xarkov meriyası qarşısında Rusiya bayrağı qaldırılır
Yerləşdirilib: 26.02.2014
Rusiyapərəst sakinlər Xarkov meriyası qarşısında Rusiyanın bayrağını qaldırıblar. Şəhər meri Gennadiy Kernes bayrağın çıxarılmasına göstəriş verib. Onu yerə endirəndə bir qrup adam "Satqın!", "Rusiya!" və "Sevastopol" qışqırmağa başlayıb
18:27
26.2.2014
17:15
26.2.2014
Krımda Rusiya-Ukrayna davası http://t.co/WE3GQSAAj5
— AzadliqRadiosu (@RadioAzadliq) February 26, 2014
16:40
26.2.2014
Simferopolda Krım vilayətinin Ali Radasının növbətənkənar iclası çağırılıb. Ali Rada Ukraynadakı ictimai-siyasi vəziyyəti müzakirə edir. Parlament binasının qarşısında Rusiyapərəst quüvvələr toplanaraq Krımın Rusiyaya birləşdirilməsi tələbini irəli sürüblər. Bundan sonra yarımadanın Ukraynanın tərkibindən çıxarılmasına etiraz edənlər də bura toplaşıb. Tərəflər arasında qarşıdurma baş verib. Əsasən Krım tatarlarından ibarət olan antiseparatçılar Ali Radanın işinin dayandırılmasını tələb edirlər. Krım tatarları Məclsinin sədri Refat Chubarov Krım parlamentinin sədri Vladimir Konstantinpvdan tələb edib ki, yarımadadakı gərginliyin aradan qaldırılması üçün parlamentin işində fasilə elan olunsun.
AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına görə, polis səddlərini yaran 5 minə yaxın antiseparatçı parlamentin binasının həyətinə daxil olub.