19:36
2.3.2014
Ban Ki-moon Vladimir Putinlə danışıb...
BMT-nin baş katibi Ban Ki-moon şənbə günü Nyu Yorkda Ukraynadakı durum və Rusiyanın aşkar hərbi müdaxilə niyyətləri barədə danışıb:
“Elə indicə Rusiya prezidenti Vladimir Putinlə danışdım. Ona dedim ki, Ukraynadakı ciddi və sürətlə dəyişən prosesləri diqqətlə izləyirəm. Özəlliklə ölkənin bütövlüyü, suverenliyi və ərazi bütövlüyünə zərbə vuracaq son hadisələrdən narahatam”.
Ban Ki-moon sakitliyin bərqərar olmasını vacib adlandırıb. “Sakit beyinlər qalib gəlməli, böhranı bitirmək üçün yeganə alət dialoq olmalıdır. Mən Prezident Putinə müraciət edib Kiyev rəsmiləri ilə birbaşa dialoqa çağırdım,” BMT-nin baş katibi əlavə edib.
18:55
2.3.2014
Ukraynanın Balaclava portuna daxil olan rus gəmilərindən biri
Another shot of Russian frigate patrolling the entrance to Balaclava port. Coastguard looking on! pic.twitter.com/EOylgkgXaG
— Christian Fraser (@ForeignCorresp) February 28, 2014
18:36
2.3.2014
Rusiya və Ukrayna ordularının müqayisəsi - 2014-cü il... #maidan #kiev #ukraine #evromaidan http://t.co/pOMEnkkt8W
— AzadliqRadiosu (@RadioAzadliq) 2.3.2014
18:12
2.3.2014
MOSKVADA «MÜHARİBƏYƏ YOX» AKSİYASI KEÇİRİLİB
Bazar günü Moskva polisi Ukraynaya hərbi müdaxiləyə etiraz edən onlarla adamı saxlayıb. İnterfaks agentliyi polisə istinadla 40 nəfərin «ictimai asayişi pozmaq cəhdinə görə» saxlandığını xəbərləyir. Etiraz Moskvanın mərkəzində, müdafiə nazirliyi yaxınlığında keçirilib.
Bazar günü Moskva polisi Ukraynaya hərbi müdaxiləyə etiraz edən onlarla adamı saxlayıb. İnterfaks agentliyi polisə istinadla 40 nəfərin «ictimai asayişi pozmaq cəhdinə görə» saxlandığını xəbərləyir. Etiraz Moskvanın mərkəzində, müdafiə nazirliyi yaxınlığında keçirilib.
Ovdinfo hüquq-müdafiə təşkilatı 100 nəfərin saxlandığını bildirib.
Müharibəyə etiraz edənlər Kreml və Qızıl Meydan yaxınlığına da toplaşıblar. Əllərində «Müharibəyə yox» şüarı tutublar. Bəziləri Ukraynanın bayrağını qaldırıblar. Ovdinfo burada 30 nəfərin saxlandığını bildirir.