Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
18:09 2.3.2014
Baş nazir Arseny Yatsenyuk bildirib ki, Rusiyanın hər hansı hərbi müdaxiləsi “müharibənin” başlanğıcı demək olar.
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Oleksandr Turchynov deyir ki, Ukrayna silahlı qüvvələrinə döyüş vəziyyəti almaq göstərişi verib.
Dünən Rusiya parlamenti Ukraynadakı rus qüvvələrindən istifadəyə razılıq verib. Prezident Vladimir Putin Federasiya Şurasından xahiş etmişdi ki, Ukraynadakı etnik rusları qorumaq üçün ordudan istifadəyə icazə versin.
MÜHARİBƏNİN BAŞLANĞICI
Televiziya ilə çıxışında Turchynov deyib ki, hakimiyyət Ukraynada nüvə obyektləri, aeroportla və digər strateji qurğularda təhlükəsizliyi gücləndirir. Turchynov Rusiyanın təcavüzünə heç bir əsaslandırma olmadığını bəyan edib.
Baş nazir Arseny Yatsenyuk-un sözlərinə görə, Rusiyanın hər hansı hərbi müdaxiləsi “müharibənin” başlanğıcı demək olar.
Birləşmiş Ştatlar, Avropa Birliyi və NATO Rusiyanı Ukraynadan qüvvələri çıxarmağa çağırıb.
NATO bazar gününə fövqəladə toplantı təyin edib. NATO-nun baş katibi Anders Fogh Rasmussen Twitter-də yazıb: “Krımda gərginlik dərhal azalmalıdır. Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinə hörmət etməlidir”.
Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton Moskvanı beynılxalq öhdəliklərə əməl etməyə, Ukraynadan qüvvələri çıxarmağa çağırıb. AB xarici işlər nazirləri bazar ertəsi Ukrayna məsələsini müzakirə edəcəklər.
18:10 2.3.2014
Moskvanın mərkəzində təxminən yüz insan anti-müharibə aksiyası keçirilib
18:10 2.3.2014
«BU MÜHARİBƏ ELANIDIR...»

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün Kiyevdə brifinqdə danışıb:
«Bu, həyəcan siqnalıdır. Bu, təhlükə deyil, ölkəmə qarşı müharibə elanıdır. Biz Rusiya prezidenti Putini ordunu geri çəkməyə, beynəlxalq, eləcə də Ukrayna və Rusiya arasındakı ikitərəfli və çoxtərəfli sazişlərə əməl etməyə çağırırıq».
«Prezident Putin iki qonşu və dost ölkə arasında müharibəni başladan prezident olmaq istəyirsə, onda bu hədəfinə bir neçə düym qalıb. Biz fəlakətin astanasındayıq»- Yatsenyuk sözlərinə əlavə edib.
«Rusiya Federasiyasının Ukraynanı işğal etməsi üçün hansısa səbəb yox idi. İnanırıq ki, Qərb tərəfdaşlarımız və bütün beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyünü və birliyini dəstəkləyəcək, Rusiya Federasiyasının Avropaya hərbi müdaxiləsini önləmək üçün əlindən gələni edəcək».
18:11 2.3.2014
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Twitterdə belə yazır:

Gərək sakit beyinlər üstünlük qazansın vs danışmaqdansa iş gör - #un #ukraine

Davamı

XS
SM
MD
LG