17:48
3.3.2014
Ana dilinin rus, yoxsa, Ukrayna dili olmasına görə Ukrayna əhalisinin regionlar üzrə bölgüsü:
16:16
3.3.2014
Krmın Feodosiya, Balaklava və digər məntəqələrindəki Ukrayna hərbi hissələri Rusiya qoşunları tərəfindın mühasirə olunub. Ukraynanın baş naziri bəyan edib ki, Rusiya Kırmı heç vaxt ala bilməyəcək.
Videoda Rus qoşunları yollara nəzarət edir
Videoda Rus qoşunları yollara nəzarət edir
Simferepolda keşik çəkən naməlum əsgərlər
Yerləşdirilib: 03.03.2014
Martın 3-ü səhər saatlarından Ukraynanın Simferepol şəhərində kimliyklərini gizlədən əsgərlər keşik çəkməyə başlayıblar. Yerli sakinlər onları Rusiya ordusunun əsgərləri olduqlarına əmindirlər. AzadlıqRadiosunun Tatar-Başqırd xidmətinin videosu.
13:56
3.3.2014
Krasnodar diyarı ilə Krım yarımadasını birləşdirən bərə keçidinə zirehli texnika yığılır.
Bu haqda Ukrayna dövlət sərhəd xidməti məlumat verir.
Hansı texnikanın yığılması haqda məlumat verilmir.
Ukrayna sərhədçiləri Azov-Qara Dəniz Regional İdarəetmə və Simferopol dəstəsinin qərargah binalarının mühasirəyə alınması, Kerç və Sevostopol dəstələrinin dəniz mühafizə dəstələrinə hücumu haqda da məlumat verilir.
Ukrayna Dövlət sərhəd xidmətinin məlumatına görə, hücumda tanınma nişanları olmayan Rusiya hərbçiləri iştirak edib.
Onlar qapıları, pəncərələri sındırılıb, rabitə vasitələrini məhv edib. Hücum zamanı fiziki gücdən istifadə edilib.
Ukrayna Dövlət Sərhəd Xidməti Krımın yeni rəhbərliyinə tabe olmaq haqqında ultimatum verib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz akvatoriyasında aktiv yerdəyişməsi davam edir.
13:24
3.3.2014
Irakli Garibashvili: “Qərb Rusiyanı məcbur etməlidir ki...” http://t.co/JXF62M4fn6 via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) March 3, 2014