16:57
9.3.2014
Sevastopol da Rusiya tərəfdarları Ukrayna tərəfdarlarını döyüb.
BBC xəbər verir kİ, Rusiyapərəstlər Ukrayna dəstəkçilərini qamçı ilə vurub.
Rusiya tərəfdarları tanınmış Ukrayna şairi və milli qəhrəmanı Taras Shevchenkonun 200 illiyini qeyd etmək üçün toplaşan adamlara hücum edib.
Hücum edənlər arasında Rusiya Kazakları da olub.
Yubiley yığıncağında 200-ə yaxın adam olub.

05:54
9.3.2014
UKRAYNA ORDUSU BÜTÜN ÖLKƏ BOYU TƏLİMLƏRƏ BAŞLADIĞINI ELAN EDİR
Lvovda yerləşən hərbi hissə daimi dislokasiyasını tərk edir. Ukrayna, sərhədlərinin möhkəmləndirəcəyini də elan edir. Moldova ilə sərhəddin separatçılarının nəzarətində olan Dnestryanı hissəsi və Krımın quru sərhədləri ordunun əsas məqsədləri arasında sadalanır.

05:42
9.3.2014
SOSİAL ŞƏBƏKƏLƏRDƏ KRIM ZARAFATLARI
Rusiya TV kanallarına baxandan sonra Krımın ardınca, Smolensk, Həştərxan və Tambov vilayətləri də Rusiyanın tərkibinə girmək haqda qərar çıxardı...
Krımla söhbət.
- Ukrayna faşitlərini görürsən?
- Yox.
- Yaxşı bax - ordadılar. Bəs rus əsgərlərini?
- Hə.
- Yaxşı bax, Krımda rus əsgəri yoxdur.

05:34
9.3.2014
Krımın ilhaqı hələ yenicə başlayıb, amma Rusiya oliqarxları artıq ən müxtəlif və gözlənilməz fəsadlarla rastlaşır. Məsələn, İnigltərə futbol çempionatının liderliyinə yenicə çıxan Chelsea futbol klubunun sahibi, rusiyalı Abramovich şənbə gününün qələbəsinə doyunca sevinə bilmədi, stadion ərazisində Rusiyanın işğalçı siyasətinə etiraz keçirildirdi.