20:05
9.3.2014
John Kerry Sergei Lavrovla son hadisələri müzakirə edib #Krim http://t.co/v1f1eGKCKp via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 9.3.2014
18:38
9.3.2014
RUSİYA TƏBİLĞAT MAŞINI SHEVCHENKOYA QƏDƏR GEDİR
Rusiyanın dövlət təbliğat maşını antiukrayna isteriyasının elə bir həddinə çatıb ki, artıq Ukrayna klassiki Taras Shevchenkonu ittiham edirlər. Rusiya dövlət telekanalının hazırladığı bu sujetdə sual olunur ki, niyə Shevchenko sürgündə olduğu Orenburg haqda heç nə yazmayıb, guya ki, Ukrayna şairinə buradakı sürgündə az qala cənnət şəraiti yaradılmışdı, guya ki, rus klassikləri Shevchenkonu 2-ci dərəcəli şair sayırdılar. Bu süjetdə onu Rusiyanın düşməni olan Polşa ilə yaxınlıqda ittiham edir və deyirlər ki, Shevchenkonun ruslara nifrəti olub. Bir qədər də uzağa gedərək iddia olunur ki, Shevchenkonun ruslara nifrətini bilən Hitler Ukraynanı işğal edəndən sonra onun abidələrini saxlayıb, guya almanlar icazə veriblər ki, evlərdə Hitlerlə yanaşı Shevchenkonun da potretləri asılsın. Və nəhayət olimpiadanın keçirilməsinə milyarlar xərcləyən ölkənin telekanalı sual edir ki, niyə Shevchenkonun 200 illiyini Orenburgda keçirilməsinə bir neçə min büdcə vəsaiti xərclənir? Rusca bilirsənsə, burada daha ətraflı oxu

17:55
9.3.2014
Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu həftə ABŞ-a gedir. O deyib ki, ABŞ-da Ukraynanın ikitərəfli və çoxtərəfli əlaqələrində yaranmış vəziyyəti keçirəcəyi yüksək səviyyədəki görüşlərdə müzakirə edəcək.
17:54
9.3.2014
ABŞ-ın keçmiş müdafiə Naziri Robert Gates @FoxNewsSunday-a deyib: “Mən inanmıram ki, Krım Rusiyanın əlindən sürüşüb çıxacaq”. Müxbir: “Siz fikirləşirsiz ki, Krım gedir...” Gates: “Belə düşünürəm”.