22:58
9.3.2014
Ukraynda separatizm #Krim la məhdudlaşmır.Ölkənin şərqində də belə meyllər güclənir.Amma orada Rusiya bazaları yoxdur http://t.co/5NCRiTha5T
— AzadliqRadiosu (@RadioAzadliq) 9.3.2014
21:47
9.3.2014
KRIM HADİSƏLƏRİNİN RUSİYA İQTİSADİYYATINA TƏSİRİ (daxildən baxış)
Rusiyanın Krıma hərbi müdaxiləsi, onun ardınca da Qərbin elan etsiyi iqtisadi sanksiyalar haqda ekspertlərin müxtəlif şərhləri var. Bir qismi hesab edir ki, Rusiya iqtisadiyyatı çökəcək, bir başqa qismi isə hesab edir ki, Rusiya iqtisadiyyatı üzünü Çinə tərəf tutaraq vəziyyətdən çıxacaq və hətta enerjidən asılı olan Avropanın özünü pis vəziyyətdə qoyacaq. Bütün bunlar fərziyyə olaraq qalır. Real iqtisadiyyatı adi adamların həyatındakı dəyişikliklə ölçmək olar. Məsələn Rusiyada yaşayan bir Azərbaycanlının həyatına Ukrayna hadisələrinin təsiri olubmu? Ətraflı burada oxu
21:32
9.3.2014
#Krim 2 yerə bölünüb. Ukrayna və Rusiya tərəfdarları eyni gündə 2 aksiya keçririr. http://t.co/1uHSrkZL1h
— AzadliqRadiosu (@RadioAzadliq) 9.3.2014
21:06
9.3.2014
Ukrayna təyyarəsi atəşə tutulur
Martın 8-də Ukrayna sərhəd müşahidə təyyarəsinin Krım üzərində atəşə tutulduğu xəbər verilirdi. Ukrayna rəsmiləri Krım və Xerson vilayətinin sərhəddində baş verən hadisənin videogörüntülərini yayıb. Əvvəl Rus qoşunlarının mövqeləri üzrəində müşahidə aparan təyyarənin pilotunu lazer işığı ilə kor etməyə cəhd göstərilir, sonra isə atəş açılır. Reuters-in yaydığı videonun son saniyələrində görünən atəş parıltılarını qırmızı oxla işarə etmişik