Krımda Rusiya və Ukrayna tərəfdarları aksiyalar keçirir
Rusiya qoşunlarının və ruspərəst siyasətçilərin nəzarətində olan Krımda martın 16-da referendum elan olunub. Ukrayna bu qərarı və qərarı verən hakimiyyəti tanımır, yarımadaya qoşun göndərən Rusiya isə Krımı tanımayan Ukrayna hökumətini tanımır. Yarımada sakinləri də Kyev və Moskva arasında bölünüblər. 1 gündə hər iki düşərgənin keçirdiyi müxtəlif flashmob-lardan Reutersin görüntüləri