15:28
13.3.2014
Rusiya Ukrayna ilə sərhəddə hərbi təlim keçir
Yerləşdirilib: 13.03.2014
Rusiya Ukrayna ilə sərhəddə gecə saatlarında hərbi təlim keçir. Martın 13-də yayılan rəsmi məlumata görə təlimlərə 8 500 nəfər cəlb edilib. Təlim Ukraynanın ərazisi olan Krımda martın 16-a təyin edilən referendum öncəsi keçirilir. Referenduma Krımın Rusiyaya birləşdirilməsinə dair sual çıxarılıb.
14:58
13.3.2014
#Ukrayna Repnin-"Kazakların Rus sultanına məktubu" "Hörmətli Putin,Rusiya necə sülhpərvərdisə, biz də elə faşistik" http://t.co/867Jpwhce2
— AzadliqRadiosu (@RadioAzadliq) 13.3.2014
14:36
13.3.2014
#Ukrayna ordusuna sadiq qalan hərbçiləri Krımdan qovurlar http://t.co/Ptfx072AIO
— AzadliqRadiosu (@RadioAzadliq) 13.3.2014
14:30
13.3.2014
AzadliqRadiosunun Tatar xidmətinə müsahibəsində Krım tatarlarının liderı Mustafa Cəmilov bildirib ki, muxtar vilayətin krım-tatar əhalisi separatçıların təyin etdiyi referendumu boykot edəcəklər. Cəmilovun fikirncə, Krımın status kimisə təmin etmirsə, Kiyevlə danışıqlar aparmalıdır. “Bu məsələ silah gücünə həll oluna bilməz” – deyə Mustafa Cəmilov bildirib.
O, krım-tatarlarının yarımadadan kütləvi köçü haqda xəbərləri təkzib edərək bildrib ki, BMT-nin qaçqınlar komissarlığı Krım vilayəti ilə Ukraynanın digər regionlarının sərhəddini keçən 379 krım-tatar qaçqını qyedə alıb. Onun sözlərinə görə, bunlar əsasən qadınlar və uşaqlardır. Cəmilov bildirir ki, bu dəfə (Stalinin dövründəki kütləvi köçürmələri nəzərdə tutur – red.) krım-tatarları öz yurdlarında qalacaqlar.
Mustafa Cəmilovun “Turan” agentliyinə müsahibəsini burada oxu