13:58
13.3.2014
Bakıda səfərdə olan Almaniyanın sabiq kansleri Gerhard Schröder deyir ki, Rusiya artıq əvvəlki kimi güclü dövlət olmasa da, özünü hələ də "supergüc" sayır. Ətraflı burada oxu
14:03
13.3.2014
Rusiya silahlı qüvvələrinin hərbi birləşmələrinin Krıma müdaxiləsi və Ukrayna sərhədlərində cəmləşməsi fonunda Ukrayna parlamenti Milli Qavrdiya yaradılması haqda qərar qəbul edib.
14:30
13.3.2014
AzadliqRadiosunun Tatar xidmətinə müsahibəsində Krım tatarlarının liderı Mustafa Cəmilov bildirib ki, muxtar vilayətin krım-tatar əhalisi separatçıların təyin etdiyi referendumu boykot edəcəklər. Cəmilovun fikirncə, Krımın status kimisə təmin etmirsə, Kiyevlə danışıqlar aparmalıdır. “Bu məsələ silah gücünə həll oluna bilməz” – deyə Mustafa Cəmilov bildirib.
O, krım-tatarlarının yarımadadan kütləvi köçü haqda xəbərləri təkzib edərək bildrib ki, BMT-nin qaçqınlar komissarlığı Krım vilayəti ilə Ukraynanın digər regionlarının sərhəddini keçən 379 krım-tatar qaçqını qyedə alıb. Onun sözlərinə görə, bunlar əsasən qadınlar və uşaqlardır. Cəmilov bildirir ki, bu dəfə (Stalinin dövründəki kütləvi köçürmələri nəzərdə tutur – red.) krım-tatarları öz yurdlarında qalacaqlar.
Mustafa Cəmilovun “Turan” agentliyinə müsahibəsini burada oxu
14:36
13.3.2014
#Ukrayna ordusuna sadiq qalan hərbçiləri Krımdan qovurlar http://t.co/Ptfx072AIO
— AzadliqRadiosu (@RadioAzadliq) 13.3.2014