Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:47

Rusiya Krımın anneksiyasını rəsmiləşdirir

Krım respublikası Rusiya Federasiyasının tərkibinə qəbul olundu. Sevastopol şəhəri də ayrıca statusla RF-nın tərkib hissəsi elan olundu. Təntənəli mərasimdə Putin Qərbə Kosovo mütəqilliyini xatırlatdı...

- Martın 16-da Krımda keçirilən referendumda yarımada sakinləri «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olması" lehinə səs verdilər. Separatçı rejim Moskvaya, Krımı Rusiya Federasiyasının tərkibinə qəbul etməsi haqda müraciət etdi

- Matın 18-də Rusiya parlamenti bu müraciətə müsbət cavab verdi. Referendumu tanımayan və Rusiyaya qarşı sanksiya elan edən ABŞ, Avropa Birliyinə istehza ilə cavab verdi.

- Ukraynanın mərkəzi hakimiyyəti faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçlarl beynəlxalq məhkəmə ilə hədələdi.

- Martın 18-də Rusiya prezidenti Vladimir Putin Dumadakı çıxışında Krımın Rusiyaya daxil olunmasını rlan etdi.

Krımda və onun ətrafında baş verən əsas hadisələrin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
01:21 17.3.2014
SkyNews xəbər verir ki, Obama ilə telefon danışığında Putin bir daha bildirib ki, Krım referendumu tam qanuni hadisədir.
01:12 17.3.2014
Rusiya Dumasının deputatı Sergei Mironov Rusiya mediasına bildirib ki, Krımın ilhaqı üzrə Moskvanın qanunverici aktları çox sürətlə qəbul olunacaq "Krımdakı qardaşlarımız buna qətiyyən şübhə etməsinlər".

İsveçin Xarici işlər naziri Carl Bild isə öz mikrobloqundakı şərhində yazır: "Krımda ""refrendum" kimi təqdim olunanlar Konstitusiya zidd və qanunsuzdur. Rusiyanın hərbi müdaxiləsinə qanuni görüntü vermək üçün həyata keçirilən bir tamaşadır"
00:38 17.3.2014
Ukrayna və Rusiya desantçıları üz-üzə

Ukrayna və Rusiya desantçıları üz-üzə
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00


Referendum geridə qaldı. Yaxın saatlarda Moskvada Krımın anneksiyası rəsmiləşdiriləcək. Hələliksə MDB-nin 2 ölkəsənin elitar qoşunları üz-üzə dayanıb, bir-birini hərbi texnika ilə qorxutmağa çalışırlar. Ukrayna müdafiə naziri martın 21-dək sülh razılaşmasının əldə olunduğunu bildirsə də, Rusiya silahlı qüvələrinin hərbi vertolyotları artıq Krımdan kənarda da Ukrayna BTR-lərinin başı üzərində fırlanır.
00:31 17.3.2014
RƏMZİ HADİSƏ: Ukrayna bayrağından qaçan Aksenov Rusiya bayrağının içində girdi
Krım baş nazirinin səs verməsində qalmaqal
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00

Davamı

XS
SM
MD
LG