14:21
16.3.2014
Dnepropetrovskun futbol fanatları Sevastopoldan olan azarkeşlərlər birlikdə Ukraynanın bütövlüyünü dəstəkləyirlər
14:26
16.3.2014
Separatçı hakimiyyətin baş naziri Segei Aksenov səs verir. Aksenov fevralın 26-da 50 yaxın maskalı şəxsin Krım parlamentinı ələ keçirib baş nazir təyin etdiyi şəxsdir. Onun vaxtilə kriminal qruplaşmalarla əlaqəsi haqda məlumatlar yayılır. Rusiya TV-na müsahibəsində Aksenov bu xəbərləri nə təsdiq, nə də təksiz edərək deyir: "90-cı illərdə mən bizneslə məşğul idim, bu zaman hər cürə adamlarla münasibət qurmaq lazım gəlirdi".
14:37
16.3.2014
KRIMDA SEÇKİ MƏNTƏQƏSİ QARŞSINDA "NECƏ SƏS VERMƏLİ" İNSTRUKSİYASI
Krımda referendumla bağlı keçirilən bu günkü seçkidə adları siyahıda olmayanlara, ya da başqa ölkələrin vətəndaşlarına da bülleten verilir. Bu haqda “Ukrainskaya pravda” qəzeti məlumat verir. Şahidlər hər məntəqədə 5-6 drujinaçıların olduğunu bildirir.
14:45
16.3.2014
Bakıdan "Tatar" nick-li oxucumuz yazır: "maydan hereketi baslayanda ukraynanin bolunmesi prosesi basladi. bunu qerb olkeleri gerek nezere alaydilar. hokumeti ukraynada dinc yolla devirmek lazim idi. indi proses gedir saxlamaq cetin ki, mumkun olsun."
Sənin də Ukrayna hadisələri ilə bağlı fikrin varsa, bu yazının altındakı forumda bölüşə bilərsən
Sənin də Ukrayna hadisələri ilə bağlı fikrin varsa, bu yazının altındakı forumda bölüşə bilərsən