15:18
16.3.2014
Krımda Rusiyaya birləşməyə səs vermək üçün məntəqələrə getməyə ehtiyac yoxdur. Seçki qutuları özü sənin məhəllənə gəlir
17:35
16.3.2014
Ukrayna müdafiə naziri Reuters-ə açıqlamasında bildirib ki, Krımda yerləşən Ukrayna hərbi hissələrində qarşı heç bir hücum olmayacaq. Bu haqda Rusiya rəsmiləri razılıq əldə olunub. Bir gün əvvəl Rusiya və Ukrayna qoşunları Krım vilayəti ilə həmsərhəd olan Ukraynanın Xerson vilayətinin ərazisində üz-üzə gəlmişdilər. Ukrayna ordusu Rusiya desantının Krımın kommunikasiya təminatını həyata keçirən obyektlərin ələ keçirilməsi cəhdinin qarşısını almışdı.
Eyni zamanda Rusiya mediası xəbər yayır ki, rəsmi Kiyev öz hərbçilərinə və onların ailə üzvlərinə qanunsuz referendumda iştirak etməyi qadağan edib. Belbek hərbi aerodromunda mühasirədə qalan Ukrayna hərbi hissəsinin komandiri xəbəri təkzib edərək bildirir ki, tabeçiliyində olan əsgər və zabitlərə belə bir əmr verməyib.
17:50
16.3.2014
Donetskdə Rusiyapərəst qüvvələrin mitinqində də Krımsayağı referendum tələb olunub. Mitinqdən sonra adamlar yerli prokurorluğun binasına hücum edərək bir neçə gün əvvəl həbs olunan separatçı liderləin azad olunmasını tələb ediblər
17:52
16.3.2014
Donetskdə separatçıların mitinqindən canlı yayım
Ukraynanın şərq bölgələrində də separatçıların ürəyindən Krım ssenarisi keçir. Lakin fərq ondan ibarətdir ki, bu regionlarda "xalqın iradəsini" müdafiə edəcək Rusiya hərbi bazaları yoxdur. Hər dəfə kütləvi çıxışlar iğtişaşlarla nəticələnəndən sonra Ukrayna hüquq mühafizə orqanları "xalq qubernatorlarını" həbs edir.
Ukraynanın şərq bölgələrində də separatçıların ürəyindən Krım ssenarisi keçir. Lakin fərq ondan ibarətdir ki, bu regionlarda "xalqın iradəsini" müdafiə edəcək Rusiya hərbi bazaları yoxdur. Hər dəfə kütləvi çıxışlar iğtişaşlarla nəticələnəndən sonra Ukrayna hüquq mühafizə orqanları "xalq qubernatorlarını" həbs edir.
Martın 16-da Dnepropetrovskda, Luqanskda, Xarkovda və Donetskdə separat tələblər mitinqlər keçirilib. Bir qayda olaraq Rusiyapərəst qüvvələr Leninin heykəli qarşısında toplaşır, onların əsas arqumenti odur ki, Kiyevdə Yanukovych hakimiyyətini devirən faşitlərdir, onlar rus dilini ləğv edəcək, etnik rusları sıxışdıracaq.