-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına rejissor Rövşən Almuradlı söyləyib.
Onun sözlərinə görə, bu təhlükə hətta dövlətçiliyə qarşıdır:
«Dövlət idarəçiliyinin nə olduğunu anlayan dövlətlər güc nazirliyi kimi mədəniyyəti və təhsili əsas götürürlər. Təhsilin mədəniyyəti varsa, təhsil də var. Təhsil yoxdursa, heç nə yoxdur! Mədəniyyətin ən güclü təsir vasitəsi incəsənətdir, çünki birbaşa duyğulara ünvanlanır. İncəsənətin laboratoriyası teatrdır! Teatr vizual sənətlərin kadr bazasıdır. Odur ki, özünə qiymət verən ölkələr teatrını qoruyur, yaşadır, saxlayır. Dünyanın heç bir yerində teatr dotasiyasız yaşaya bilməz. Düzdür, əyləncə teatrları var – onlar da qəbul olunur».
«TEATRLARI ÖZLƏRİNƏ TABE ELƏDİLƏR»
Rejissor dünyada teatrların min bir rəngi olduğunu söylədi:
«AZƏRBAYCAN TEATRINI ÖLDÜRMƏK XƏTTİ...»
Rövşən Almuradlı bunu Azərbaycan teatrını öldürməyin birinci xətti adlandırdı:
«Rənglər ayrılıqda gözəldir! Onları bir qaba yığsan, boz bir məhlul alınacaq – rəngsiz-sifətsiz və heç bir zövq verməyəcək. Bu teatrların da öz tamaşaçısı vardı. Vaqif İbrahimoğlunun Yuğ Teatrı artıq Milli Dram Teatrının içindədir... Vaqif İbrahimoğlunu beləmi dəyərləndirirlər? Akademik Teatrın içinə salıb hər iki teatrı zərbə vurmaqla? Fikrimcə, bu, Azərbaycan teatrını öldürmək xəttidir!».
«GORUMUZA SÖYƏCƏKLƏR!..»
Rövşən Almuradlı sovetlər dönəmində də sözünü deməyi bacaran ustadlar olduğunu dilə gətirdi:
«Əslində bu xətt – teatrı öldürməyin ikinci xətti sovet dönəmindən başlamışdı. O dövrdə erməni və gürcü teatrlarına yaşıl işıq yandırmışdılar – bizə yox! Çünki açıq, sözünü deməyi bacaran, mövqeyi olan teatrdan qorxurdular. Belə olsaydı, mən öz böyük tariximi – türklüyümü biləcəkdim, bu, qorxulu idi. Ona görə də, ittifaq miqyasında Azərbaycan teatrına daha çox basqı vardı. O dövrün Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib kimi müəllim və rejissorları teatrı 1937-ci ilin repressiyalarından, 2-ci Dünya Müharibəsinin ağrı-acısından, KQB-nin basqılarından çıxarıb bizlərə ötürə bildilər. Mehdi Məmmədovun «Dəli yığıncağı»nda nə qədər etiraz vardı?! Bir az Ezop dili ilə deyilirdi, amma deyilirdi! Biz nəyi ötürəcəyik? Bizim gorumuza söyəcəklər!».
«İKİNCİ XƏTT... SPARTAKI ÖLDÜRMƏLİ!!!»
Rövşən Almuradlının fikrincə, teatr aktyorların və rejissorların çiynindədir:
«Birinci növbədə rejissoru öldürmək lazım idi! Niyə? Mən aktyorları qladiatorlar adlandırıram. Hər dəfə ölümü salamlayıb səhnəyə çıxırlar. Onların hər anı ölümdür. Böyük, şərəfli iş görürlər. Rejissor da qladiatordur, amma onun adı Spartakdır... O, öndə gedəndir. Ona görə də, Spartak öldürülməliydi...».
PARAYA DƏYMƏ, BÜTÜNÜ KƏSMƏ, DOĞRA, DOYUNCA YE!
Qonağımız sovet dönəmində də teatrların bədii şuralarına rejissorların başçılıq etdiyini söylədi:
«3 İLDİR TAMAŞA HAZIRLAMIRAM!»
Almuradlı 3 ildir tamaşa hazırlamadığını bildirdi:
«Yaxşı, bəs Mədəniyyət Nazirliyi fikirləşmirmi ki, mən 3 ildir bir yerdən bir qəpik almıram? Halbuki bizi müqavilə ilə işləmək adı ilə Akademik Teatrdan çıxaranda, nazir müavini Ədalət Vəliyev hamını əmin etdi ki, hər tamaşaya 3 mindən 7 minədək qonorar alacaqsınız, ildə 2 tamaşa hazırlasanız, elə sizin illik maaşınız edəcək... 3 ildir mən bir tamaşa da hazırlamıram! O birilər də həmçinin».
«ONLARA 15 MİN VERİRLƏR!»
Aparıcının: «Amma xaricdən ünlü rejissorlar gətirirlər tamaşa qoymağa, – bax, ən son yunan rejissorun gəldiyini eşitdik» fikrinə qonağımız belə reaksiya verdi:
«Onlara 15 min verirlər! Mən onların maliyyə işlərinə qarışmaq istəmirəm, – bu, iyrənc bir xətdir. Zamanı gələcək, özləri cavab verəcəklər. Mən demirəm ki, xaricdən gələnlər dəyərsiz rejissorlardır. Amma onlar bu mühiti bilmirlər, tanımırlar! Teatr axı bugündür! Onlar mənim ağrımı, dərdimi-sərimi bilmirlər. Onlar gəlib göyçək tamaşa hazırlayacaqlar, gözəl tamaşa yox! Tutaq ki, Sofoklun «Antiqona»sını qoyacaq. Yunan teatrının ənənələri ilə bir tamaşa hazırlayacaq. Mənim nəyimə lazımdır antik dövrdə Yunanıstanda baş verənlər? Mənə tariximi göstərən, həm də bu günün paralelini apara biləcəyim tamaşa gərəkdir! «Antiqona»nı hazırlayan bugünün paralelini bilmir Azərbaycanda! O, yunan üçün hazırlayacaq tamaşanı...».
«YARATMAQ İSTƏDİYİNİZ TEATR BUDURMU?»
Rejissor öz müəlliminin bir sözünü də xatırlatdı:
Rövşən Almuradlının fikrincə, məqsəd incəsənətin təsir gücünü azaltmaqdır:
«Teatr rejissorunun səlahiyyətlərini əlindən almaqla, onu teatrın yaradıcı yuvasından didərgin salmaqla incəsənətin təsir gücünü azaldırlar. Bunun da bütövlükdə mədəniyyətə təsiri olur. Mədəniyyət də bu təsiri təhsilə və bütün sahələrə yayır... Bu, dövləti cinayətdir! Mən bunu bütün açıqlığı ilə deyirəm! Bu, dövləti cinayətdir! Məgər biz buna görə iyirmi ildən çoxdur təpkilərə, basqılara, torpaq itkisinə baxmayaraq, dövləti qoruyub saxlamışıq? Ona görə ki, belələri müstəqil dövlətin dayaqlarına birbaşa zərbə vursunlar?!».
«NAZİRLİKDƏN İCAZƏ ALMADAN MƏNƏ TAMAŞA VERİN!»
Rövşən Almuradlı bu şəraitdə tamaşa hazırlamaq istəmədiyini də vurğuladı:
«Bax, ona görə heç tamaşa hazırlamaq istəmirəm. Yazıqdır bu millət! Heç olmasa, bizdən sonra gələnlərə rəhm eləsinlər... Bizdən sonra, vallah, gələcəklər! Mənim bir neçə həmkarım var, onlar da bu ağrılarla yaşayırlar, amma söz deyə bilmirlər. Mədəniyyət Nazirliyinin sözçüsü deyir, biz heç kəsə qadağa qoymamışıq, get, teatrın direktorları ilə dil tap. Mən necə dil tapım? İstəsəm də, dil tapa bilməyəcəm. Çünki onlar birbaşa sizə tabedirlər! Və hansı əlaqələrlə tabedirlərsə, onu da gözəl bilirsiniz. Məgər o direktor nazirliklə məsləhətləşmədən mənə tamaşa verə biləcək?! Sizin vasitənizlə onlara müraciət edirəm: Nazirlikdən icazə almadan, mənə tamaşa verin!».
BERNARD ŞOU: BU YAŞAMAQDIR YAŞAYIRAM?
Aparıcının: «3 ildir işləmirsiniz, bəs necə dolanırsınız, ötən il oğlunuzu da, deyəsən, işdən çıxarmışdılar, bu bahalıqda necə yaşayırsınız» sualını rejissor bir gülməcəylə cavabladı:
«Bir gün Bernard Şounun qapısını poçtalyon döyür. Özü qapını açır. Poçtalyon soruşur: Bernard Şou burada yaşayır? Deyir, yox. Poçtalyon: Bəs siz kimsiniz? Deyir, Bernard Şouyam. Poçtalyon qayıdır ki, bəs mən sizdən soruşdum, dediniz burada yaşamır? Bernard Şou cavab verir: «Bəyəm bu yaşamaqdır ki, mən yaşayıram?..».
«Azərbaycan teatrı, incəsənəti və mədəniyyəti təhlükədədir!».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına rejissor Rövşən Almuradlı söyləyib.
Onun sözlərinə görə, bu təhlükə hətta dövlətçiliyə qarşıdır:
«Dövlət idarəçiliyinin nə olduğunu anlayan dövlətlər güc nazirliyi kimi mədəniyyəti və təhsili əsas götürürlər. Təhsilin mədəniyyəti varsa, təhsil də var. Təhsil yoxdursa, heç nə yoxdur! Mədəniyyətin ən güclü təsir vasitəsi incəsənətdir, çünki birbaşa duyğulara ünvanlanır. İncəsənətin laboratoriyası teatrdır! Teatr vizual sənətlərin kadr bazasıdır. Odur ki, özünə qiymət verən ölkələr teatrını qoruyur, yaşadır, saxlayır. Dünyanın heç bir yerində teatr dotasiyasız yaşaya bilməz. Düzdür, əyləncə teatrları var – onlar da qəbul olunur».
«TEATRLARI ÖZLƏRİNƏ TABE ELƏDİLƏR»
Rejissor dünyada teatrların min bir rəngi olduğunu söylədi:
«Bu rəngarənglik bir-biriylə rəqabət aparmağa təkan verir. Azərbaycanda da ötən əsrin 90-cı illərində müxtəlif rəngli teatrlar yarandı – Yuğ Teatrı, Kamera Teatrı, Pantomim Teatrı, Gənclər Teatrı, Bələdiyyə Teatrı. Bir teatr da mən açmışdım – tez bağlandı. Bunlar neylədilər? Bütün teatrları dövlət teatrı elədilər. Bir Bələdiyyə Teatrı Amaliya xanımın gücünün hesabına dayanıb. Həmin teatrları özlərinə tabe elədilər. Məmurlara, Mədəniyyət Nazirliyinə tabe elədilər. Məsələn, Kamera Teatrının «İtlər» tamaşası vardı, –mən indi də xatırlayanda həyəcanlanıram, –o tamaşa da, o teatr da vacib idi. O teatrı qorumaq lazım idi. Hüseynağa Atakişiyevin Gənclər Teatrı ilə Kamera Teatrını gətirib Gənc Tamaşaçılar Teatrına qatdılar. Nə baş verdi? Bu teatr özü də əridi, onları da əritdi...».
«AZƏRBAYCAN TEATRINI ÖLDÜRMƏK XƏTTİ...»
Rövşən Almuradlı bunu Azərbaycan teatrını öldürməyin birinci xətti adlandırdı:
«Rənglər ayrılıqda gözəldir! Onları bir qaba yığsan, boz bir məhlul alınacaq – rəngsiz-sifətsiz və heç bir zövq verməyəcək. Bu teatrların da öz tamaşaçısı vardı. Vaqif İbrahimoğlunun Yuğ Teatrı artıq Milli Dram Teatrının içindədir... Vaqif İbrahimoğlunu beləmi dəyərləndirirlər? Akademik Teatrın içinə salıb hər iki teatrı zərbə vurmaqla? Fikrimcə, bu, Azərbaycan teatrını öldürmək xəttidir!».
«GORUMUZA SÖYƏCƏKLƏR!..»
Rövşən Almuradlı sovetlər dönəmində də sözünü deməyi bacaran ustadlar olduğunu dilə gətirdi:
«Əslində bu xətt – teatrı öldürməyin ikinci xətti sovet dönəmindən başlamışdı. O dövrdə erməni və gürcü teatrlarına yaşıl işıq yandırmışdılar – bizə yox! Çünki açıq, sözünü deməyi bacaran, mövqeyi olan teatrdan qorxurdular. Belə olsaydı, mən öz böyük tariximi – türklüyümü biləcəkdim, bu, qorxulu idi. Ona görə də, ittifaq miqyasında Azərbaycan teatrına daha çox basqı vardı. O dövrün Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib kimi müəllim və rejissorları teatrı 1937-ci ilin repressiyalarından, 2-ci Dünya Müharibəsinin ağrı-acısından, KQB-nin basqılarından çıxarıb bizlərə ötürə bildilər. Mehdi Məmmədovun «Dəli yığıncağı»nda nə qədər etiraz vardı?! Bir az Ezop dili ilə deyilirdi, amma deyilirdi! Biz nəyi ötürəcəyik? Bizim gorumuza söyəcəklər!».
«İKİNCİ XƏTT... SPARTAKI ÖLDÜRMƏLİ!!!»
Rövşən Almuradlının fikrincə, teatr aktyorların və rejissorların çiynindədir:
«Birinci növbədə rejissoru öldürmək lazım idi! Niyə? Mən aktyorları qladiatorlar adlandırıram. Hər dəfə ölümü salamlayıb səhnəyə çıxırlar. Onların hər anı ölümdür. Böyük, şərəfli iş görürlər. Rejissor da qladiatordur, amma onun adı Spartakdır... O, öndə gedəndir. Ona görə də, Spartak öldürülməliydi...».
PARAYA DƏYMƏ, BÜTÜNÜ KƏSMƏ, DOĞRA, DOYUNCA YE!
Qonağımız sovet dönəmində də teatrların bədii şuralarına rejissorların başçılıq etdiyini söylədi:
«Təkcə Azərbaycanda direktorlar idi... Biz bu ənənədə bir az da qabağa getdik. Teatrı direktor teatrı etdik. Nə qədər qəbahətli bir iş! Rejissor repertuar siyasəti yürütməyi bacarmalıdır, truppanı formalaşdırmalıdır və yaradıcı istiqamət verməlidir. Bu funksiyanın üçünü də, rejissor bədii şuranın rəhbəri olmadığına görə və həm də divara, küncə qısıldığına görə, direktor yerinə yetirir. Nə baş verir? Rejissora deyirlər: Sənin nə aktyorla işin var (biz bilərik bu tamaşada hansı aktyor oynasın, hansı irəli çəkilsin), nə truppa ilə (rol bölgüsünü də biz eləyəcəyik), nə də əsəri sən seçəcəksən... Hələ bu bir yana qalsın, tamaşanı necə qoymağı da biz sənə deyəcəyik. Bir də görürsən, Mədəniyyət Nazirliyinin bir şöbəsinin ömründə bir məqalə yazmayan işçisi peşəkar rejissorun tamaşasını qəbul edir! Nə qədər bəsit bir düşüncə! Nə təhqiredici yanaşma! Bunlarla razılaşmayan rejissorlar ya çıxıb gedir, ya ona iş verilmir, ya da qocalıb ölür...».
«3 İLDİR TAMAŞA HAZIRLAMIRAM!»
Almuradlı 3 ildir tamaşa hazırlamadığını bildirdi:
«Yaxşı, bəs Mədəniyyət Nazirliyi fikirləşmirmi ki, mən 3 ildir bir yerdən bir qəpik almıram? Halbuki bizi müqavilə ilə işləmək adı ilə Akademik Teatrdan çıxaranda, nazir müavini Ədalət Vəliyev hamını əmin etdi ki, hər tamaşaya 3 mindən 7 minədək qonorar alacaqsınız, ildə 2 tamaşa hazırlasanız, elə sizin illik maaşınız edəcək... 3 ildir mən bir tamaşa da hazırlamıram! O birilər də həmçinin».
«ONLARA 15 MİN VERİRLƏR!»
Aparıcının: «Amma xaricdən ünlü rejissorlar gətirirlər tamaşa qoymağa, – bax, ən son yunan rejissorun gəldiyini eşitdik» fikrinə qonağımız belə reaksiya verdi:
«Onlara 15 min verirlər! Mən onların maliyyə işlərinə qarışmaq istəmirəm, – bu, iyrənc bir xətdir. Zamanı gələcək, özləri cavab verəcəklər. Mən demirəm ki, xaricdən gələnlər dəyərsiz rejissorlardır. Amma onlar bu mühiti bilmirlər, tanımırlar! Teatr axı bugündür! Onlar mənim ağrımı, dərdimi-sərimi bilmirlər. Onlar gəlib göyçək tamaşa hazırlayacaqlar, gözəl tamaşa yox! Tutaq ki, Sofoklun «Antiqona»sını qoyacaq. Yunan teatrının ənənələri ilə bir tamaşa hazırlayacaq. Mənim nəyimə lazımdır antik dövrdə Yunanıstanda baş verənlər? Mənə tariximi göstərən, həm də bu günün paralelini apara biləcəyim tamaşa gərəkdir! «Antiqona»nı hazırlayan bugünün paralelini bilmir Azərbaycanda! O, yunan üçün hazırlayacaq tamaşanı...».
«YARATMAQ İSTƏDİYİNİZ TEATR BUDURMU?»
Rejissor öz müəlliminin bir sözünü də xatırlatdı:
«O rejissorlar ki, bunların dedikləri ilə razılaşırlar, vaxtilə mənim müəllimim dediyi kimi, onlar artıq yaradıcı rejissorlara yox, icraçılara çevrilirlər. Elə bunlar da göyçək tamaşa hazırlaya bilirlər. Gözlərini yumurlar, xoşlamadıqları, iyrəndikləri, qəbul eləmədikləri bir şeyi bəzəyib ortaya çıxarırlar. Belə tamaşaların fikir yükü olmur, təsviri olur, təsiri yox! Mən 20-dək elə tamaşa sayaram ki, təsvir var, təsir yox... Tamaşaçı baxıb çıxıb gedir. Sonra da deyirik tamaşaçı yoxdur. Necə tamaşaçı yoxdur – Gəncədə yarım milyondan çox, Sumqayıtda yarım milyonadək əhali var! Əyalət teatrlarına gedin, ayda bir dəfə tamaşa oynayırlar, o da oynayırlarsa... Akademik Teatrın səhnəsində tamaşalara baxın, – kursantları gətirirlər, zalın yarıdan çoxu boş olur, 100-150 nəfər də tanışlar və dəvətnamə ilə gələnlər. Budurmu yaratmaq istədiyimiz teatr? Bu gedişlə hara gedirik? Teatr tamaşaçının tələbatına necə çevriləcək?».
«BU, DÖVLƏTİ CİNAYƏTDİR!»Rövşən Almuradlının fikrincə, məqsəd incəsənətin təsir gücünü azaltmaqdır: