00:35
4.5.2014
BU ZAMAN KRIMDA...
Bu gün Ukraynanın şərqində Krım ssenarsinin mümkünlüyü haqda müxtəlif fikirlər səslənir. Lakin Krımın özündə də Donbass ssenarisi təhlükəsi var - Krım-tatarları Moskvaya tabe olmaq istəmirlər. Onların lideri məşhur sovet dissidenti Musatafa Camilovu Moskva-Simferopol təyyarsinə buraxmayandan sonra o, vətəninə maşınla gəlməyə cəhd göstərib...
00:02
4.5.2014
#Ukrayna-nın şərqi. Kramatorskda polis, Donetskdə SBU binasına hücum. Luqansk isə Kiyevə müharibə elan edir http://t.co/7jk4HSvhc5
— AzadliqRadiosu (@RadioAzadliq) 3.5.2014
22:25
3.5.2014
Luqanskda separatçıların Hərbi komissarlığı ələ keçirmək cəhdi atışma ilə nəticələnib. Ukrayna hərbçilərinin müqavimət ilə rastlaşan separatçılar danışıqlara başlayıblar.
22:22
3.5.2014
Donetskdə separatçıların mayın 3-də keçirdikləri mitinqdə Odessa hadisələrinə görə məsuliyyətin Ukrayna hakimyyəti üzərində olduğu deyilirdi. Mitinqdən sonra yüxlərlə aqressiv separatçı Ukrayna təhlükəsizlik xidmətinin yerli bölməsinə hücum edib. Binanı heç kim mühafizə etmədiyindən separatçılar onu zəbt ediblər.