12:50
2.5.2014
#Ukrayna şərqindən yeni həyəcanlı xəbərlər gəlir http://t.co/FDyFdvbmYG
— AzadliqRadiosu (@RadioAzadliq) 2.5.2014
13:03
2.5.2014
Son xəbərlər qısa
Ukraynanın müdafiə naziri Slavyansk şəhəri uğrunda gedən döyüşlərdə onların 2 vertolyotunun vuruluduğunu, pilotların həlak olduğunu təsdiq edir.
Daxili işlər naziri isə FB səhifəsində yazır ki, əməliyyatın məqsədi girovların azad olunması, yaraqlıların tərkisilah edilməsi, inzibati binaların geri qaytarılaraq inzibati orqanlarının normal fəaliyyətinin bərpa olunmasıdır. Onun sözlərinə görə separatçılar yer-hava raketlərindən, ağır artilleriyadan və partlayıcılardan istifadə edirlər. Buna baxmayaraq hökumət qüvvələrinin şəhər ətrafındakı əsas maqistral yollarda 9 nəzarət məntəqəsini yaraqlılardan alıblar.
Rusiyameylli qüvvələr Slavyanskda irimiqyaslı hücum baçladığını təsdiq edirlər.
13:33
2.5.2014
SLAVYASNKIN DİNC ƏHALİSİ
Slavyansk ətrafında döyüşlərdə ən çox narahatlıq doğuran dinc əhalinin taleyidir. 140 min əhalisi olan Slavyansk sakinləri haqda tərəflər ziddiyətli xəbərlər yayır. Separatçılar iddia edir ki, şəhəri mühasirəyə alan Ukrayna qoşunları (onlar Ukrayna təhlükəsizlik qüvvələrini "Sağ sektor yaraqlıları" adlandırır) dinc əhaliyə Slavyasnkə tərk etməyə icazə vermirlər.
Ukrayna tərəfi isə separatçıların dinc əhalini barrikadalara gəlməyə, "şəhərin müdafiəsinə yardım etməyə" çağıraraq uşaq və qadınlar arxasınada gizlənməyə cəhd edirlər. Bildirlir ki, onların lideri Ponomarev öz ailəsini çoxdan Donbasdan kənara çıxarıb.
Tanış səhnə. Ukrayna qoşunları silahlı separatçılara hücum etmək istəyəndə yerli sakinlər onları qarşısına çıxır. Bu foto Slavyasnk yaxınlığındakı Anreyevka kəndi yaxınlığında separatçıların qurduğu post Ukrayna qoşunları tərəfindən ələ keçiriləndən sonra çəkilib

14:10
2.5.2014
Kremlin təmsilçisi Peskov bəyan edib ki, Slavyansk əməliyyatı Cenevrə razılaşmasının həyata keçirilməsinə olan sonuncu ümidləri dağıdıb. O bildirib ki, Ukrayndakı hadisələrin gedişi haqda prezident Putinə mütəmadi məlumatlar verilir.