20:26
4.5.2014
-
Odessada qəzəbli kütlə polis binasına hücum edərək mayın 2-də baş verən iğtişaşlar zamanı həbs olunanların azad edilməsinə nail olublar. Bu ərəfədə Odessada səfər edən müvəqqəti baş nazir deyirdi ki, faciədə günah elə polisin özündədir.
20:14
4.5.2014
#Ukrayna-nın şərqi hərbi vəziyyətdədir. Güllə və sirena. Yollarda postlar. Yolçular sığınacaqda http://t.co/pkUOMdbGym
— AzadliqRadiosu (@RadioAzadliq) 4.5.2014
20:03
4.5.2014
-İndiyə qədər hasb olunurdu ku, Donbass eks prezident Yanukovych-i, Yanukovych-i isə məşhur iş adamı Rinat Akhmedov dəstəkləyir. Lakin Avromaydandan sonra Rusiya ancaq Krıma deyil, Ukrayndakı siyasi qüvvələr nisbətinə də müdaxilə etdi. Sosial mediada yayılan bu şəkildə Yanukovychin doğma şəhəri Yenakievoda, Rinat Akhmedova məxsus zavodun üzərində separatçıların bayrağı qaldırılır.
19:56
4.5.2014
Mariupolda yanğınlar gecəsi
Mayın 4-də Donetsk vilayətinin cənubundakı Mariupol şəhərində də antiterror əməliyyatı keçirildiyi bildilir. Onun nəticəsi haqda rəsmi məlumat olmasa da, şəhərin mərkəzində özəl bank binasının tam alışıb yandığı, bir qədər aralıda isə Rusiyameylli qüvvələrin barrikada kimi "təkər tonaqlı" qaladıqları haqda məlumatlar yayıb. (Reuters)